Rusiyada dövlət bankları satışa çıxarılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:16 | Şərh sayı: (0) | Baxılıb: 237
Rusiyada dövlət bankları satışa çıxarılır
İqtisadiyyat baxımdan yaxın tarixin ən çətin günlərini yaşayan Rusiya, dövlətin büdcəsini doldurmaq üçün özəlləşdirməyə əl atmağa hazırlaşır.
Ixlas.Az xəbər verir ki, Rusiya hökuməti dövlətin iki iri bankı olan "Sberbank" və VTB-dəki səhmləri satmaq qərarına gəlib. Rusiyanin iqtisadiyyat naziri Aleksey Ulyukaev nazirliyin sözügedən bankların özəlləşdirilməsi üçün təklif hazırladığını açıqlayıb.
Rusiya mətbuatında dərc olunan xəbərə görə Ulyukaev Sberbankın satışı üçün qanunda bəzi dəyişikliklər edilməsi lazım olduğunu bildirib: "Hər iki bankın özəlləşdirilməsi ilə bağlı işlərimizi davam etdiririk".
Qeyd edək ki, Sberbankın səhmlərinin 50 %- i, VTB-nin isə səhmlərinin 60,9 %-i Rusiya dövlətinə məxsusdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər