Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-03-2016, 11:45 | Şərh sayı: (0) | Baxılıb: 1601
Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi?

Cavab: Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.
Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.
Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bir qisim müctəhidlər bunu ehtiyati-vacibə görə haram bilirlər (məsələn, Ayətullah Məkarim Şirazi). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər