Suriyanın bombalanması Rusiya müsəlmanlarını parçalayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 00:16 | Şərh sayı: (0) | Baxılıb: 328
Suriyanın bombalanması Rusiya müsəlmanlarını parçalayıb
Rusiyanın müsəlman icması onsuz da heç vaxt yekdil olmayıb və Rusiyanın Suriyadakı hava zərbələri artıq mövcud olan icma gərginliyini artırıb.
Hava kampaniyası bir həftə əvvəl başlanıb. Moskva elan edib ki, İslam Dövləti adlanan təşkilatın və başqa qruplaşmaların mövqelərini bombardman edir.
Lakin Türkiyə və başqa NATO üzvləri narahatdırlar ki, Rusiyanın Suriyadakı başlıca hədəfləri prezident Bəşər əl-Əsədə qarşı döyüşən qruplaşmalardır.
Ümumiyyətlə, Rusiyanın müsəlman icması əsasən üç düşərgəyə bölünüb: Kremlin zərbə kampaniyasını dəstəkləyənlər, prezident Əsədi və onun müttəfiqlərini pisləsələr də İD-ə qarşı əməliyyata rəğbətlə baxanlar və İD-i dəstəkləyənlər.
Rusiyada müsəlmanların sayı 2011-ci ilin məlumatına görə 11 milyon olsa da, ekspertlər deyirlər ki, həqiqi rəqəm 20 milyon nəfərə yaxındır. Bu isə ölkə əhalisinin 14 faizini təşkil edir.Parçalanmış icma
Rusiyada müsəlman icmalarına başçılıq edən 80-dək mufti var, lakin onların nüfuz və mövqeyi əhəmiyyətli dərəcədə fərqlənir.
Rusiyadakı 7000 məsçiddən az qala 6400-ü hökumət rəsmilərinə az-çox loyal müftilərin nəzarətindədir.
Onlar prezident Putinin Suriyaya hava zərbələri endirmək qərarını dəstəkləyiblər. Onlar həm də Kremlin əslində Suriya müxalifətini vurması barədə Qərbin iddialarını şərh etmirlər.
Lakin Rusiyada bəzi ruhani liderlər Putinin bombardman qərarını hər harda şübhə altına alırlar.
"Biz bu bombaların əslində hara düşdüyünü bilmirik, ona görə də nədənsə əmin olmaq mümkün deyil, - deyib mufti Nafiqulla Aşirov BBC-yə, - Amma əgər Rusiya İD-I vurmaq əvəzinə bu vətəndaş münaqişəsində bir tərəfi tutursa, buna haqq qazandırmaq olmaz".
"İD Suriyaya kənardan gəlmiş qüvvədir və xalq ona müqavimət göstərməlidir. Amma heç kim hökumətyönlü qüvvələrlə müxalifət arasındakı münaqişəyə müdaxilə etməməlidir. Bu Suriya xalqının daxili işidir. Bu münaqişəni İD-ə müqavimətlə qarışdırmaq lazım deyil" - deyib Aşirov.
Narahat həqiqətlər
Rusiyada yaşayan müsəlmanların əksəriyyəti Suriya müxalifətinin döyüşçüləri kimi sünnidir.
Lakin Moskvanın dəstəklədiyi qüvvələr ya Suriya ordusunda çoxluq təşkil edən ələvilər, ya da Hizbullah da daxil qonşu Livandan olan şiələrdən ibarət qruplardır.
Bunlar Rusiyanın müsəlman icması arasında narahatlıq doğuran həqiqətlərdir.
"Bəşər əl-Əsəd Suriyada müsəlmanların əleyhinə hərəkətləri ilə ad çıxarıb, - deyir müsəlman fəal Ali Çarinski, - Bütün müsəlmanlar bir icmadır, vahiddir. Buna görə də biz Rusiyanın qərarından razı qala bilmərik. Mənim dostlarımdan, tanıdığım müsəlmanlardan heç biri bundan razı deyil".
Lakin kiminsə hökumətin əleyhinə səsini ucaldacağını gözləmək olmaz. Dini fəal Ayrat Vaxitovun fikrincə, çünki hamı hökumət tərəfindən mühakimə olunacağından qorxur.Onun özü ekstremizm iddiaları ilə Rusiya təhlükəszlik xidmətləri tərəfindən dəfələrlə həbs edilib.
Lakin məhkəmə onun xeyrinə hökm çıxarıb və FTX hətta yazılı şəkildə ondan üzrxahlıq da edib. Həmin vaxtdan bəri Vaxitov mühacirət edib. O hazırda Suriya müxalifətini dəstəkləyir və İD-ə qarşıdır.
Təhlükəsizlik xidmətlərinin məlumatına görə hazırda 2500-ə yaxın rusiyalı İD-in sıralarına qoşulub və başqa keçmiş sovet respublikalarından minlərlə insan İD-lə çiyin-çiyinə döyüşür.
Lakin Vaxitov israr edir ki, Rusiya müsəlmanlarından çox azı İD-i dəstəkləyir və dəstəkləyənlərin də sayı azalır.
"Dostları və qohumları artıq İD-in sıralarında olanlar radikalları dəstəkləyirlər. Yəni onlar yaxınlarının mövqelərini bölüşürlər" - deyir Vaxitov.
O deyir ki, ümumilikdə İD Rusiyada rəğbətlilərini itirməkdədir.
O inanır ki, ölkə müsəlmanları İslam Dövləti qruplaşmasının əsl üzünü tanıyıblar.
"Onların danışdıqları gözəl hekayətlər saxtadır" - deyir o.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər