"Fədək" Peyğəmbərin (s) şəxsi mülkü idi |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 4-10-2015, 14:40 | Şərh sayı: (0) | Baxılıb: 766
"Fədək" Peyğəmbərin (s) şəxsi mülkü idi
"Fədək" yəhudiləri Peyğəmbər (s)-dan xahiş etdilər ki, onları azad etsin və öz mal-dövlətlərini yarısını Peyğəmbərə (s) təhvil versinlər. Peyğəmbər (s) onların təklifini qəbul etdi. O, Əmirəl-möminin Əli (ə)-ı onların yanına göndərdi. Həzrət Əli (ə) "Fədək" əhalisi ilə sülh etdi. Sülh müqaviləsində qərara alındı ki, "Fədək" əhalisindən hər kəs müsəlman olsa, onun mal-dövlətinin 5/1 hissəsi alınsın, hər kəs müsəlman olmasa, mal-dövlətinin hamısını təhvil versin.
Peyğəmbər (s) və "Fədək" yəhudiləri arasında sülh müqaviləsi imzalandı. Müqavilə imzalandıqdan sonra yəhudilərə təhvil verildi, təki onlar gələcəkdə də həmin şərtə əməl etsinlər.
Beləliklə,"Fədək" diyarı müsəlman qoşununun heç bir rolu olmadan fəth olundu. Allah-təala Queanda buyurur:
"(Ey möminlər!)" Allahın onların mallarından öz Peyğəmbərinə (s) verdiyi qənimət üçün siz onların üstünə nə at,nə dəvə sürdünüz. Lakin Allah öz peyğəmbərini isdədiyi kimsələr üzərində belə hakim edir. Allah hər şeyə qadirdir."
"Allahın öz Peyğəmbərinə (s) (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə (s), (Muhamməd (s)-a yaxın olan) qohum-əqrəbaya...məxsusdur."
Bu ayəyə əsasən, müsəlman qoşununun heç bir dəxaləti olmadan fəth olunmuş ölkələr, diyarlar, (hətta əgər oranın xalqı özləri gəlib, Peyğəmbər (s)-a təslim olsalar) oranın qənimətləri, əsirləri Peyğəmbərin (s) xüsusi mülkü hesab olunur. Müsəlmanların orada heç bir haqqı yoxdur. Peyğəmbərin (s) öz şəxsi mülkü olduğu üçün həzrət özü istədiyi kimi fəth olunmuş torpaq və oranın qənimətlərində dəxalət edə bilər.
Elə buna görədə "Fədək" torpağı Peyğəmbərin (s) şəxsi mülkü oldu. "Fədək! camaatı orada işləməli və oranın gəlirini Peyğəmbərə (s)-a verməli idilər. Peyğəmbər (s)-da yalnız onlara zəhmət haqqı verməli idi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər