Bir şəxs müstəhəb namazı camaatla qıla bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-04-2016, 05:20 | Şərh sayı: (0) | Baxılıb: 435
Bir şəxs müstəhəb namazı camaatla qıla bilərmi?
Sual: Bir şəxs müstəhəb namazı camaatla qıla bilərmi? Yəni camaat gündəlik vacib namazı qıldığı halda, bir şəxs müstəhəb namaz niyyəti ilə həmin namaza qoşula bilərmi?
Cavab: Müstəhəb namazları camaatla qılmaq məsləhət deyil. İslam alimlərinin bir hissəsi bunu qəti surətdə, bir hissəsi isə ehtiyata görə icazəli bilməmişlər. Lakin yağış yağması üçün qılınan “istisqa namazı” istisna edilir. Bu namaz quraqlıq zamanı çöllükdə camaatla qılınır. Həmçinin, əslində vacib olub, müəyyən səbəblərdən vaciblik hökmünü itirərək müstəhəb olmuş namazları da camaatla qılmaq olar. Məsələn, Qurban və Fitr namazları məsum şəxsin hüzuru zamanı vacibdir, onun və ya nümayəndəsinin imamlığı ilə qılınmalıdır. Lakin məsumun qeybdə olduğu dövrdə bu namazlar vaciblik hökmünü itirib və müstəhəb namaz olub. Buna görə də Fitr və Qurban bayramının namazlarını da camaatla qılmaq icazəlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər