İnsanın əcəli dəyişə bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-03-2016, 11:27 | Şərh sayı: (0) | Baxılıb: 1847
İnsanın əcəli dəyişə bilərmi?
Sual: İnsanın əcəli dəyişə bilərmi?
Cavab: Allah-təala keçmişdən gələcəyə bütün olanları və olacaqları öz əzəli elmi və hikməti ilə təqdir etmişdir (öz ölçüsündə müəyyən etmişdir). Buna “qədər” deyirlər. Hər şey Allahın hüzurunda qeydə alınır. Qədər iki kitabda yazılır. Bunlardan biri “lövhi-məhfuz” (qorunan, dəyişməz lövhə) adlanır. Bu kitabda yazılanlar pozulmaz və dəyişməz. Amma başqa bir kitab da var ki, buna “lövhi-məhv vəl-isbat” (pozulma və qeyd olunma lövhəsi) deyirlər. Burada yazılanlar bəzi səbəblər üzündən Allahın məsləhəti əsasında dəyişilə bilər. Bu dəyişikliyə dini terminologiyada “bəda” deyilir. Bəda bir çox hallarda bəndələrin dualarına və əməllərinə əsasən baş verir. Məsələn, İslam müqəddəslərinin hədislərində dəfələrlə buyurulub ki, sədəqə vermək, ata-anaya yaxşılıq etmək, qohumlarla rabitə saxlamaq ömrü uzadar. Günahlar isə ömrü qısaldar və ölümü yaxınlaşdırar. Buna görə də insanın öz duası və əməlləri əsasında, eləcə də, başqalarının duası nəticəsində əcəl yaxınlaşa və ya uzaqlaşa bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər