Hər imamın özündən sonra gələcək imamı təyin etməsi |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 26-10-2015, 22:45 | Şərh sayı: (0) | Baxılıb: 533
Hər imamın özündən sonra gələcək imamı təyin etməsi
12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s.ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu imam Həsən Müctəba (ə), sonra onun qardaşı İmam Hüseyn ibn Əli Seyyidüş-şühəda (ə) (şəhidlərin ağası) sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn Məhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Məhəmməd Nəqi (ə), sonra oğlu Həsən Bin Əli Əsgəri (ə), və sonnuncu Məhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır. Biz etiqadlıyıq ki, o hələ də, sağdır.
Əlbəttə, Həzrət Məhdi (ə)-ın varlığına etiqad (dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir şəxsə olan etiqad) təkcə bizə məxsus deyildir. Həqiqətdə bütün müsəlmanlar bu əqidəyə sahibdirlər. Əhli-sünnə alimlərindən bəziləri İmam Məhdi (ə) barəsində söylənilən hədislərin mütəvatir (yəqin) olması barəsində müstəqil kitablar da, yazmışlar. Və hətta bir neçə il əvvəl "Rabitətül-aləmül-islami” tərəfindən yazılan risalədə Həzrət Məhdi (ə)-ın vücudu barəsində olan suala, cavab verərkən onun (ə) zühurunun-gələcəyinin aydın bir məsələ olmasına təkid olunmaqla bərabər-Həzrət (ə)-in barəsində tanınmış və mötəbər kitablardan (mənbələrdən) Peyğəmbər (s.ə)-ə nisbət verilmiş hədislər nəql edilmişdir.26 Amma onlardan əksəriyyəti Məhdi (ə)-ın hələ dünyaya gəlmədiyinə təkid edərək, onun Axirəz-zamanda (Dünyanın axırına yaxın) doğulacağına inanırlar. Lakin bizim əqidəmizə əsasən həzrət Məhdi (ə) 12-ci imamdır, hal-hazırda həyatda olaraq, diridir. Allahın ona əmr etdiyi bir vaxt zülmü yer üzərindən silmək və ədaləti dünyada bərpa etmək üçün zühur edəcəkdir
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər