İmam Mehdi (ə.f) barədə nəsəbşünas alimlər nə deyib? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 289
İmam Mehdi (ə.f) barədə nəsəbşünas alimlər nə deyib?
Sual: Nəsəbşünas alimlər İmam Əskərinin (ə) oğlunun doğulmasını təsdiqləmişlərmi?
Cavab: Bəli, onların bir qrupu İmam Həsən Əskərinin (ə) Muhəmməd adlı və Höccət, Mehdi və s. ləqəbli oğlunun dünyaya gəldiyini təsdiqləmişlər. İndi isə həmin alimlərdən bəzilərinin adlarını qeyd edək:
Nəssabə Səhl ibn Abdullah ibn Davud ibn Süleyman Buxari. O, qısamüddətli qeyb dövründə yaşamışdır (“Sirrus-silsilətil-ələviyyə”, səh.39-40).
Seyid Əmri hicrətin V əsrinin məşhur nəsəbşünas alimlərindən olmuşdur (“Əl-məcdi fi ənsabit-talibiyyin”, səh.130).
Fəxr Razi Şafei hicrətin V əsrinin nəsəbşünas alimlərindən olmuşdur (“Əş-şəcərətul-mubarəkə fi ənsabit-talibiyyə”, səh.78-79).
Muruzi Azurqani hicrətin VI əsrinin nəsəbşünas alimlərindən olmuşdur (“Əl-fəxri fi ənsabit-talibiyyin, səh.8).
İbn İnəbə kimi tanınan Cəmaluddin Əhməd (“Umdətut-talibi fi ənsabi Ali Əbi Talib”, səh.199).
Əbülhəsən Muhəmməd Hüseyni Yəmani Sənani Zeydi hicrətin XI əsr nəsəbşünas alimlərindən olmuşdur (“Rovzətul-əlbab liməərifətil-ənsab”, səh.105).
Muhəmməd Əmin Suveydi (“Səbaikuz-zəhəb”, səh.78).
Muhəmməd Veys Heydəri Suri (“Əd-durərul-bəhiyyə fil-ənsabil-heydəriyyəti vəl-əvyəsiyyə, səh.73).
Əllamə Nəssabə Seyid Muhəmməd ibn Hüseyn ibn Abdullah Hüseyni Səmərqəndi Mədəni (“Töhfətul-mətalib bi-məərifətin mən yəntəsib ilə Abdullah və Əbi-Talib”, səh.54-55, Riyad çapı).
Şərif Üns Kutubi Həsəni “Töhfətul-mətalib” kitabının haşiyəsində (Həmin mənbə, səh.55).
Əllamə Nəssabə Seyid Muhəmməd ibn Əhməd ibn Həmiduddin Nəcəfi (“Bəhrul-ənsab”, səh.39, Riyad çapı).
Əllamə Nəssabə Şərif Üns Kutubi Həsəni (“Əl-usul fi zurriyyətil-bizətil-Bətul”, səh.97-100).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər