İnsanlar arasında İmam Mehdi (ə.f) barədə çaşqınlıq nə zaman aradan qaldırıldı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-01-2016, 11:57 | Şərh sayı: (0) | Baxılıb: 283
İnsanlar arasında İmam Mehdi (ə.f) barədə çaşqınlıq nə zaman aradan qaldırıldı?
Sual: Şiə cameəsindən çaşqınlığı aradan qaldırmaq üçün alim və əshab nə kimi işlər gördülər?
Cavab: Heç bir şəkk yoxdur ki, İmam Mehdi (ə.f) qeybə çəkildikdən sonra şiə cameəsində məlumatsız insanlar çaşqınlıq və şəkk-şübhə içərisində qaldılar. Çünki onlar imamlarını görmürdülər. Ancaq alim və əshabın fədakarlıq və təbliği sayəsində bu çaşqınlıq aradan qaldırıldı. Bu müddət ərzində görülmüş işlərdən ən əsası mövcud durum hesab edilən çaşqınlığın aradan qaldırılması istiqamətində bu mövzu ilə uyğun kitabların qələmə alınması olmuşdur. Bu kitablardan bəzilərinin adlarını qeyd edə bilərik:
1. Muhəmməd ibn İbrahim Nömaninin ”Əl-Ğeybət” kitabı. Bu kitab hicri tarixi ilə 333-342-ci illər arasında qələmə alınmışdır.
2. Əli ibn Babəveyh Qumminin (vəfatı: h.q. 329) “Əl-imamətu vət-tabsıratu minəl-hayrati” kitabı.
3. Muhəmməd ibn Əli ibn Babəveyhin (vəfatı: h.q. 386) “İkmalud-din və itmamun-ni`mət” kitabı.
4. Şeyx Tusinin (vəfatı: h.q. 460) “Əl-Ğeybət” kitabı.
Bu səpkidə digər kitablar da yazılmışdır.
Əli ibn Babəveyh öz kitabında yazır: “... Mən bu kitabda xəbərləri cəm etdim ki, çaşqınlığı aradan apara bilsin...”[1]
[1]“Əl-imamətu və-t-tabsıratu minə-l-hayrati”, səh.9
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər