Əhli-sünnə məhdəviyyət barədə hədisləri qəbul edirmi? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-01-2016, 17:11 | Şərh sayı: (0) | Baxılıb: 2492
Əhli-sünnə məhdəviyyət barədə hədisləri qəbul edirmi?
Əhli-sünnənin, hətta vəhabilərin bir çox alimi açıq-aşkar bildirirlər ki, məhdəviyyət hədisləri mütəvatirdir. Onlardan bəzisi İmam Mehdini (ə.f) inkar edənləri kafir adlandırırlar. Biz ixtisarla bəzilərinə işarə edirik:
Əllamə Qurtubi: "Məhdəviyyət barədə nəql olunan hədislər səhih və mütəvatirdir"
Əhli-sünnənin məşhur təfsirçilərindən olan Qurtubi öz təfsirində “Tövbə” surəsinin 33-cü ayəsinin[1] təfsir edərək yazır:
وقال السدي: ذاك عند خروج المهدي لا يبقى أحد إلا دخل في الإسلام أو أدى الجزية وقيل: المهدي هو عيسى فقط وهو غير صحيح لأن الأخبار الصحاح قد تواترت على أن المهدي من عترة رسول الله صلى الله عليه وسلم فلا يجوز حمله على عيسى
Sudey deyir: “Allahın bu vədəsi İmam Mehdinin (ə.f) qiyamı zamanı reallaşacaq. İnsanlar İslama daxil olacaq və ya cizyə verəcək. Bəziləri deyir ki, İmam Mehdi (ə.f) həmin Həzrət İsadır (ə). Lakin bu düzgün fikir deyil. Çünki səhih rəvayətlər İmam Mehdinin (ə.f) Peyğəmbərin (s) nəslindən olacağını təvatür həddə bəyan edir. Bunu Həzrət İsaya (ə) aid etmək doğru deyildir”.[2]
Səfarini Hənbəli isə deyir: “Məhdəviyyət barədə nəql olunan hədislər məna baxımından mütəvatirdir və bunu inkar edən kafirdir”.
Məhəmməd ibn Əhməd ibn Salim əs-Səfarini əl-Hənbəli (vəfatı: h.q. 1188-ci il) “Ləvami əl-ənvar əl-bəhiyyə” kitabında açıq-aşkar deyir ki, məhdəviyyətin rəvayətləri məna baxımından mütəvatirdir. İmam Mehdi (ə.f) Fatimeyi-Zəhranın (s.ə) övladlarındandır. Sonra isə deyir: Rəvayətlərə əsasən İmam Mehdini (ə.f) inkar edən hər kəs kafirdir:
ومنها : أي من أشراط الساعة التي وردت بها الأخبار وتواترت في مضمونها الآثار أي من العلامات العظمى وهي أولها أن يظهر «الإمام» المقتدى بأقواله وأفعاله «الخاتم» للأئمة فلا إمام بعده كما أن النبي صلي الله عليه وسلم هو الخاتم للنبوة والرسالة فلا نبي ولا رسول بعده....
وأما نسبه فإنه من أهل بيت رسول الله صلى الله عليه وسلم.
ثم إن الروايات الكثيرة والأخبار الغزيرة ناطقة أنه من ولد فاطمة البتول ابنة النبي الرسول صلى الله عليه وسلم ورضي عنها وعن أولادها الطاهرين، وجاء في بعض الأحاديث أنه من ولد العباس والأول أصح...
قال بعض حفاظ الأمة وأعيان الأئمة أن كون المهدي من ذريته صلى الله عليه وسلم مما تواتر عنه ذلك فلا يسوغ العدول ولا الالتفات إلى غيره....
قد كثرت الأقوال في المهدي حتى قيل لا مهدي إلا عيسى، والصواب الذي عليه أهل الحق أن المهدي غير عيسى وأنه يخرج قبل نزول عيسى عليه السلام، وقد كثرت بخروجه الروايات حتى بلغت حد التواتر المعنوي وشاع ذلك بين علماء السنة حتى عد من معتقداتهم.
وقد روى الإمام الحافظ ابن الإسكاف بسند مرضي إلى جابر بن عبد الله رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم «من كذب بالدجال فقد كفر ومن كذب بالمهدي فقد كفر»...
فالإيمان بخروج المهدي واجب كما هو مقرر عند أهل العلم ومدون في عقائد أهل السنة والجماعة وكذا عند أهل الشيعة أيضا لكنهم زعموا أنه محمد بن الحسن العسكري كما تقدم.
"İmam Mehdinin (ə.f) qiyam etməsi Qiyamət gününün əlamətlərindəndir. Bu barədə gələn rəvayətlərin məzmunu mütəvatirdir. Qiyamətin böyük əlamətlərindən birincisi budur ki, onun sözünə və əməlinə tabe olunması vacib olan bir imam zühur edəcək. Peyğəmbər (s) peyğəmbərlərin sonuncusu olduğu və ondan sonra peyğəmbərin olmadığı kimi, o da İmamların (ə) sonuncusudur və ondan sonra imam olmayacaq.
Lakin onun nəsəbinə gəlincə, həqiqətən o, Peyğəmbərin (s) ailəsindəndir.
Çünki bir çox rəvayətlər onun Fatimeyi-Zəhranın (s.ə) övladlarından olduğunu sübut edir. Bəzi rəvayətlərdə onun Abbasın övladlarından olduğu deyilsə də, bu düzgün bir nəzər deyil və birinci fikir doğrudur…
Böyük alimlərdən bəziləri deyir: İmam Mehdinin (ə.f) Peyğəmbərin (s) nəslindən olması mütəvatir şəkildə nəql olunmuşdur. Nəticədə bizim bu nəzəri tərk edib digər nəzərlərə üz tutmağımız düzgün deyildir.
Mehdi (ə.f) barəsində müxtəlif baxışlar mövcuddur. Bəziləri deyir ki, Mehdi (ə.f) həmin İsadır (ə). Lakin haqqa tabe olanların qəbul etdiyi nəzər budur ki, Mehdi (ə.f) İsa (ə) deyildir. O, Həzrət İsadan (ə) əvvəl qiyam edəcək. Bu barədə rəvayətlər o qədər çoxdur ki, məna cəhətdən təvatür həddinə çatmışdır. Bu rəvayətlər əhli-sünnə alimlərinin arasında geniş yayılmışdır, hətta onların əqidələrindən hesab olunur.
İmam və hafiz olan İbn İskaf məqbul sənədlə Cabir ibn Abdullahdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: Hər kəs Dəccalın və İmam Mehdinin (ə.f) qiyamını inkar etsə, kafirdir.
Mehdinin (ə.f) qiyam etməsinə inanmaq vacibdir. Əməl əhlinin və əhli-sünnə vəl cəmaətin də etiqadı budur. Eynən şiələr də bu əqidədədirlər, lakin onlar güman edirlər ki, Mehdi həmin Muhəmməd ibn Həsən Əskəridir (ə.f)".[3]
Əbülhüseyn Aburi: "Məhdəviyyət rəvayətləri mütəvatirdir".
Əbülhüseyn Məhəmməd ibn Hüseyn Aburi Sicistani (vəfatı: h.q 363-cü il) “Mənaqib əl-İmam əş-Şafei” kitabında açıq-aşkar bildirir ki, məhdəviyyət rəvayətləri mütəvatirdir. Mizzi “Təhzib əl-kəmal”da və İbn Qəyyim Cövziyyə “Əl-Mənar əl-munif” kitabında belə yazırlar:
قال أبو الحسن الابري: قد تواترت الاخبار استفاضت بكثرة رواتها عن المصطفى صلى الله عليه وسلم، يعني في المهدي، وأنه من أهل بيته، وأنه يملك سبع سنين ويملا الأرض عدلا، وأنه يخرج عيسى بن مريم فيساعده على قتل الدجال بباب لد بأرض فلسطين، وإنه يؤم هذه الامة، وعيسى صلوات الله عليه يصلي خلفه.
Əbülhəsən Aburi deyir: "Peyğəmbərdən (s) Mehdi (ə.f) haqqında nəql olunan rəvayətlər daha çox olduğuna görə mütəvatirdir. Belə ki Mehdi (ə.f) Peyğəmbərin (s) Əhli-beytindən olacağı, 7 il hökmranlıq edəcəyi, yer üzünü ədalətlə dolduracağı, İsa ibn Məryəmin (ə) qiyam edəcəyi, Dəccalı Fələstin torpağında yerləşən Lud qapısının yanında öldürməkdə onun Mehdiyə (ə.f) kömək edəcəyi, İmam Mehdinin (ə.f) bu ümmətin imamı olacağı və İsanın (ə) da onun arxasında namaz qılacağı bu rəvayətlərdə bildirilmişdir".[4]
www.imamzaman.az
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ [1]
Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.
[2] Qurtubi, Əl-Cami liəhkam əl-Quran, c.8, səh.122, Nəşr edən: Dar əş-şuəb, Qahirə
[3] Əs-Safirini Hənbəli, Ləvami əl-ənvar əl-bəhiyyə, c.2, səh.70-83, Nəşr edən: Əl-məktəb əl-İslami
[4] Məzzi, Təhzib əl-kəmal, c.25, səh.149, Bəşər Əvad Mərufun təhqiqi, Nəşr edən: Muəssisə ər-risalə, Beyrut, 1-ci çap, 1400 h. q – 1980 m; İbn Qeyyim Covziyyə, Əl-Mənar əl-munif, c.1, səh.142, Əbdülfəttah Əbu Ğədə, Nəşr edən: Məktəb əl-mətbuat əl-İslamiyyə, Hələb, 2-ci çap, 1403 h. q
- See more at: http://imamzaman.az/index.php?do=meqale&id=375#sthash.wsljDaTo.dpuf
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər