İmam Mehdi (ə.f) Quranda (İkinci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-01-2016, 15:01 | Şərh sayı: (0) | Baxılıb: 336
İmam Mehdi (ə.f) Quranda (İkinci hissə)
İkinci ayə
وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ
“(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi”[1].
“Əl-xisal” kitabında Müfəzzəl ibn Ömərin İmam Cəfər ibn Muhəmməd Sadiqdən (ə) nəql etdiyi rəvayət qeyd olunmuşdur. Müfəzzəl ibn Ömər deyir:
في كتاب الخصال عن المفضل بن عمر عن الصادق جعفر بن محمد عليهم السلام قال: سألته عن قول الله تعالى: وإذ ابتلى إبراهيم ربه بكلمات ما هذه الكلمات التي تلقاها آدم من ربه فتاب عليه؟ وهو أنه قال: (يا رب أسئلك بحق محمد وعلى وفاطمة والحسن والحسين الا تبت على فتاب الله عليه انه هو التواب الرحيم)، فقلت له: يا بن رسول الله فما يعنى عز وجل بقوله فأتمهن؟ قال: يعنى أتمهن إلى القائم اثنا عشر إماما تسعة من ولد الحسين عليه السلام
Allah-taalanın “İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman” sözü barədə soruşdum: Adəmin Rəbbdən aldığı bu kəlmələr nədir ki, (onun vasitəsilə) Allaha tövbə etdi (və Allah da onun tövbəsini qəbul etdi)? Tövbənin cərəyanı (əhvalatı, məsələsi, hadisəsi) belə idi ki, Adəm: “Ey Rəbbim, səndən istəyirəm ki, Muhəmməd, Əli, Fatimə, Həsən, Hüseynin vasitəsilə tövbəmi qəbul edəsən”. Beləliklə, Allah onun tövbəsini qəbul etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir”.
Ona dedim: “Ey Allahın elçisinin (s) oğlu, Allahın “tamamilə yerinə yetirdi” sözündə məqsəd (nəzərdə tutulan) nədir? Dedi: Yəni (məqsəd budur ki, Allah) onları Qaimə qədər tamamladı (və) onlardan doqquzu Hüseynin övladlarından olan on iki imamı (ona tanıtdırdı)”[2].
“İbtila” imtahan və ixtiyar mənasındadır və bu hədisin mənası budur ki, Allah-taala Öz peyğəmbəri Həzrət İbrahimi (ə) imtahan etdi və onu Allahın elçisi (s) və imamların mübarək adları ilə sınadı. Amma bu sınağın həqiqəti nə idi? Ayə bu barədə söz açmamışdır, lakin hədislər bu mətləbi aydınlaşdırmışdır. Həmin bu açıqlamalardan belə məlum olur ki, bu imtahanın səbəbi onların, yəni Allahın elçisi (s) və onun Əhli-beytinin (ə) mükəmməllik və üstünlüyü barədə boyun əymək və Həzrət İbrahimin (ə) onlara tabe olmağa (izləmək, yolları ilə getmək) etiqad bəsləmək olmuşdur.[3]
[1] “Bəqərə” surəsi, 124-cü ayə
[2] “Nurus-səqəleyn” təfsiri, c.1, səh.120
[3] Moud dər Quran, səh.12
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər