İmam Mehdi (ə.f) Quranda (Üçüncü hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-01-2016, 15:04 | Şərh sayı: (0) | Baxılıb: 319
İmam Mehdi (ə.f) Quranda (Üçüncü hissə)
Üçüncü ayə
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver![1]
Hafiz Qunduzi (Hənəfi) Muhəmməd ibn Müslimə istinadən, “Bəqərə” surəsində Allah-taalanın kəlamı barədə İmam Sadiqin (ə) belə dediyini nəql etmişdir:
ان قدام (القائم) علامات بلوي من اللّه للمؤمنين
قلت: وما هي؟
قال: هذه الآية (ولَنَبْلُوَنَّكمْ بِشَيْءٍ مِنَ الخَوْفِ) من تلقهم بالاسقام و(الجوع) بغلاء أسعارهم (ونقص من الاموال) بالقحط (والأنفس) بموت ذائع و(الثمرات) بعدم المطر، (وبشر الصابرين) عند ذلك
ثم قال: يا محمّد هذا تأويله (وما يَعْلَمُ تَأْوِيلَهُ اِلاَّ اللَّهُ والرَّاسِخُونَ فِي العِلْمِ) ونحن الراسخون في العلم
“Həqiqətən, (Qaimin gəlişindən) öncə Allahdan möminlər üçün məşəqqətli (bəlalı) əlamətlər vardır”.
Dedim: “O (əlamətlər) nədir?”
Dedi: “Bu ayə (“Əlbəttə, biz sizi bir az imtahan edəcəyik...”) onların (növbənöv) xəstəliklər(lə yaranmış olan qorxu), qiymətlərin bahalaşması (ilə yaranan aclıq), qıtlıq (səbəbilə mal çatışmazlığı), geniş yayılmış ölüm (ilə canlarının aradan getməsi), yağışın yağmaması(na görə məhsul qıtlığına) ilə tələf olmalarındandır və həmin vaxt (səbr edənləri) müjdələ!”.
Sonra dedi: “Ey Muhəmməd, bu onun (“Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz”) təvilidir və elmdə qüvvətli olanlar bizik!”[2]
[1] “Bəqərə” surəsi, 155-ci ayə
[2] “Yənabiul-məvəddət”, c.3, səh.235
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər