“Bismillah” - hər bir işə ümid və rəhmət bəxş edən rəmzdir |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 3-01-2015, 18:03 | Şərh sayı: (0) | Baxılıb: 652
“Bismillah” - hər bir işə ümid və rəhmət bəxş edən rəmzdir
Quranda Allahın çox sayda adına işarə edilmişdir.
Bunların hər biri də Allahın həmin sifətini bəyan edir. Bu adlar içərisində ancaq bir ad Allahın bütün sifətləri və kamallarını əhatə edir. Bu da Allah adıdır. Ona görə də qalan adlar bu adın sifəti kimi bəyan olunur. Məsələn: فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِیمٌ»
«فَإِنَّ اللّهَ سَمِیعٌ عَلِیمٌ
("Bəqərə” 226-227).
Allahın hər biri adı əzəmətli və gözəldir. Əgər heyvan kəsilən zaman Allahın adı çəkilərsə həmin heyvanın əti halal olar. Ona görə də Quran buyurar: "(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir”. ("Ənam” 121).
"Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin”. ("Ənam” 118).
Allah adı Quranda 2812 dəfə işlənmişdir. Allahın qalan adlarında əgər bir hərfi söyləməsən, o mənanı verməz. Ancaq Allah adı belə deyildir. Məsələn əgər əlif hərfi silinərsə, Quran buyurur: " « وَلَلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرضِ
("Casiyə” 27). Yəni, "Göylərin və yerin həqiqi malik və sahibi Allahdır”.
Əgər birinci lam hərfi silinərsə bu zaman Quran buyurur:
("Taha” 6)
لَهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الْأَرْضِ»
Yəni, "Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur”.
Əgər ikinci lam silinərsə, Quran buyurur:
("Qəsəs” 70) وَهُوَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ».
Yəni, "Ondan başqa heç bir tanrı olmayan Allah Odur”.
Hər bir işi Allahın adı ilə başlayın.
بسم اللّه الرحمن الرحیم» - Allah kitabının ilk kəlməsidir. Bu söz nəinki Quranda, bəlkə qalan səma kitablarında da yazılıb.
Nuhun (ə) gəmisi Allah adı ilə hərəkət edib və Allahı adı ilə dayanmışdır. "Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır)”. ("Hud” 41).
Süleyman peyğəmbər (ə) Səba mələkəsini iman gətirmək üçün yazdığı məktubu بسم اللّه الرحمن الرحیم» ilə başlamışdı.
"Bismillah”
- hər bir işə ümid və rəhmət bəxş edən rəmzdir. Yəni, hər bir qüdrətin, ümid və rəhmətin tək sahibi Allahdır. Peyğəmbər (s) də öz risalətinə Allah kəlməsi ilə başlamışdı.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir mühüm iş əgər Allahı adı çəkilmədən başlanarsa, sona çatmaz”.
İbn Abbas nəql edir ki, İmam Əlidən (ə) soruşdum ki, niyə "Bəraət” surəsi Bismillahla başlamır? Həzrət (ə) cavab verdi: ""Bismillah” - aman və təhlükəsizlik mənbəyidir. "Bəraət” surəsində aman yoxdur. Döyüş əmri verilmişdir”.
İmam Sadiq (ə) buyurur: " بسم اللّه الرحمن الرحیم» heç bir zaman tərk etmə, hətta əgər ondan sonra şeir oxusan belə”.
İmam Həsən Əsgəri (ə) buyurur: ""Bismillah” demək - Allahdan həyatın hər bir sahəsində yardım istəməkdir
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər