Quran oxuyarkən şeytandan Allaha sığınmaq |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 25-01-2015, 18:59 | Şərh sayı: (0) | Baxılıb: 930
Quran oxuyarkən şeytandan Allaha sığınmaq
Quran, ALLAHın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir nöqtə var. Quran, möminlərin hidayətini artırarkən, inkarçıların inkarını meydana çıxarır. Bir ayədə Quranın bu xüsusiyyəti belə açıqlanır:
Sənə Kitabı nazil edən Odur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu ALLAHdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Al-İmran Surəsi, 7)
Ayədə də bildirildiyi kimi möminlər Quran ayələrini oxumaqla imanlarını və ALLAHa olan təslimiyyətlərini artırarlar. Ancaq inkarçılar eyni ayələri oxusalar da ayələrdəki hikmətləri qavraya bilməzlər. Necə ki, yuxarıdakı ayədə də bildirildiyi kimi Quranın bəzi ayələri "ürəklərində şübhə olanlar”ın pozğunluğunu ortaya çıxarmaq kimi bir xüsusiyyət də daşıyır. Bu səbəblə ALLAH, Quran oxumadan əvvəl şeytanın təsirindən ALLAHa sığınmağı əmr edir. ALLAH ayədə belə əmr edir:
... Quran oxuduğun zaman, qovulmuş şeytandan ALLAHa sığın. (Nəhl Surəsi, 98)
ALLAHın möminlərə əmr etdiyi bu ibadət, şeytanın varlığını və fəaliyyətlərini xatırlatması baxımından əhəmiyyətlidir. Həqiqətən də şeytan, əsla vəzifəsini tərk etməz və insanlara sağlarından, sollarından, önlərindən və arxalarından yanaşaraq onlara vəsvəsə verməyə çalışar. ALLAHın doğru yoluna oturaraq onları bu yoldan azdırmağı hədəfləyər. Şeytanın bu fəaliyyətlərini və taktikalarını ALLAH bizə Quranda bir çox ayədə bildirir. Cənnətdən qınanaraq və qovularaq endirilən şeytanın hiylələrindən, bunları bizə Quran vasitəsilə öyrədən və onlardan qorunma yollarını göstərən ALLAHın yol göstərməsi sayəsində xilas olarıq. İbrahim surəsi 22-ci ayəsində də ifadə edildiyi kimi "Şeytanın inanan qullar üzərində heç bir hökmü yoxdur.” Bunun sirri inanan qulların yol göstərici olaraq Quranı qəbul etməsi və "qovulmuş şeytan”dan ALLAHa sığınaraq onu oxumasıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər