Osmanlının yaxın tarixində şiələr |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 327
Osmanlının yaxın tarixində şiələr
İslam vəhdətindən çox söz açılsa da, təəssüf ki, müasir dünyada bu çağırışların əməli işartılarını çox az görürük. Düşmənlər bu birliyin nə dərəcədə təhlükəli olduğunu gözəl anlayır, hər vasitələrdən istifadə edərək sünnilərlə şiələr arasında nifaq toxumları səpməyə, onların səflərinin birləşməsinə yol verməməyə çalışırlar. Çünki bu birliyin nələrə qadir olduğunu tarixdən bilirlər. Bu tarixi nümunələrdən biri də Birinci Dünya müharibəsi illərinə təsadüf edir.
Ümumiyyətlə, I Dünya müharibəsi başlayarkən, britaniyalılar Osmanlının ərəblər yaşayan ərazilərindəki qəbilələri mərkəzi hakimiyyətə, yəni Osmanlı hakimiyyətinə qarşı qalxmağa, guya öz müstəqil dövlətlərini qurmağa həvəsləndirməyə başladılar. Maraqlıdır ki, həmin illərdə britaniyalılar Osmanlı ərazilərində yaşayan bir çox ərəb sünni qəbilələrini öz din qardaşlarına qarşı savaşmağa təhrik edə bilsələr də, şiələr bu hiylələrə boyun əymədi və britaniyalıların təkliflərindən imtina etdilər. Əsas amil isə, qeyri müsəlmanla birləşib, müsəlmana qarşı döyüşməyi qəbul etməmələri oldu. İraq və Yəmən bunun bariz nümunəsidir. Qeyd edək ki, Osmanlı imperiyası savaş illərində ingilislərin hədəfində olan İraqı müdafiə etmək məcburiyyətində idi.
Nəsr Tv adlı internet televiziyası, I Dünya müharibəsi zamanı İraqda baş vermiş Kut əl-Əmmarə döyüşü haqda veriliş hazırlayıb.
İraqın Kut əl-Əmmarə şəhərində Osmanlı ordusu 13300 ingilis əsgəri, 13 general və 481 zabitini əsir alaraq, bu torpaqlara neft yataqlarını qarət etməyə gələn İngilis krallığına tarixinin ən rüsvayçı şərtlərlə təslimini yaşadıb. Bu zəfərin təməlində isə məhz müsəlmanların birliyi, vəhdəti dayanır. Bəzilərinin indi Osmanlını sırf sünni imperiyası, şiələri isə bu dövlətə düşmən kimi qələmə verməsi Kut əl-Əmmarə hadisələri ilə alt-üst olur.
İraqda qeyd edilən hadisələr isə ilk olaraq general Torşenin başçılığı ilə İraqa soxulan və Bağdada tərəf hərəkət edən ordunun sıralarındakı hindistanlı və qeyri millətlərdən olan şiələrin öz din qardaşları ilə savaşmaqdan imtina etmələri ilə başladı. Bir sıra nüfuzlu ayətullahların müvafiq fətvasından sonra isə həm onlar, həm də yerli şiələr Osmanlı ordusunun sıralarında işğalçılara qarşı vuruşmağa başladılar.
Nəticədə, ingilislər 40 min nəfər itki verərək ağır məğlubiyyətə düçar oldular. 29 aprel 1916-cı ildə isə Kut əl-Əmmarə şəhərində mühasirəyə düşən işğalçılar təslim olmaq məcburiyyətində qaldılar.
Bu, Türkiyə üçün Çanaqqala savaşı qədər önəmli bir qələbə idi. Məhz bu səbəbdən də Kut əl-Əmmarə zəfərinin ildönümü 1952-ci ilə qədər Türkiyədə milli bayram kimi qeyd olundu. Amma ölkənin NATO-ya daxil olmasının ardından İngiltərənin tələbi ilə bu tarixi zəfər nəinki bayram edilmədi, hətta onun barədə məlumatlar tarix kitablarından silindi. Düşmənlər çox yaxşı anlayırdılar ki, müsəlmanların birliyi qarşısında acizdirlər və bu birliyi xatırladan hər bir kiçik əlaməti aradan aparmaqda qərarlı idilər. Təəssüf ki, bu məqsədlərə faktiki olaraq nail oldular.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər