Bədr döyüşü |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 14-05-2015, 22:51 | Şərh sayı: (0) | Baxılıb: 654
Bədr döyüşü
Bədr döyüşündən qabaq müsəlmanlarla müxaliflər arasında kiçik qarşıdurmalar baş versə də, yalnız Bədr döyüşünü birinci
mühüm savaş saymaq olar. Bu döyüşdə müşriklərdən çəkinən, onlarla qarşılaşmaq istəməyən müsəlmanlar sınağa çəkildilər. Bu
barədə Allah-təala Qur’anda buyurur: «Mö’minlərdən bir dəstəsinin xoşuna gəlmədiyi halda, Rəbbin səni müşriklərlə döyüş üçün
evindən bayıra çıxardı».Bu döyüşdə müşriklərin minə yaxın döyüşçüsü yaxşı silahlanmış və təchiz olunmuş halda Əbu-Süfyanın
başçılığı altında hərb meydanına girmişdilər. Hansı ki, müsəlmanlar yalnız üç yüz on üç nəfər idi. Onların çoxu silahsız idi.Düşmən yeyin atlara süvar olduğu halda müsəlmanların cəmi yetmiş dəvəsi və bir neçə atı vardı. Bir sözlə, hicri ikinci ildə, ramazan ayının on yeddisində bu iki qrup Məkkə və Mədinə arasında yerləşən «Bədr» adlı quyunun kənarında üz-üzə gəldilər.
Allah-təala mö’minlərə öz mələkləri ilə yardım göstərdi. Qur’anda oxuyuruq: «Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda Allah sizə yardım etdi».Əvvəlcə müşriklərdən üç nəfər Ütbə, Şeybə və Vəlid ibn Ütbə meydana çıxıb qarşı tərəfdən mübariz istədi. Həzrət Peyğəmbərin göstərişi ilə müsəlmanlar tərəfdən Əli, Peyğəmbərin əmisi Həmzə və Übeydə ibn Haris ibn Əbdül-Müttəlib düşmənlə savaş üçün meydana daxil oldu. Həzrət Əli (ə) Vəlidlə üzbəüz gəlib onu qətlə yetirdikdən sonra yoldaşlarının da köməyinə çatdı. Düşmənin hər üç cəngavərinin həyatına son qoyuldu. Öz qəhrəmanlarının qətlə yetirildiyini görən müşriklər qorxuya düşdülər. Sonradan düşmən tərəfindən kim meydana çıxdısa, həzrət Əlinin (ə) qılıncını ağuşuna almalı oldu. Həzrət Əlinin (ə) qəhrəmanlıqları sayəsində Bədr döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Düşmənin yetmişdən çox döyüşçüsü qətlə yetirildi, yetmişdən çoxu isə əsir alındı. Abbas ibn Əbdül-Müttəlib və Əqil ibn Əbu-Talib də əsirlər arasında idi. Onlar fidyə verməklə azad oldular və İslamı qəbul etdilər. Tarixçilərin yazdığına görə düşmənlərin yarıdan çoxu həzrət Əlinin (ə) qılıncı ilə dünyasını dəyişmişdi. Həzrətin qətlə yetirdiyi düşmənlər arasında As ibn Səid, Hənzələ ibn Əbu Süfyan, Uməyr ibn Osman kimi Qüreyş başçıları vardı.
Nəhayət, müharibə müsəlmanların xeyrinə və müşriklərin məğlubiyyəti ilə başa çatdı. Müsəlmanlar Mədinəyə qələbə ilə döndülər.
Əlinin (ə) adı misilsiz bir şücaətə malik şəxs kimi dildən dilə gəzdi. Onunla düşmənçilik etmək hətta düşüncələrdən də ötüşmürdü.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər