Ermənistan Rusiyanın istəyi ilə müharibəyə hazırlaşır - Türk yazardan sensasion iddia |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:25 | Şərh sayı: (0) | Baxılıb: 414
Ermənistan Rusiyanın istəyi ilə müharibəyə hazırlaşır - Türk yazardan sensasion iddia
"Ermənistan Rusiyanın tapşırığı əsasında Qarabağda yeni bir müharibəyə başlamaq istəyir".
Avropa.info xəbər verir ki, belə bir iddia ilə Türkiyənin məşhur "Yeni Akit" qəzetinin yazarı Mehmet Koçak çıxış edib.
Avropa.info Mehmet Koçakın həmin yazısını təqdim edir:
Rus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra, Putinin Ankaraya qarşı təcavüzkar həmlələri davam edir. Rusiya prezidenti Putin xalqa ilin yekunları ilə bağlı müraciətində belə dedi: "Onlara etdikləri şeyi dəfələrlə xatırladacağıq və etdiklərinə görə dəfələrlə peşman olacaqlar".
Sadəcə, təhdidlə qalmırlar Moskva rəhbərliyi indi də fərqli strategiyalarla Türkiyəni dörd tərəfdən vurmağa hazırlaşır.
Rusiyanın Suriya-İran və İraqı yanına alaraq yaratdığı ittifaqın və strateji tərəfdaşlığın hədəfində Türkiyə var. Ölkəsinə nəzarətini və birliyini təmin etməyən İraqın "kukla" rəhbərliyinin 20 ölkənin İraqdakı varlığına səs çıxartmamasına baxmayaraq, Kərkükdəki türk əsgərini düşmən kimi görməsi və bunu beynəlxalq məsələ halına gətirmə cəhdləri bu çirkli ittifaqın ilk hərəkətidir.
Rusiya bu ittifaqla İraq və Suriya üzərindən Türkiyənin bölgədəki fəaliyyətini qırmağa çalışır. Bundan başqa, ərəb dünyasının, Bəsrə körfəzi və Aralıq dənizi ilə bağlarını kəsməyi qarşısına məqsəd qoyur.
Rusiya indi Suriyada təmin etməyə çalışdığı hakimiyyətlə region ölkələri və Aralıq dənizini nəzarətinə almağı hədəfləyir. Bununla da şimalda Ermənistan üzərindən sərhədimizə yaxın olan Rusiya, bu dəfə cənub sərhədimizdə də qarşımızda olacaq.
PKK-PYD və YPG kimi podratçı terror təşkilatlarından Amerika və müttəfiqləri kimi Rusiya da istifadə etmək istəyir. PKK terror təşkilatının siyasətdəki nümayəndəsi HDP həmsədri Səlahəddin Demirtaşın Moskva səfəri və orada kürd iş adamları dərnəyinin açılması bu xain planın bir hissəsidir. Beləliklə, Rusiya Türkiyəni küncə sıxışdırmaq üçün, HDP üzərindən PKK və PYD-ni istifadə etməyə hazırlaşır.
Digər tərəfdən, Rusiya türk dövlətləri üzərində təzyiqini artırarkən Ermənistana silah nəqlini davam etdirir. Rus generallar erməni ordusuna təlim keçməyə başlayıb. Rusiya dəstəkli Ermənistan isə Azərbaycana hücum etməyə hazırlaşır. Belə ki, Ermənistan nüdafiə nazirliyinin sözçüsü Artsun Hovannisyan "Bu gün bir müharibənin içindəyik. Müharibə kəlməsini istifadə etmək məcburiyyətindəyik, çünki artıq atəşkəs yoxdur" deyib. Bu açıqlama Azərbaycana qarşı Rusiyanın planladığı yeni bir hücum hazırlığını təsdiq edir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın İsveçrədə keçirdikləri görüşdə iki ölkə arasında heç bir razılıq əldə olunmadı. Bunun əsəs səbəbkarı Rusiyadır.
Böyük güclər Osmanlını parçalayıb torpaqlarını bölüşərkən fərqli millətləri, içimizdəki azlıqları qızışdıraraq bölünməyimiz üçün zəmin hazırlamışdılar. İngilislər və ruslar erməniləri, fransızlar ilə ingilislər kürdləri və ərəbləri inqilaba qaldırmaqla məşğul idilər. Ancaq çar rəhbərliyinə qarşı qiyam qaldıran kommunistlər inqilab həyata keçirdilər və nəticədə qarışan Rusiya Osmanlı üzərində müvəffəqiyyətə nail ola bilmədən Orta Şərqdən çəkilmək məcburiyyətində qaldı.
O zaman ermənilərdən istifadə edən ruslar, indi Bəşər Əsəd vasitəsiylə yenidən Yaxın Şərqə yerləşməyə çalışır.
Əslinə baxılsa ruslar kürdləri heç sevmir. Çünki rusların dəstəyi ilə qiyam qaldıran ermənilərin üsyanını dəf etməyə çalışan Osmanlıya ən böyük dəstəyi kürdlər verdi. Rus və erməni mənbələrində "Kürdlər müsəlmandır və türklərin qardaşıdır" yazılır. Bəzi mənbələrdə isə, kürdlərin "rus və ermənilərin əzəli düşməni" olduğu qeyd edilir.
Rusiyanın Yaxın Şərqdə fəaliyyətini gücləndirməsi üçün Əsəd rejimi yetərli deyil. Buna görə də, ruslar PKK, YPG/PYD terrorçularına dəstək verməkdə qərarlıdı.
HDP lideri Demirtaşın Moskvada yüksək səviyyədə qarşılanması və xarici işlər naziri Lavrov tərəfindən qəbul edilməsi də buna görədir.
Demirtaş bundan əvvəl Vaşinqton və Brüsselə səfərlərində PKK terror təşkilatının qanlı addımlarını və terrora qarşı Türkiyənin mübarizəsini "Türk-kürd döyüşü var. Türk ordusu güc istifadə edir və xalq bundan böyük zərər görür" şəklində izah edərək, Qərbdən dəstək istəmişdi.
Rusiyanın Suriyaya girməsindən narahat olan Avropa Birliyi qaçqın problemi mövzularında Türkiyəyə duyulan ehtiyac səbəbiylə HDP liderinə dəstək verməmişdi. Ancaq, Demirtaş Moskvada tam dəstək aldı.
Demirtaşın rus millətçiləri ilə görüşü barədə belə məlumatlar sızıb ki, HDP lideri PKK-nın bir "qurtuluş ordusu" olaraq Rusiya tərəfindən tanınması üçün bir kampaniya başlatmalarını istəyib.
Türkiyəyə təhdidlər üçün, bir ittifaq axtarışı içində olan rus səlahiyyətliləriylə eyni masada separatçı terror təşkilatı PKK-PYD və YPG adına gizli bazarlıq edib, dəstək istəyən Demirtaşın Moskva səfəri sözün tam mənasıyla bir xəyanətdir.
Qeyd edək ki, artıq yanvar ayında Qarabağda savaşın başlayacağı haqda Rusiya mediası "adlarının çəkilməsini istəməyən" hərbi ekspertlərə istinadən məlumatlar yayırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər