RSS
 

Login:
Şifrə:
» » Şiə məzhəbinə olunan hücumlar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şiə məzhəbinə olunan hücumlar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-10-2015, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 1917

Şiə məzhəbinə olunan hücumlar


Şiə məzhəbinə olunan hücumlar


Tarix boyu şiə məzhəbi saysız-hesabsız hücumlara, böhtan və iftiralara məruz qalmışdır. Müsəlman qardaşlar arasında ədavət toxumu səpməyə çalışan qərəzli alimlər, bəzi hallarda isə məlumatsız müsəlmanlar bu məzhəb haqda əsassız sözlər söyləmişlər.
Bir-birlərindən xəbərsiz olan müsəlmanlar hiyləgər düşmənin, təəssübkeş alimlərin iftiralarına uymuş, öz müsəlman qardaşlarına müşrik, azğın gözü ilə baxmışlar.
Çox təəssüflər olsun ki, belə münasibətlərə təkcə avam insanlar arasında deyil, böyük alimlərin və təhqiqatçıların kitablarında da rast gəlmək olur.
Biz burada yalnız bir neçə məşhur alimin kitablarına nəzər salır, onların şiə məzhəbi barəsində söylədikləri cümlələrlə tanış oluruq:
‒Şəhabuddin Әbu Ömər Әhməd ibni Məhəmməd ibni Әbdi-rəbbih Qurtəbi Maliki (H.Q. 4-cü əsr) «Әqdul-fərid» adlı kitabının birinci cildində şiələri İslam ümmətinin yəhudiləri adlandıraraq yazır:
«Şiələr yəhudilər kimi təlaqdan sonra iddə saxlamağı lazım bilmirlər.» (Təlaq – boşanma və boşama, iddə isə boşanmış və ya əri ölmüş qadının yenidən ailə qurmasına qadağa qoyulan müddətdir.)
«Şiələr yəhudilər kimi Allahın vəhy mələyi Cəbraili özlərinə düşmən hesab edirlər. Onların etiqadına görə Cəbrail Qurani-Kərimi həzrət Әliyə nazil etməli idi, lakin xəyanət edərək onu həzrət Məhəmmədə (s) nazil etdi».
‒Әbu Məhəmməd Әli ibni Әhməd ibni Səid ibni Həzəm Әndəlosi (H.Q. 5-ci əsr) «Әl-fəslu fil-miləli vən-nihəl» kitabında şiələri yəhudi mənşəli kafir adlandıraraq onları yalançı bir firqə sayır. Müəllif həmin kitabın dördüncü cildində yazır:
«Şiələr doqquz qadınla evlənməyi halal hesab edirlər».
‒Әhməd ibni Әbdül-Həlim Hənbəli (H.Q. 8-ci əsr) «Minhacus-sünnə» kitabında Peyğəmbər Әhli-beyti barəsində nəql olunmuş bütün hədisləri təkzib etmiş, şiə məzhəbinə saysız-hesabsız böhtanlar atmışdır. İbni Teymiyyə ləqəbi ilə məşhurlaşan bu alim həmin kitabın 1-ci cildində yazır:
«Qibləyə üz tutan firqələr arasında şiələr kimi yalançı bir tayfa yoxdur».
O, qeyd olunan kitabda yazır:
«Şiələr məscidlərə etinasızdırlar. Onlar məscidlərdə cümə və camaat namazı qılmazlar; bəzi hallarda namaz qılsalar da tək halda qılarlar».
«Şiələr evlərində saxladığı itlərə xəlifələrin adlarını qoyur, onları lənətləyirlər».
Həmin kitabın 2-ci cildində şiə məzhəbi ardıcıllarının 12-ci imam Sahibəz-Zamanın yolunu gözləyərək hətta namaz belə qılmadıqları iddia olunur.
‒İmam Fəxri Razi özünün «Məfatihul-ğəyb» təfsirində şiə alimlərinin fikirlərini bəyan edərkən, şiələri təkrar-təkrar rafizi (dindən çıxmış) adlandırmış, hər dəfə «Allah onlara lənət etsin» deyə, söyləmişdir.
Bu alim və təfsirçinin fikirləri ilə tanış olmaq üçün qeyd olunan kitabda «Maidə» surəsinin 3-cü ayəsinin təfsirinə nəzər salmaq kifayət edər.
İslam alimlərinin dini araşdırmalarında belə qeyri-obyektivliyə yol verdiklərini görəndə ən azı təəssüf hissi keçirməli olursan. Məhz bu alimlərin qərəzli mövqeləri, cahilanə təəssübləri minlərlə insanın qanının tökülməsi ilə nəticələnmişdir.
Bir çox dünya şöhrətli şiə alimləri belə qərəz və təəssüblərin qurbanı olmuşlar.
Öz zamanında fövqəladə şəxsiyyət, əvəzsiz fəqih və mütəfəkkir Məhəmməd ibni Cəmaləddin Məkki Amilinin (H.Q. 8-ci əsr) faciəli qətli bəlkə də bu kimi hadisələrlə zəngin olan tarix yaddaşımızın kiçik bir xatirəsidir.
Şəhidi-əvvəl ləqəbilə məşhurlaşan bu dahi şəxsiyyət bütün məzhəblərin nümayəndələrinə öz məzhəblərindən dərs verirdi. Onun zindanda olarkən heç bir mənbədən istifadə etmədən yeddi gün ərzində yazdığı «Әl-lümuətud-Dəməşqiyyə» kitabı bu günədək bütün dini hövzələrdə iki-üç illik tədris proqramıdır.
Belə bir alim məhz şiə olduğu üçün Dəməşq qaziləri Bürhanuddin Maliki və İbad ibni Әl-cəmaə Şafeinin hökmü ilə edam olundu. Daha sonra dar ağacında daş-qalaq etdilər, yandırıb külünü səhraya səpdilər.
Vəhhabilərin son iki yüz il ərzində şiələrə qarşı törətdikləri cinayətlər İslam dünyası üçün xəcalətdən başqa bir şey deyildir. Özlərini Peyğəmbər sünnəsinin yeganə ardıcılları hesab edən bu təriqət ardıcılları çox təəssüf ki, öz tarixinə nəzər salmağı unudur, bir milyarddan artıq İslam ümmətinə kafir, müşrik adı verirlər. Cəhalət bataqlığında qərq olan bu nadanlar hətta, bu təriqətin yaranmasında müstəsna rol oynamış İngiltərə məxfi idarələrinin etiraflarını belə eşitmək iqtidarında deyillər. Hörmətli oxucular, Böyük Britaniya kəşfiyyatçısı Mister Hemferin Vəhhabi təriqətinin yaranması ilə bağlı yazdığı xatirələri əks etdirən «İngilis casusunun etirafları» kitabını gözdən keçirmək söylədiklərimizin həqiqət olduğunu təsdiq edər.
İraqın müsəlman əhalisinin başına təsəvvürolunmaz müsibətlər gətirildi. Müqəddəs Kərbəla şəhərində on minlərlə müsəlmanın faciəli şəkildə öldürülməsi, şəhərin talan olunması kaş İslam tarixinin səhifələrinə yazılmayaydı.
Çox təəssüflər olsun ki, tariximizin qan yaddaşına artırılan bu səhifələr hələ də tükənmək bilmir. Әfqanıstanın Məzari-şərif şəhərində yaşayan şiələrin bir neçə il bundan qabaq vəhhabi Taliban tərəfindən kütləvi şəkildə qırılması, kişilərin öldürülüb, qadınların əsir götürülməsi də tariximizə qanlı hərflərlə həkk olundu.
Bəlkə də təəssüf etmək yox, qan ağlamaq lazımdır ki, bəşəriyyətin mənfur düşmənləri olan yəhudi təşkilatları iti xəncərlərini müsəlmanların əli ilə İslamın qəlbinə sancdılar.
Allahın düşmənlərinə, kafir və müşriklərə qarşı icazə verilməyən rəftarları özümüzə qarşı çox rahatcasına tətbiq etdik.
Allaha iman gətirib müqəddəs Qurana itaət edən müsəlman şiə qardaşlar bidətçi, müşrik, kafir qismində təqdim olundular.
Әvvəldə qeyd etdiyimiz kimi, bu kitabda şiə məzhəbinə qarşı tuşlanan böhtan və iftiraları açıqlayacaq, onlara elmi şəkildə cavab verməyə çalışacağıq. Yəqin ki, Allah-taalanın əvəzsiz neməti olan ağıl sahibləri məntiqi nəticə çıxarmaqda çətinlik çəkməzlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor