Şiəlik Səfəvilər və Osmanlılar dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 8-01-2016, 07:20 | Şərh sayı: (0) | Baxılıb: 528
Şiəlik Səfəvilər və Osmanlılar dönəmində
Onun vəfatından sonra ( h. q. 930-cu ildə) digər Səfəvi padşahları hicri on ikinci əsrə qədər (h. q. 1148) hakimiyyətdə oldular. Bu zaman kəsiyində hakimiyyətdə olan bütün padşahlar şiə məzhəbini rəsmi məzhəb olaraq qəbul edib onu möhkəmlətməyə çalışdılar. Bu dövrdə xeyli miqdarda dini mərkəzlər, o cümlədən məscidlər, elmi mədrəsələr və hüseyniyyələr inşa edildi. Bununla yanaşı, müqəddəs ziyarətgahlar genişləndirilərək təmir edildi. Bütün bunlara səbəb Səfəvilərin dini-mənəvi meyillərindən əlavə, Şeyx Bəhai və Mir Damad kimi alimlərin sarayda yaşayaraq onları dinə, elmə və müxtəlif elmi sahələrdə alimlər yetişdirməyə sövq etmələri idi. Bu dönəmdə yaşayıb yaratmış məşhur alimlərdən Mir Damad, Mühəqqiq Kərəki, Şeyx Bəhai, atası Şeyx Hüseyn Əbd əs-Səməd, Sədr əl-mütəəllihin, Əllamə Məclisi, Mühəqiq Ərdəbili, Molla Abdullah Yəzdi, Feyz Kaşani və başqalarını göstərmək olar. Həmin dönəmdə İslam ölkələrinin böyük bir hissəsi Osmanlı imperatorluğunun hakimiyyəti altında idi. Onlar əhli-sünnə məzhəbini böyük təəssübkeşliklə qəbul etmişdilər və şiələrə qarşı düşmən mövqe tuturdular. Belə ki, şiələrin İslamdan xaric olduqlarını söyləyib bir neçə ruhanidən, onların qətlinə fərman aldılar. Sultan Səlim bu dəstəyə dayanaraq Anadoluda qırx min, bəzi qaynaqlara görə isə yetmiş min nəfəri sırf şiə olduğu üçün öldürdü. Hələbdə Şeyx Nuh Hənəfinin, "şiələr kafirdir və onları qətlə yetirmək vacibdir” - deyə verdiyi fətvanın ardınca on minlərlə şiə öldürdülər. Sağ qalanlar isə Hələbi tərk etdilər. Orada bir şiə belə qalmadı. Bir halda ki, Həmdanilər hakimiyyətə gəldikləri ilk illərdə Hələb şəhərini tamamilə ələ keçirmişdilər. Hələb Ali-Əbu Zöhrə, Ali-Əbu Cədadə və digər böyük fiqh alimlərinin yaşayıb yaratdığı şəhər olmuşdur. Bu alimlər haqqında "Əməl əl-amal” kitabında daha ətraflı qeyd edilmişdir. Osmanlılar böyük şiə alimlərindən Şəhid Sanini qətlə yetirərək şəhid etdilər. Onlar şiələri dövlət idarələrindən ixrac edib, dini vəzifələrdə çalışmağa belə qoymadılar. Şam şəhərində və digər bölgələrdə yaşayan şiə azlıqlara dini ayinləri həyata keçirməyə icazə vermirdilər. Bu müsibətli günlər miladi tarixi ilə dörd əsr (1198 – 1516) sürdü[338].Həmin siyasi vəziyyət bundan sonra da davam etdi. İranda şiə məzhəbi rəsmi dövlət məzhəbi olaraq qəbul edildi. Heç bir qarşıdurma baş vermədi. Lakin qeyri-şiələrin, xüsusilə vəhhabilərin hakimiyyətdə olduqları digər bölgələrdə, şiələrin vəziyyəti heç də ürəkaçan deyildi. Lakin İranda İslam inqilabının qələbəsi və bu inqilabın dahi lideri İmam Xomeyninin yürütdüyü siyasət şiə məzhəbi haqqında bir çox həqiqətləri üzə çıxartdı, şiəliyə yönəlmə günü-gündən artmağa başladı. Təbii ki, bu arada ona qarşı kinli, ayırıcı siyasətlər də səngimək bilmir.
Xəyal, yoxsa versiya?
Öncə də qeyd etdiyimiz kimi, şiəliyin meydana gəlməsi haqqında müxalif qüvvələr tərəfindən müxtəlif versiyalar irəli sürülmüşdür. İndi bu versiyaları bir-bir incələyəcək və yanlış olduğunu tam aydınlığı ilə göstərməyə çalışacağıq: 1. Şiəliyin "Səqifə”də meydana gəlməsi;Bəzi tarixçilər şiəliyin yaranmasının Peyğəmbərin (s) vəfatından sonra xilafət məsələsində meydana gələn fikir ayrılığı ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Başqa sözlə desək, onların fikrincə şiəlik Səqifə hadisəsi zamanı meydana gəlmişdir. Çünki Səqifədə Peyğəmbərin (s) canişinliyi və müsəlmanların gələcək rəhbərliyi məsələsində iki fərqli görüş var idi. Ənsardan olan bir qrup müsəlman Səd ibn Übadənin xəlifə olması təklifini irəli sürdülər. Bir çox mühacirlər isə Əbu Bəkrin xəlifə olması fikrini dəstəklədilər. Bu iki qruplaşma arasında baş verən danışıqlardan sonra müzakirələr ikinci qruplaşmanın xeyrinə tamamlandı. Digər tərəfdən, bu iki qruplaşmaya qarşı olan, aralarında Bəni-Haşim, ənsar və mühacirlər də olan çoxlu sayda insan Əlinin (ə) imam olduğu qənaətində idi. Bunlar Əlinin (ə) şiələri idilər və elə buna görə də şiəlik İslam dünyasında ayrıca bir məzhəb kimi ortaya çıxdı.Cavab: Əgər bu versiyada məqsəd şiəliyin İslam dünyasında ayrıca bir məzhəb kimi meydana gəlməsinin Peyğəmbərin (s) vəfatından sonraya, Səqifə hadisəsinə təsadüf etməsidirsə, belə bir nəzəriyyə məqbuldur. İmamətin yazılı və ya şifahi dəlillərinin Peyğəmbər (s) dönəminə aid olmasına baxmayaraq, bir məzhəb kimi meydana gəlməsi o həzrətin (s) vəfatından sonraya təsadüf edir. Bu zaman qeyd olunan versiyada təzadlı bir məqam qalmır. Lakin əgər bu versiyada məqsəd şiəliyin ideoloji köklərinin Peyğəmbər (s) dönəminə deyil, ondan sonraya aid olduğudursa, o zaman bu versiya məqbul deyil.Əllamə Seyid Möhsün Əmin Amili məlum iki versiyanı xatırladaraq yazır: "Öncəki fəsillərdə diqqətinizə çatdırdıq ki, Peyğəmbər (s) dönəmində bir çox müsəlmanlar Əli (ə) şiəsi hesab edilirdilər. Sonradan imamət məsələsində yaranan fikir ayrılığı zamanı şiəlik üzə çıxdı. Çünki danışıqlar zamanı ənsardan olanlar mühacirlərə dedilər: "Bizdən də, sizdən də (ayrıca) bir rəhbər seçilsin”. Lakin mühacirlər Peyğəmbərin (s) qəbiləsindən olmaları bəhanəsi ilə ənsarın sözünü qəbul etmədilər. Bu danışıqlar Əliyə (ə) çatdıqda Əli (ə) buyurdu: "Əgər mühacirlərin bu istinadı düzgündürsə, o zaman xəlifə biz Bəni-Haşimdən olmalıdır. Əks təqdirdə, ənsarın sözü öz qüvvəsində qalır. Elə oradaca Bəni-Haşimdən olanlar, Əbd əl-Müttəlib xanədanı Əlinin (ə) imaməti (şiəlik) üzərində dayandılar. Mühacir və ənsardan olan bir çoxları da onlara qoşuldular. Mühacirlərin arasında Salman Farsi, Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Əmmar ibn Yasir, Xalid ibn Səid vəBüreydə Əsləmi də gözə dəyirdi. Ənsardan isə Əbu əl-Heysəm ibn Təyyihan, Səhl ibn Sabit (Zu əş-şəhadəteyn ləqəbi ilə məşhur olmuşdur), Übəyy ibn Kəb və Əbu Əyyub Ənsari var idi”.Doktor Abdullah Fəyyaz yazır: "Bu görkəmli şəxsiyyətlərin heç bir müqəddiməsiz Peyğəmbərin (s) vəfatından sonra Əlinin (ə) imamətə layiq olduğunu demələrini düşünmək olduqca çətindir. Bir çox səhabənin davamlı olaraq Əlinin (ə) imamətə layiq olduğunu vurğulamaları, buna etiqad bəsləmələri Səqifədə meydana gəlmiş vəziyyətdən doğan ani qərar deyildi. Bunun ideoloji kökləri Peyğəmbərin (s) həyatda olduğu dövrlərə gedib çıxır.İbn Qüteybə yazır: "Beyət zamanı Əbuzər yox idi. Mədinəyə daxil olduqda vəziyyətin bu yerdə olduğunu görüb dedi: "Bir şeydə qənaət etdiz və Peyğəmbərin (s) qohumlarını tərk etdiz. Əgər xilafəti Əhli-beytə (ə) tapşırsaydınız, iki nəfəriniz belə ixtilaf etməzdi.2. Şiəliyin Osmanın qətli zamanı meydana gəlməsi;Şərqşünas Julius Wellhausen yazır: "Osmanın öldürülməsi ilə İslam iki firqəyə bölündü. Bunlardan biri Əlinin (ə), digəri isə Müaviyənin firqəsi idi. Ərəb dilində firqəyə "şiə” deyilir. Əli (ə) şiəsi Müaviyə şiəsi sözünə alternativ olaraq işlədilməyə başladı. Lakin Müaviyə bütün İslam dövlətlərini ələ keçirdikdən sonra bu söz yalnız Əlinin (ə) tərəfdarlarına aid edilməyə başladı.Cavab: Birincisi, öncə də qeyid edildiyi kimi, şiəliyin ideoloji kökləri Quran və sünnəyə dayanır və bu məzhəbin banisi Allahın əmri ilə Peyğəmbər (s) özü olmuşdur.İkincisi, Əli (ə) hakimiyyətə gəldikdən sonra şiələr azadlığa qovuşdular. Elə buna görə də şiəliyin o həzrətin (ə) öz dönəmində meydana gəlməsi versiyası məntiqi deyil.3. Şiəliyin Cəməl döyüşü zamanı meydana gəlməsi;Bəziləri şiəliyin yaranma tarixinin Əlinin (ə) hakimiyyətdə olduğu dönəmə aid olduğunu göstərmişlər. Bu versiya iki şəkildə açıqlanmışdır; biri Cəməl döyüşü ilə, digəri isə Siffeyn döyüşü ilə bağlıdır. İlk versiya "əl-Fihrist” kitabında İbn Nədimə aiddir. O, Məhəmməd ibn İshaqdan iqtibas edərək yazır: "Təlhə və Zübeyr Osmanın intiqamını almaq bəhanəsi ilə Əliyə (ə) qarşı çıxdılar. Əli (ə) isə onları Allahın hökmünə təslim etmək üçün müqavimət göstərdi və o həzrətin (ə) tərəfdarları şiə adlandırıldılar. İmam (ə) özü də onları "şiələrim” səsləyir və dörd dəstəyə bölürdü; 1) Övsiya; 2) Övliya; 3) Şürtə əl-xəmis; 4) Əshab.Əlinin (ə) hakimiyyəti dönəmində ictimai və siyasi vəziyyət münasib olduğundan şiəlik daha da inkişaf edib önə çıxdı. Onun meydana gəlməsində Cəməl döyüşünün heç bir rolu olmayıb.4. Şiəliyin Siffeyn döyüşündə meydana gəlməsi;Şiəliyin Əlinin (ə) hakimiyyəti dönəmində meydana gəldiyi versiyasını irəli sürənlərin bəziləri onun Siffeyn döyüşü zamanı meydana gəldiyini söyləyirlər. Onlara görə həkəmiyyət məsələsindən sonra Əlinin (ə) tərəfdarları iki hissəyə ayrıldılar. Bir qrupu xəvaric adlanır. Onlar Siffeyn döyüşündən qayıdarkən Hərura adlı bir yerdə məskunlaşdılar. Digər bir hissəsi isə imamla (ə) Kufəyə qayıtdılar. İkinci qruplaşma imamın (ə) yanına gələrək yenidən o həzrətə (ə) beyət etdilər, onun dostları ilə dost, düşmənləri ilə düşmən olacaqlarına söz verdilər.Bu versiyanın tərəfdarlarından biri də şərqşünas William Montgomery Watt-dır. Guya o, bu versiyanı Təbərinin aşağıdakı yazılarından əxz etmişdir. "Əli (ə) Kufəyə daxil olduqda xəvaric ondan ayrıldı. Şiələrsə ona sığındılar. Onlar həzrətə (ə) dedilər: "Biz bir daha beyət etməliyik. Sənə dost olanların dostu, düşmən olanların isə düşməniyik”.Diqqətinizə çatdırırıq ki, Təbərinin sözündəki "şiələr ona sığındılar (onun yanında qaldılar) ifadəsində məqsəd imamın (ə) şiələrinin Siffeyn döyüşündə iştirak etməsi və şiə kimi tanınanların imama (ə) beyətlərini yeniləmələridir. Siffeyn döyüşü də Cəməl döyüşü kimi şiəliyin yaranmasında və ya daha artıq tanınmasında hər hansı bir rola malik olmamışdır.5. Şiəliyin İmam Hüseynin (ə) qətlindən sonra meydana gəlməsi.Şiəliyin yaranması haqqında irəli sürülən versiyalardan biri də onun İmam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlməsidir. Belə ki, imamın (ə) qanı axıdılan gün şiəliyin ilk toxumları əkildi.Elm adamlarından biri yazır: "Şiəliyin xəmiri İmam Hüseyn (ə) şəhid edildikdən sonra bəzilərinin daxilində yoğruldu. Daha doğrusu, şiə hərəkatı məhərrəm ayının onuncu günü və ondan sonra dini bir şəkil aldı və bir məzhəb kimi meydana çıxdı”.Cavab: Bundan öncəki versiyaya verilən cavabdan sonra bu versiyanın yanlışlığı da məlum olur. Kərbəla hadisəsinin şiəliyin mənəvi və siyasi həyatında mühüm bir an olduğu şübhəsizdir. Lakin bu hadisənin özü Peyğəmbər (s) dönəmindən başlayan şiə etiqadının nəticəsidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər