CNN: “İSİD məğlubedilməzdir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 09:52 | Şərh sayı: (0) | Baxılıb: 322
CNN: “İSİD məğlubedilməzdir”
Nədən ərəb ölkələri İŞİD-ə qarşı "xala xətrin qalmasın" prinsipi ilə savaşırlar? Məntiqlə İŞİD-ə görə onlar daha çox narahat olmalıdır. Çünki Qərb ölkələrindən fərqli olaraq müharibə onların sərhədlərinin həndəvərində, hәtta içindә gedir.
Haqlı sualdır. Dünya ictimaiyyətinin gözü qarşısında əsas güc mərkəzləri İŞİD-ə qarşı koalisiya qurub, birgə savaşır. Di gəl ki, İŞİD heç nə olmayıb kimi dövranını sürməkdə...
CNN öz sualına belə cavab verir. Deyir ki, əslində ərəb ölkələri İŞİD-ə düşmən kimi baxmırlar. Çünki ərəb ölkələrində əhalinin əksəriyyəti sünnidir. Yalnız İraqda şiələr iqtidara gəldikdən sonra bu ölkə İranın təsir dairəsinə düşüb. Suriyada isə ələvi azlıq uzun müddətdir ki, iqtidardadır. Bu ölkə də İranın yanında yer alır. Yəni, Ərəb Dünyasının özünə düşmən bildiyi şiə İran və onun yanında yer alan İraq və Suriya, üstəlik Yəmən və Livan İŞİD-ın әsas hədəfindədir. Ən önəmlisi isə, İŞİD məhz İraqla Suriya ərazinin və əhalisinin böyük bir hissəsinə nəzarət edir. Və bu ərazilərdə şiələri sorğu-sualsız, yəni məzhəbinə görə öldürür. CNN misal olaraq qeyd edir ki, İŞİD indiyə kimi Səudiyyə Ərəbistanında iki dəfə terror aktı törədib. Hər iki hadisə zamanı şiələrə məxsus məscid göyə sovrulub. Terrorun qurbanları da təbii ki, şiələrdir.
Ərəb ölkələri ümid edirlər ki, İŞİD-in əli ilə Səddam Hüseyn əyyamında olduğu kimi, İraqda sünni azlıq yenidən iqtidarı ələ keçirə bilərlər. Suriyada isə Bəşər Əsəddən sonra istənilən halda sünni çoxluq iqtidara gələcək. Bu isə o deməkdir ki, Suriyanın cəmi 10 faizini təşkil edən ələvilər Bəşər Əsədlə birlikdə məhv olacaq və soyqırıma məruz qalacaq...
Milli.Az musavat.com-a istinadən bildirir ki, əlbəttə, CNN haqlıdır. Ancaq deyilənlər sadəcə həqiqətin bir hissəsidir. İş ondadır ki, heç Qərb ölkələri də, o cümlədən ABŞ da İŞİD-lə ölüm-dirim savaşına girmək fikrində deyil. Şübhəsiz ki, ABŞ sünni ərəblərin istək və arzularından yaxşı xəbərdardır. O da sirr deyil ki, öncə Britaniya imperiyası, daha sonra isə ABŞ həmişə sünni ərəblərlə müttəfiq olub. Təkcə onu demək yetər ki, Vəhhabilik dini ideologiya kimi, Səudiyyə Ərəbistanı isə dövlət kimi məhz ingilis qafasının məhsulu olaraq ortadadır. Osmanlı imperiyasının yıxılmasında bu amil həlledici rol oynayıb...
Ona görə də ABŞ, onun timsalında isə bütövlükdə Qərb sünnilərin yanındadır. Onlara dəstək verirlər. İrana isə Rusiyanın arxa-dayaq olması təbiidir. Çünki Rusiyanın başqa seçimi yoxdur. Heç şübhəsiz ki, seçim imkanı olsaydı Rusiya da sünnilərlə iş birliyinə gedərdi. Ən azı ona görə ki, 1.7 milyard əhalisi olan Müsəlman aləminin ən azı 85 faizi sünnidir. Ən optimist hesablamalara görə isə şiələr dünyadakı müsəlman nüfuzun 15 faizə qədərini təşkil edirlər.
İndi Yaxın Şərqdə real vəziyyət belədir: Sünni Ərəb ölkələri, Türkiyə, (passiv olsa da Pakistan ), eyni cəbhədə yer alıblar. Qərb də onlara müttəfiq kimi çıxış edir. Etiraf olunmasa da İŞİD də həmin cəbhədə vuruşur. Qarşı cəbhədə isə Rusiya, İran, İraq, Suriya, Yəmən, (Livan passiv formada olsa da) dayanıb. Elə ilk baxışdan da aydın görünür ki, qüvvələr nisbəti kəskin şəkildə qeyri-bərabərdir və ABŞ-ın rəhbərlik etdiyi tərəf bütün parametrlər baxımından Rusiyanın yönəltdiyi tərəfi geridə qoyur.
O da mübahisə doğurmur ki, Suriyada, qismən İraqda da yuxarıda qeyd etdiyimiz tərəflər əslində bir-birinə qarşı vuruşurlar. Düzdür, rəsmən hər iki tərəf İŞİD-lə savaşır. Ancaq real mənzərə elan olunduğu şəkildən kəskin şəkildə fərqlənir...
Əslində Qərb Yaxın Şərqdə davam edən bu savaşa Rusiya, İran və Suriyanı birdəfəlik yerində oturtmaq fürsəti kimi baxır. Ən pisi isə odur ki, savaş İslam Dünyasının ürəyi hesab olunan Yaxın Şərqdə gedir. Qırılan müsəlmanlardır, xaraba qalan müsəlman şəhərləri və dövlətləridir...
Bir məqama da toxunaq. Bu günlərdə İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində Dalay Lama belə bir bəyanatla çıxış edib: "İŞİD-lə dialoqa başlamaq lazımdır". İlk dəfədir ki, dünya çapında tanınan birisi bu problemə fərqli münasibət sərgiləyir...
Böyük ehtimalla demək olar ki, Qərblə İŞİD arasında danışıqlar uzun müddətdir ki, davam edir. Heç şübhəsiz ki, bu danışıqlar Səudiyyə Kral ailəsinin nümayəndələri vasitəsi ilə həyata keçirilir...
Orası da var ki, İŞİD Qərb sivilizasiyası üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu yaxınlarda Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror hücumunun ağrısı hələ də ürəkləri göynədir. Qərb analitikləri qeyd edirlər ki, İŞİD-in ən azı yüz min nəfərlik ordusu var. Və ən paradoksal vəziyyət onunla bağlıdır ki, İŞİD sıralarında döyüşənlərin ən azı 10 faizi islamı qəbul etmiş keçmiş xaçpərəstlərdir. Bu isə 10 min nəfərdən çox döyüşçü deməkdir. Bu kontingent və dini müstəvidəki bu dəyişiklik Qərb üçün son dərəcə təhlükəlidir. Və bütün hesablamaları və ssenariləri alt-üst edə bilər...
Analitiklər, xüsusən Amerikalı araşdırıcılar heyrət içində qeyd edirlər ki, İŞİD müzəffər hücumlara yeni başlayanda onun varidatı 200-300 milyon dollar civarında idi. İndi isə İŞİD-ın nəzarətindəki varidatın 500 milyard dollar olduğu ehtimal edilir. Yəni, maddi baxımdan İŞİD ağlasığmaz dərəcədə güclüdür, ideoloji baxımdan isə bu təşkilatın fantastik imkanları kimsədə şübhə doğurmur...
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər