Üçüncü naib |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 21-11-2015, 19:48 | Şərh sayı: (0) | Baxılıb: 478
Üçüncü naib
Bir qrup şiə Məhəmməd ibn Osmanın həyatının son günlərində onun yanına gedir. O, deyir:
“Mən vəfat etdikdən sonra mənim yerimə İmamın (ə.f) naibi və nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona etibar edin.” [1]
Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuşdur. Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəlcədən müəyyən işləri ona tapşıraraq zəmin yaradırdı. Şiələrə şəri vergiləri təhvil vermək üçün ona müraciət etmələrinə dair göstəriş verərdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi. [2]
Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair “Ət-Tədib” adlı bir kitab da yazmışdı. Yazdığı bu kitaba münasibət bildirsinlər deyə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazaraq bir məsələdən başqa bütün məsələlərin şiə fiqhinə uyğun olduğunu bildirirlər. [3]
Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bəzi şəxslər onun düşüncə və istedadını tərifləyərək demişlər:
“İstər onunla müvafiq, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir.” [4]
İmam Məhdi əleyhissəlamın üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş üç yüz on yeddinci ildə azad edilmişdir.[5] İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir. [6]
İmamzaman.az
[1] Əl-Ğeybə, səh/226-227.
[2] Həmin, səh/224,225,227.
[3] Həmin, səh/240.
[4] Biharul-ənvar, c/51, səh/356.
[5] "On ikinci İmamın (ə.f) qeybə çəkilməsinin siyasi tarixi", səh/199.
[6] Əl-Ğeybə, səh/238.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər