RSS
 

Login:
Şifrə:
» » Kərbəla Şəhidlərinin Sayı Barədə

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəla Şəhidlərinin Sayı Barədə

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-11-2014, 00:32 | Şərh sayı: (0) | Baxılıb: 2368

Kərbəla Şəhidlərinin Sayı Barədə


Kərbəla Şəhidlərinin Sayı Barədə


Kərbəla şəhidlərinin sayı barədə tarix kitablarında dəqiq və yekdil rəy yoxdur. Həm qədim, həm də müasir mənbələrdə şəhidlərin sayı ən müxtəlif ədədlərlə ifadə olunur.

Belə ki, hətta bir mənbədə verilən ədəd başqa mənbədə göstərilən ədəddən iki dəfə artıq olur. Bəzən eyni bir kitabın müxtəlif səhifələrində ziddiyyətli rəqəmlərə rast gəlirik. Kərbəla şəhidləri arasında eyni adlı, yaxud adları oxşar olan şəxslər çox olduğuna görə, onların seçilib müəyyən edilməsi çətinləşir. Bəzən iki müxtəlif adam kitablarda bir nəfər kimi xatırlanıb, yaxud əksinə. Bəzən isə katiblərin xətası üzündən bircə hərf, yaxud nöqtənin dəyişdirilməsi nəticəsində ciddi fərqlər yaranıb.

Aşuranın ədalətli şahidlərinin böyük əksəriyyəti həmin gün qətlə yetirili. Buna görə də bu böyük faciənin rəvayətçiləri arasında düşmən tərəfdə İmam Hüseynin (ə) əleyhinə döyüşmüş şəxslər mühüm yer tutur. Onların rəvayətini düzgün qəbul edib-etməmək barədə də fikir ayrılıqları vardır.

Və nəhayət, aşura faciəsindən sonra şəhidlərin əksər hissəsinin başı bədənindən ayrılaraq, Şama aparılmışdı. Bunlardan əlavə, cəsədlər onsuz da qılınc, ox və nizə yaralarından tanınmaz hala düşmüşdü. Bu vəziyyətdə olan cəsədləri tanımaq, onların şəxsiyyətini dəqiq müəyyən etmək ciddi çətinlik törətməyə bilməzdi.

Əli Nəzəri Münfərəd “Qisseyi-Kərbəla” kitabında göstərir ki, Kərbəla şəhidlə¬rinin sayı barədə mötəbər mənbələrdə 61, 72, 78, 82, 87 və 145 ədədlərini ifadə edən nəzəriyyələr vardır.

“İmam Hüseynin (ə) həyatı” kitabının müəllifi İmadzadə İsfahani yazır ki, İmam Hüseyn (ə) Məkkədən çıxıb İraq istiqamətində yola düşərkən, 86 nəfər səhabə onu müşayiət edirmiş. Başqa bir rəvayətə görə, onların sayı 82 imiş.

İbn Əsirin “Əl-Kamil”, Bəlazurinin “Ənsabül-əşraf” kitablarında və Təbəri tarixində Kərbəla şəhidlərinin sayı 72 nəfər göstərilir. Şeyx Müfid “əl-İrşad” kitabında şəhidlərdən 32 nəfərin süvari, 40 nəfərin isə piyada olduğunu xəbər verir. Şeyx Abbas Qummi “Müntəhal-amal” əsərində İmamın qoşununun tərkibi barədə müxtəlif nəzəriyyələrin mövcudluğunu bildirərək, onlardan üçünü diqqətəlayiq hesab edir: 32 süvari və 40 piyada, 32 süvari və 82 piyada, 45 süvari və 100 piyada.

Əllamə Möhsin Əmin Amuli “Əyanüş-şiə” əsərində Bəni-Haşim şəhidlərinin sayını 30, qalan şəhidlərin sayını isə 106 nəfər göstərib. Məşhur tarixçi Məsudi “İsbatül-vəsiyyə” əsərində şəhidlərin 61 nəfər olduğunu yazsa da, “Mürucüz-zəhəb” əsərində onların sayını 87 nəfər göstərir. Salnaməçi Yəqubi İmam Hüseynlə (ə) birgə Kərbəlaya gələnlərin sayının 62 yaxud 72 olduğunu yazır.

Burada Şeyx Abbas Qumminin “Nəfəsül-məhmum” kitabından aşağıdakı sətirləri qeyd etmək yerinə düşər: “Allah-təala dünyanın əvvəlindən sonuna kimi 1000 nəfərin vasitəsilə öz dinini müdafiə etmiş və edəcəkdir. Bunlardan 313 nəfəri Talutun qoşunu, 313 nəfəri Bədr döyüşünün iştirakçıları, 313 nəfəri də İmam Mehdinin (əc) səhabələridir. Qalan 61 nəfəri isə aşura günü İmam Hüseynlə (ə) şəhid oldu” (Əlbəttə, bəzi tədqiqatçıların fik¬rincə, bu 61 nəfər Bəni-Haşimdən olmayan şəhid¬lərdən ibarətdir).

Bəzi tədqiqatçılar Kərbəla şəhidlərinin sayını öyrənmək üçün Dəməşqə göndərilən kəsik başların sayını əsas tutmağı təklif etmişlər. Lakin burada da qarşıya iki problem çıxır:

Birincisi, rəvayətə görə, Kərbəla şəhidlərinin heç də hamısının başı bədənindən qoparılmamışdı. Deməli, şəhidlərin sayı ilə kəsik başların sayı arasında fərqin olması tamamilə təbiidir.

İkincisi, kəsilmiş başların sayı barədə rəvayətlər də yekdil deyil. Məsələn, Şeyx Müfidin “əl-İrşad” və Şeyx Abbas Qumminin “Müntəhal-amal” kitablarında 72 başın Kufəyə göndərildiyi qeyd olunur. Təbəri də öz tarixində əvvəlcə bu rəqəmi qeyd edir, amma cəmi bir neçə səhifədən sonra hər qəbilənin neçə şəhid başı apardığını sadalayaraq yekun vurur: “Bunların cəmi 70 baş oldu”. İbn Səbbağ Maliki “əl-Füsulül-mühimmə” əsərində göndərilən başların 70 olduğunu yazır. Seyyid ibn Tavus “Lühuf” kitabında, Əllamə Məclisi “Biharül-ənvar”da 78 ədədini göstərirlər.

Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə araşdırmalarda qədim ziyarətnamələrin mətni də əvəzsiz rol oynaya bilər. Bu mənada iki qədim mənbə – “Ziyarəti-Nahiyeyi-müqəddəsə” və “Ziyarəti-rəcəbiyyə” daha əhəmiyyətlidir. Hicri 252-ci ildə İmam Mehdi (ə) tərəfindən Şeyx Mühəmməd ibn Qalib İsfahani adlı şəxsə göndərildiyi iddia olunan “Ziyarəti-Nahiyeyi-müqəddəsə”də 80 nəfər Kərbəla şəhidinin adı çəkilir və onların hər birinin ruhuna salam göndərilir. Bu 80 nəfərdən 17-si Bəni-Haşimdəndir. Seyyid ibn Tavusun “İqbal” kitabında nəql olunmuş “Ziyarəti-rəcəbiyyə”də isə 88 nəfərin adı çəkilir ki, bunların 13-ü Bəni-Haşimdəndir. Bu iki ziyarətnamədəki adlar arasında ciddi fərqlər vardır. Onların birində olan adların bəzisi digərində yoxdur; müştərək adların da bir neçəsində fərqlər görünür.

Kərbəlada şəhid olmuş Bəni-Haşim cavanlarının sayı barədə də mənbələrdə ziddiyyət nəzərə çarpır. Müxtəlif kitablarda onların sayının 13-lə 23 arası, 27, 30 və hətta 50 olduğu barədə məlumatlar verilir. Bunların arasında 17 və 18 ədədləri daha çox nəzərə çarpır.

Daha yeni dövrün məhsulu olan kitablarda da Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə fikir ayrılıqları həll olunmamış vəziyyətdə qalmaqdadır. Məsələn, İmadzadə İsfahani “İmam Hüseynin (ə) həyatı” kitabında şəhidlərin sayı barədə bir neçə cədvəl-siyahı təqdim edir. Lakin bu cədvəllərin nəticələri fərqlidir: 111 nəfər, 130 nəfər və 139 nəfər. Müəllif elə həmin kitabdaca əlifba sırası ilə şəhidlərin hər biri barədə ayrı-ayrılıqda qısa məlumat verərkən, 114 nəfərdən söhbət açır.

Əli Nəzəri Münfərəd “Qisseyi-Kərbəla” kitabında ümumilikdə Kərbəla şəhidlərinin sayı barədə 6, Əhli-beyt şəhidlərinin sayı barədə 11 cür nəzəriyyəni siyahı şəklində təqdim edir. Çox dəyərli məlumat-ları özündə əks etdirən, Cavad Mühəddisi tərə¬findən qələmə alınmış “Fərhənge-aşura” kitabında da bir neçə siyahı verilir. Kitabın mətnini araşdırarkən, üst-üstə cəmi 128 nəfər şəhidin (Bəni-Haşimdən olan-lar da bura daxildir) barəsində məlumatı görürük.

İmam Baqir və İmam Sadiqin (ə) səhabəsi olmuş mühəddis Füzeyl ibn Zübeyr Kufi Əsədiyə aid edilən “Hüseynlə (ə) birlikdə qətlə yetirilənlərin adı” risaləsində 107 nəfər şəhidin adı verilir ki, bunların 20-si Bəni-Haşimdəndir. Lakin bu siyahıda yalnız Kərbəlada deyil, Kufədə də şəhid olmuş bir neçə adamın adına rast gəlirik.

Seyyid İbrahim Musəvi Zəncani “Vəsilətüd-dareyn” kitabında İmam Hüseynin (ə) şəhid dostlarının adının ən geniş siyahısını təqdim edir. Həmin kitabda Bəni-Haşimə mənsub 50 nəfərin və Bəni-Haşimdən olmayan 184 nəfərin adı yer tutur. Lakin burada da Kufə şəhidlərinin adları Kərbəla şəhidlərinin adlarına qarışıb. Həmçinin, bu kitabda Kərbəlada şəha¬dətə çatması zəif mənbələrdə vurğulanan xeyli adlar da mövcuddur.

Kərbəlada, şəhidlərin ümumi məqbərəsinin zərihi (məhəccəri) üzərindəki böyük lövhədə bu ədalət qurbanlarının sıyahısı həkk olunub. Həmin siyahıda 120 nəfərin adı nəfis xətlə yazılıb. Bunların 16-sı Bəni-Haşimdəndir. Amma lövhədə Həzrət Abbasın və Həbib ibn Müzahirin adları yoxdur. Onlar da siyahıya əlavə olunsa, 122 alınar.

Bu sətirlərin müəllifi aşura şəhidlərinin sayı və şəxsiyyəti barədə müstəqil araşdırma apararaq, müəyyən nəticələrə gəlmiş və bunları 2004-cü ildə nəşr olunmuş “Aşura şəhidləri” kitabında təqdim etmişdir. Alınan nəticələr bundan ibarətdir: Aşura günündə Kərbəla səhrasında Bəni-Haşimdən olmayan 88 nəfərin şəhid olması şübhəsizdir. Bunlardan əlavə, daha 9 nəfərin də şəhid olması ehtimal edilir. Bəni-Haşim şəhidlərinin sayına gəlincə, onların ən azı 17 nəfər olduğu qəti məlumdur. Bu 17 nəfərdən əlavə, daha 10 nəfər Haşimi şəhidinin adlarına mənbələrdə rast gəlirik. Beləliklə, ümumilikdə aşura şəhidlərinin sayı 105-lə 124 arasındadır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor