RSS
 

Login:
Şifrə:
» » İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-01-2016, 01:25 | Şərh sayı: (0) | Baxılıb: 1151

İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR


İSA MƏSİH (Ə) VƏ HƏVARİLƏR


İsa Məsihin (ə) on iki nəfərdən ibarət xüsusi köməkçilərinə “həvarilər” deyilir. Lüğətdə cəm forması “həvariyyun” (həvarilər) olan “həvari” sözü “hur” sözündən götürülüb, “yumaq və ağartmaq” mənasını verir. Ərəblər ağrəngli hər bir şeyə və hətta ağ yemək növünə də “həvari” deyirlər. Behişt hurilərinə də bu adın verilməsində məqsəd onların bədənlərinin ağ və parıltılı olmasıdır.

İsa Məsihin (ə) xüsusi köməkçilərinin “həvarilər” adlanmasının səbəbinə gəldikdə isə, təfsir alimləri tərəfindən bir sıra ehtimallar irəli sürülmüşdür. Bəziləri onlara bu adın verilməsini daim ağrəngli libas geyindikləri, bəsiləri isə libas yumaq peşəsi ilə məşğul olduqları ilə əlaqələndirsələr də, məsumlardan nəql olunmuş hədislərdən belə bir qənaətə gəlmək olar: “Həvarilər pak qəlbə və səfalı ruha malik olduqları ilə bərabər, insanların düşüncələrini ilahi maariflə işıqlandırır, onları günah və çirkinliklərdən çəkindirirdilər. “Üyunu əxbarir-Riza (ə)” kitabında imam Rzadan (ə) İsa Məsihin (ə) köməkçilərinə verilən adla bğalı belə bir hədis nəql olunur: “...Onlar həm özlərini pak və nurani etdikəri, həm də öyüd və nəsihətlərlə başqalarını pak etmək üçün çalışdıqları üçün “həvarilər” adlanmışlar.” (Üyunu əxbarir-Riza (ə)”, səh.233.)

QURANİ-KƏRİM VƏ İNCİLDƏ HƏVARİLƏR

Qurani-Kərimin “Ali-İmran” surəsinin 52-ci ayəsində İsa Məsih (ə) və həvarilər haqda belə buyurulur:

فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

“İsa onların (yəhudilərin) küfrünü (Allaha iman gətirməyəcəklərini) hiss etdikdə dedi: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” Həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha iman gətirdik. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”

Həzrət Musa (ə) gələcəkdə İsa Məsih (ə) adlı bir şəxsin peyğəmbər olacağı haqda məlumat verdiyi üçün, İsrail övladları (yəhudilər) onun zühurunu gözləyirdilər. Lakin İsa Məsih (ə) zühur edib, onları ilahi hökm və qanunlara dəvət etdikdə, onlardan bir çoxu Allah tərəfindən göndərilən peyğəmbərin öz şəxsi mənafelərinə zidd görüb ilahi hökmlərə itaətdən boyun qaçırdılar. İsa Məsih (ə) onların müxalifətini, günaha israrını, azğın düşüncələrdən əl götürmədiklərini gördükdə, “Allah yolunda və Onun dinini təbliğ etmək üçün kim mənim köməkçim olacaqdır?” – deyə soruşdu. Onun dəvətinə müsbət cavab verən yalnız bir neçə nəfər oldu ki, bu ayədə onlar “həvarilər” adlanmışlar.

“Səff” surəsinin 14-cü ayəsində də həvarilər haqda belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا كُونوا أَنصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللَّهِ فَآَمَنَت طَّائِفَةٌ مِّن بَنِي إِسْرَائِيلَ وَكَفَرَت طَّائِفَةٌ فَأَيَّدْنَا الَّذِينَ آَمَنُوا عَلَى عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ

“Ey iman gətirənlər! Allahın (dininin və Peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Bizik Allahın (Onun dininin) köməkçiləri! – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.”

Göründüyü kimi, hər iki ayədə həvarilərin İsa Məsihin (ə) köməkçiləri olduğu və Allaha iman gətirdiklərindən söz açılır. Amma İncilin həvarilərlə bağlı ibarələrindən onların sonradan İsa Məsihə (ə) qarşı çıxdıqları anlaşılır. “Mətta” və “Luka” incilinin 6-cı bölümündə onların adları belə göstərilir: 1. Petros (Şəmun); 2. Əndəryas; 3. Yəqub; 4. Yuhənna; 5-Filupes; 6. Bertululma; 7. Tuma; 8.Mətta; 9.Yəqub ibn Hüləfa; 10.Şəmun Qəyur; 11.Yəhuda (Yəqubun qardaşı); 12. Yəhuda Esxəryuti. (“Luka incili”, 6-cı bölüm, 14-16; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, uyğun ayənin təfsrində.)

İSA MƏSİHİN (Ə) CANİŞİNİ

İslam Peyğəmbəri (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdə İsa Məsihin (ə) vəsi və canişininin adının Şəmun olduğu göstərilir. İncildə isə Petros olduğu bildirilir və rəvayətlərdə o, Şəmun ibn Həmmun adı ilə yad edilir. Nümunə olararq bir neçə rəvayətə nəzər yetirək:

İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Allah-Taala İsanı (ə) səmalara apardıqda, Şəmun ibn Həmmunu onun yerinə xəlifə təyin etdi. O, öz qövmü arasında daim Allah-Taalanın əmrlərini icra edirdi.” (“Biharul-ənvar”, c.14, səh.190.)

Başqa bir hədisdə də o həzrətdən belə nəql olunur: “Allah-Taala İsaya (ə) vəhy etdi ki, ilahi elmini, hikmət və nurunu Şəmun ibn Həmmun Səffaya təhvil versin. O, İsanın (ə) möminlər arasında canişini idi və öz qövmü arasında daim Allahın göstərişlərini icra edir, İsrail övladları arasında İsanın (ə) buyruqlarına itaət edir və kafirlərlə mübarizə aparırdı...” (“Kəmaluddin”, Şeyx Səduq, tədqiqatçı: Əliəkbər Qəffari, c.1, səh.255.)

İmam Baqir (ə) də buyurmuşdur: “İsa (ə) öz ümmətinə buyurdu: Siz məndən sonra üç firqəyə ayrılacaqsınız. Allahın adından yalan danışan və Ona iftira yaxan iki firqə cəhənnəmə atılacaqdır. Şəmunla birgə olan bir firqə isə doğru yolda addımlayacaq və behiştə daxil olacaq.” (“Biharul-ənvar”, c.14, səh.337.)

Beləliklə, İslami mənbələrə əsasən, həvarilərdən Şəmun (Petros) İsa Məsihin (ə) vəsi və canişini olmuş və digər həvarilər onun vilayət və rəhbərliyi ilə İsa Məsihin (ə) dinini təbliğ etmişlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor