İmam Hüseyn (ə) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 6-09-2015, 18:25 | Şərh sayı: (0) | Baxılıb: 619
İmam Hüseyn (ə)
İmam Hüseynin dünyaya gəlməsi.
488.Fatimə əleyhəs-səlam:«Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.»
489.İmam Səccad (ə):«Hüseyn (ə) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:«Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir.» Peyğəmbər soruşdu:«Harunun oğlunun adı nə olub?» Cəbrail (ə) dedi:«Şubəyr.» Peyğəmbər buyurdu:«Mənim dilim ərəb dilidir.» Cəbrail (ə) dedi:«Uşağın adını Hüseyn qoy.»
136.O Həzrətin imaməti
490.İmam Həsən (ə):«Mənim vəfatımdan və ruhum bədənimdən çıxandan sonra Hüseyn ibn Əli (ə) imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lövhi-məhfuzda və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi onun ata-anasından olan varisliyə artırıb. Çünki Allah bilir ki, siz onun yaratdıqlarının ən yaxşısısınız. Buna görə də sizin aranızdan Məhəmmədi (s) seçdi və Məhəmməd (s) Əlini (ə) və Əli məni imamətə seçdi və mən Hüseyni seçdim.»
137.Hüseyn məndəndir və mən Hüseyndənəm.
491.Allahın Peyğəmbəri(s):«Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.»
492.Bəra ibn Azib:«Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə deyir:«İlahi! Mən onu sevirəm, onu Sən də sev.»
493.Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.»
494.İbn Abbas:«Allahın Peyğəmbəri(s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O özü necə gözəl süvaridir!»
138.İmam Hüseynin(ə) fəzilətləri.
495.Allahın Peyğəmbəri(s):«Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsə baxmaq istəyirsə, Hüseynə baxsın.»
496.İmam Hüseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli) azuqədir.»
497.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!»
498.İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının digər birində buyurmuşdur:«And olsun Allaha ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kölələr kimi qaçacağam.»
499.İmam Səccad (ə):«İmam Hüseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim ki:«Əgər bir nəfər mənim bu qulağıma söysə və digər qulağıma üzr istədiyini bildirsə mən onun üzrünü qəbul edərəm. Çünki Əmirəl-möminin Əli ibn əbu Talib (ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki:«Üzrü – istər yetərli olsun istərsə də yetərsiz – qəbul etməyən kəs Kövsər hovuzunun yanına daxil olmayacaq.»
501.Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı kisələrin yeridir.»
502.Seyyid ibn Tavus «Luhuf» kitabında hədisin ravisindən nəql edir ki: Həmin vaxt Hüseyn (ə) düşməni təkbətək mübarizəyə çağırır, meydana çıxan hər bir kəsi öldürürdü. Belə ki, onlardan çoxlu sayda adam məhv etdi. O Həzrət mübarizə zamanı belə buyururdu:
Ölüm xarlığı qəbul etməkdən daha yaxşıdır
Xarlıq Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır.»
Ravilərdən biri deyir:«And olsun Allaha övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra:
لا حول و لا قوة إلاّ بالله العليّ العظيم deyib öz yerinə qayıdırdı.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər