Məhdəviyyətə şəkk edən ilk şəxs kim olmuşdur? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-02-2016, 10:32 | Şərh sayı: (1) | Baxılıb: 2301
Məhdəviyyətə şəkk edən ilk şəxs kim olmuşdur?
Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: «Haşimi padşah və Qaim Mehdinin (ə.f) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir».[1]
Həmin məclisdə iştirak edənlərdən biri də İbn Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: «Sən dedin ki, biz Mehdinin (ə.f) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki Allah-taala buyurur: «Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar».[2]
Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın sonuna bir gün qalmış olsa, Allah-taala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...[3] [4]
[1] Bihar, c.33, səh.256
[2] Təğabun, 7
[3] Bihar, c.33, səh.257
[4] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər