Tövhiddən Məhdəviyyətə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-10-2015, 18:37 | Şərh sayı: (0) | Baxılıb: 1786
Tövhiddən Məhdəviyyətə
Mənəvi və əqidəvi təkamül yolunda insan onun fitrətindəki tövhid və allahşünaslıq vasitəsilə peyğəmbərlərin axtarışına çıxır, nəticədə də nübüvvəti qəbul edir. Nübüvvətə inandıqdan sonra bu vasitə ilə insanın qarşısında canişinləri tanımaq və imamətə iman bəsləmək üçün də yol açılır. Peyğəmbər və imamlardan nəql olunan aşkar dəlillərə əsasən, növbəti imamları da tanıyır. Lakin mənəvi, əxlaqi və etiqadi tənəzzül zamanı insan ilk addımını imamətdən uzaqlaşmaqla atır. İmamətdən uzaqlaşmaq peyğəmbərliyi anlamamaq və nəticədə də onu inkar etməyə gətirib çıxarır. Peyğəmbəriyin inkarı isə Allahın rübubiyyəti və ümumiyyətlə Onun varlığının inkarıdır. “İlahi, mənə Özünü tanıtdır (Allahummə ərrifni nəfsək)” duasında dinşünaslıqdan Allahşünaslığa qədər insanın qət edə biləcəyi kamillik yolu təsvir edilmişdir. Zürarə bin Əyun İmam Sadiqin belə buyurduğunu nəql edir: “Bizim Qaimimiz qiyam etmədən öncə qeybə çəkiləcək.” Zürarə “Niyə?” –deyə soruşduqda İmam cavab verir: “Həyatı təhlükədə olduğu üçün. Ey Zürarə, o, gözlənilən həmin şəxsdir. O həmin kəsdir ki, camaatın bəzisi onun doğulması barədə şəkk edir. Bəziləri onun hələ ana bətnində olduğunu, bəziləri qeybdə olduğunu söyləyir. Bəziləri hələ dünyaya gəlmədiyini, bəziləri isə iki yaşı olarkən atasının dünyasını dəyişdiyini deyir. Həqiqətən Allah bunun (İmamın qeybə çəkilməsi) vasitəsilə şiəni imtahan etmək istəyir. Çünki həmin vaxt yalnız inancları batil olanlar tərəddüd edərlər.” Zürarə deyir: “Həzrətdən soruşdum: “Sənə fəda olum, əgər o günü görsəm, nə edim?” Həzrət buyurdu: “Bu duanı davamlı olaraq oxu: اَللّهُمَّ عَرِّفْنی نَفْسَکَ، فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی نَفْسَکَ، لَمْ اَعْرِفْ رَسُولَکَ، اَللّهُمَّ عَرِّفْنی رَسُولَکَ،فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی رَسُولَکَ لَمْ اَعْرِفْ حُجَّتَکَ، اَللّهُمَّ عَرِّفْنی حُجَّتَکَ، فَاِنَّکَ اِنْ لَمْ تُعَرِّفْنی حُجَّتَکَ، ضَلَلْتُ عَنْ دینی (Allahummə ərrifni nəfsəkə, fəinnəkə in ləm tu`ərrifni nəfsəkə ləm ə`rif rəsuləkə. Allahummə ərrifni rəsuləkə, fəinnəkə in ləm tu`ərrifni rəsuləkə ləm ə`rif huccətək. Allahummə ərrifni huccətəkə, fəinnəkə in ləm tu`ərrifni huccətəkə zələltu ən dini.) “ (Kəmalüd-din, c.2, səh.342) Duada təsvir olunan yolda zəlalətin başlanğıcı imaməti tanımamaq sonu isə Tövhiddən uzaq düşməkdir. Həzrət peyğəmbər buyurub: “Əlinin imamətini inkar edən hər bir kəs mənim nübüvvətimi inkar etmişdir. Mənim nübüvvətimi inkar edən hər bir kəs Allahın rübubiyyətini rədd etmişdir.” (Əl-Mühəccətül-Bəyza, c.1, səh.246) İmamət nübüvvətin davamının bir hissədidir. İmamətlə düzgün rəftar göstərməmək nübüvvət barəsində yanlış təfəkkürə sahib olmaq deməkdir. Belə nəticə əldə edə bilərik ki, peyğəmbər və peyğəmbərlik barədə düzgün görüş və əqidəyə sahib olmaq üçün Allahşünaslıq və tövhid barədə dərin və qənaətbəxş düşüncəyə malik olmaq lazımdır. Peyğəmbərin sağlığında tövhidlə mübarizədə məğlub olan kəslər (münafiqlər), onun vəfatından sonra bu mübarizən imamətlə inkar olunması formasında aparıldı. Başqa sözlə desək, Allahla düşmənçilik edənlər bu düşmənçiliyi peyğəmbərə, peyğəmbərlə düşmənçilik edənlər imamətə, imaməti inkar edənlər isə bütün kin və küdurətlərini Məhdəviyyətə yönəltdilər. Qurana nəzər saldıqca bu fikrin doğru olduğu ortaya çıxır. Çünki Şeytan Allahın varlığı inkar etmədi, Onun təyin etdiyi xəlifəyə tabe olmayıb, ona baş əymədi. Baxmayaraq ki, Şeytanın Allaha asi olmaq fikri yox idi, amma Allahın xəlifəsinə itaət etməməsi nəticə etibarı ilə Allaha qarşı küfrünə səbəb oldu. İmam Sadiqdən nəql olunan hədisə əsasən, Allah-Taala yaradılışdan əvvəl, yaradılış zamanı və sonrası məxluqata höccət təyin etmişdir. İndi isə qarşımıza belə bir sual çıxır. Bu gün Allahın xəlifə və höccəti kimdir?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər