İmam Mehdi (ə.f) və Malik Əştər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-11-2015, 09:21 | Şərh sayı: (0) | Baxılıb: 1821
İmam Mehdi (ə.f) və Malik Əştər
Bir çox Əhli-beyt davamçıları İmam Mehdinin (ə.f) zühurunu görmək, bu zühurda yaxından iştirak etmək və baş verəcək inqilabın üzvlərindən olmaq arzusundadır. Tarix boyu rəhbər və imamına sadiq insanlar çox olmuşdur. Belə şəxslərdən biri də Malik Əştərdir. İmam Əli (ə) Peyğəmbərin nəzərində hansı məqama malik idisə, Malik Əştər də İmam Əlinin (ə) nəzərində eynilə o məqamda idi. Malik Əştər İmam Əlinin (ə) imamət və vilayətini qəbul edən şəxslərdən idi. İmamın (ə) xilafəti zamanı baş verən bütün çətinliklərdə Həzrətin (ə) yanında oldu və cani-dildən müdafiəsinə qalxdı. O, müharibə, sülh, hicrət, cihad, siyasət, ibadət və s cəhətlərdə hər zaman İmamın (ə) yanında olmuşdur. Malik Əştər idarəçilik, həmçinin siyasi məsələləri, zamanın tələbini, baş verən fitnə-fəsad və məkrli planları yaxşı görürdü. İmam Əli (ə) bir çox hökumət işlərini ona tapşırardı. Məhz Malik Əştərin sayəsində bir neçə dəfə fitnənin qarşısı alınmışdır. Malik Əştərin çox gözəl natiqlik qabiliyyəti vardı. O, fəsahət və bəlağət dolu danışığı sayəsində insanların diqqətini öz tərəfinə çəkə bilirdi. Malik Əştərin həyatının böyük hissəsi döyüş şəraitində keçmişdir. İslam dini uğrunda cihad etmək onun həyatının ayrılmaz bir hissəsi idi. Malik Əştərin özəlliklərindən biri də bu idi ki, o, düşməni tanıyırdı. Malik Əştər şəhid olduqdan sonra İmam Əli (ə) çox kədərləndi. O, buyururdu ki, kaş camaat arasında Malik kimi iki nəfər və ya heç olmasa bir nəfər olardı. Və onun düşmən haqqındakı fikir və rəyi Malik Əştərin nəzəri kimi olardı. İmam Əlinin (ə) hakimiyyəti İslam hökmləri üzərində qurulmuşdu. Bu hakimiyyəti pis günə qoyanların gördüyü mənfilikləri İmam (ə) bərpa etməkdə çətinlik çəkirdi. İmam Əli (ə) beytul-malı da bərpa etmişdi. Buna görə də hakimiyyəti qoruyub-saxlamaq çox çətin idi və İmama (ə) Malik kimi adamlar lazım idi. Malikin xalq arasında kifayət qədər nüfuzu vardı. Malik Əştər İslam hökmlərini ayaqlar altına atmış Müaviyə və Əmr Asla ömrünün sonuna qədər mübarizə apardı və bu yolda şəhid oldu. Qəhrəman və pəhləvan olmasına baxmayaraq, Malik həm də təvazökar, səbirli və xeyirxah idi. O, eynən İmam Əli (ə) kimi döyüşlərdə qatı və yenilməz, insanlar arasında mülayim və mehriban idi. Malik Əştər şəhid edildikdə İmam Əli (ə) ağlayır və deyir: “Malik kimi bir insan dünyaya gələcəkmi? Allah Malikə rəhmət etsin. O, getməli olduğu yolda əhdinə vəfa etdi və Allahı ilə görüşdü. Biz Peyğəmbərin (s) müsibətindən sonra özümüzü hazırlamışdıq ki, səbir edəcəyik. Bu halda Malikin ölümü ən böyük müsibətlərdəndir”. Malik Əştər İmam Mehdi (ə.f) zühur edən zaman qayıdış (rəcət) edərək İmamla yanaşı vuruşacaqdır. Allah-Taala bizləri də onlar arasında etsin! Amin!
Yəhya Abdulla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər