RSS
 

Login:
Şifrə:
» » Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanır

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-11-2015, 19:10 | Şərh sayı: (0) | Baxılıb: 381

Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanır


Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanır


Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanan etiqaddır - II hissə (Ayətullahul-uzma Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir) Bütün dinlərdə intizar etiqadının ümumiyyət təşkil etməsinin özü də dediklərimizə başqa bir dəlildir. Çünki bəzilərinin dediyi kimi, əgər intizar hissi xüsusi və məhdud şəraitin doğurduğu hisdirsə, bu qədər ümumiyyət təşkil etməməliydi. Əslində onların dediyi kimi, əgər bu anormal psixoloji bir hisdirsə, bu bir millətdə, bir dində baş qaldıra bilər. Amma bütün dinlərdə eyni etiqadın olması, bütün millətlərdə eyni hissin yaşanması anormallıq yox, təbii bir hiss olmalıdır. Təkcə fitri hisslər ümumiyyət təşkil edir. Yer üzündə nə vaxtsa ədalət bayrağını ucaldacaq, bütün dünyaya sülh gətirəcək bir şəxsiyyətin gəlişinə inam insanın fitrətində qoyulmuşdur. Mehdinin zühuruna etiqadla bağlı bəzi qərbpərəst alimlərin nəzərinə görə, bu inanc İslama kənardan gəlmişdir. Görəsən, bu doğurdan belədir? Bu etiqad İslama kənardan idxal olunmuş bir fikirdir, yoxsa İslamın digər köklü təlimləri kimi Peyğəmbərimiz (s) tərəfindən bəyan edilmişdir? Bu sualın cavabını biz İslam barədə səthi məlumatları olan, hər şeyi mikroskop altından kəşf edən və ancaq pozitivist üsullara inanan şərqşünasların dilindənmi eşitməliyik? Şərqşünasların əksəriyyətinin bəlkə də belə məsələlərdə qərəzləri olmur. Amma onların öyrənib tətbiq etdikləri metodlarla İslamın həqiqətini dərk edib üzə çıxarmaq olmaz. Ən böyük bədbəxtlik isə müsəlmanların öz dinlərini dərk etmələri üçün xarici mütəxəssislərə üz tutması, şair demişkən, öz əllərində olanı yaddan təmənna etmələridir. Sahildə ilişib qalmış biçarələrdən dənizin dərinlikləri barədə xəbər alıb nə öyrənə bilərsiniz? Sədəfin yerini öyrənib mirvari əldə etmək istəyənlər dərinliklərdə üzə bilən mahir dalğıclara üz tutmalıdırlar. Həzrət Peyğəmbəri (s) yenidən tanımaq üçün avropalı alim Georqiodan, Əlini (ə) tanımaq üçün Livanlı xristian alimi Corc Cordaqdan, Fatiməni (s.ə) tanımaq üçün məsihi Süleyman Kətanidən kömək istəmək, Mehdi (ə.f) ilə bağlı məsələləri dərk etmək üçün sualları Marqliuta ünvanlamaq özü azdırıcı yol deyilmi? Düzgün tədqiqat üçün qeyri-səhih mənbələrə müraciət etmək, naşı adamlara üz tutmaq hansı düzgün nəticəni verə bilər? Bunun özü “xaricdən idxal olunan İslam” deyilmi? Biz demirik şərşünaslıq tamamən qərəzli mövqe tutub və ya şərqşünaslar hamısı əyri yolla addımlayırlar. Demək istədiyimiz budur ki, Qərbə vurğunluq çox vaxt insanı kor edir. İslamın əqidə təlimlərinin təməlini Avropa alimlərinin akademik fikirləri üzərində qurmaq düzgün yol deyil. Avropa texnologiya və bir çox sahələrdə inkişaf edib, bizdən öndədir. Bu sahədə təəssüflər olsun ki, biz onlardan öyrənirik, onlardan kömək alırıq. Çünki bu maşının, dəzgahın yaradıcıları onlardılarsa, bunu onlardan yaxşı kim bilə bilər? Amma İslamı gedib onlardan öyrənmək gülməli və qeyri-məntiqi olardı. Onların İslamşünaslığı digər sahələrdə olduğu kimi, ancaq maddi meyarları qəbul edir. Ancaq maddi tərəzi ilə hesab aparan akademistlərin tədqiqatı sonda “materialist İslam” modelini ortaya qoyur. Bu İslamın prinsip dəyərləri ancaq maddi meyarlar çərçivəsində – iqtisadi həyat, cəmiyyətin su və çörəyə bağlılığı ətrafında fırlanır. Belə İslama məsx olunmuş, rəngini dəyişmiş, dönmüş İslam deyirlər. Bu İslam ancaq çörəyə və suya xidmət edir. Necə deyərlər, qarınotaran İslam olur. Mötəbər və məşhur İslam mətnlərinin tədqiqi zühuru gözlənilən Mehdi haqqında etiqad və məlumatların İslam Peyğəmbərinin (s) təlimlərindən qaynaqlandığını ortaya qoyur. Mehdinin qiyamına aid rəvayətlər o həddədir ki, heç bir İslam tədqiqatçısı məzhəbindən, əqidəsindən asılı olmayaraq, onun “təvatür” həddini inkar edə bilməz. İndiyə qədər bu barədə əhli sünnə və şiə alimləri tərəfindən çoxlu kitablar yazılmış, onların hər biri dünyada sülhü bərqərar edəcək Mehdi ilə bağlı hədislərin doğruluğunu qəbul etmişlər. Bu sırada təkcə İbn Xəldun və Əhməd Əmin Misri kimi çox az bir şəxs bu hədislərin Peyğəmbərin (s) tərəfindən deyilməsinə tərəddüdlə yanaşmışlar. Onların tərəddüdlərinin səbəbi isə öz əsərlərindən çıxarılan nəticəyə görə düzgün hədisi düzgün olmayanından ayırmaqda və ya hədisin təfsirində çətinlik çəkmələrində olmuşdur. İbn Xəldun İmam Mehdinin (ə.f) zühuru ilə bağlı rəvayətlərə sadəliklə inanmağın mümkün olmadığını söyləyir və bu məsələ ətrafında hədislərin araşdırılmasını zəruri hesab edir. Bununla belə Mehdi ilə bağlı əksər məsələlərdə bütün İslam firqələrinin, məşhur alimlərin fikirləri yekdildir. Maraq üçün biz burada mötəbər İslami mərkəzlərdən birinə Mehdiyə etiqadla bağlı ünvanlanmış sualı və cavab məktubunu verməyi lazım bilirik. Təqribən bir neçə il bundan qabaq Əbu Muhəmməd adlı bir nəfər Keniya vətəndaşı Mehdinin zühuru barədə bir sualla Hicaz və Məkkənin nüfuzlu dini mərkəzlərindən olan “Rabitə əl-aləmil-İslami” adlı dini komitəsinə müraciət etmişdir. Dini komitənin sədri Məhəmməd Saleh Əl-Qəzzazın suala verdiyi cavabı Hicazın beş nəfər tanınmış alimi tərtib edərək hazırlamışlar. Məktubun qısa mətni belədir: “... Yer üzündə fəsad, zülm çoxaldıqdan sonra Allah-taala onun (Mehdi) vasitəsilə dünyanı ədalətlə dolduracaqdır. O, “on iki raşidi xəlifələri”nin axırıncısıdır. Peyğəmbər onun barəsində xəbər vermişdir. Bu xəbərlər “Sihah” kitablarında mövcuddur. Mehdi ilə bağlı hədisləri Peyğəmbərin (s) əksər səhabələri nəql etmişlər. O cümlədən, Osman bin Əffan, Əli bin Əbi Talib, Təlhə bin Ubeydullah, Əbdürrəhman bin Ovf, Abdullah bin Abbas, Əmmar bin Yasir, Abdullah bin Məsud, Əbu Səid Xidri, Subhan, Qərəh bin Əsas Məzəni, Abdullah bin Haris, Əbu Hüreyrə, Hazifə bin Yəman, Cabir bin Abdullah, Əbu Əmamə, Cabir bin Macid, Abdullah bin Ömər, Ənəs bin Malik, İmran bin Həsin, Ümmi Sələmə. Adları qeyd olumuş şəxslər iyirmi nəfər olmaqla, Mehdi barədə hədislər nəql etmişlər. Onlardan başqa çoxlu şəxslər də hədis söyləmişlər. Səhabələrin öz dilindən Mehdi barədə deyilmiş sözləri də bu sıraya daxil etmək olar. Çünki bu məsələ ictihadla cavabı veriləsi məsələlərdən deyil. Səhabələrin hamısı Mehdi barədə söylədiklərini Peyğəmbərdən eşitmişlər. Mehdi barədə peyğəmbərin (s) dilindən deyilmiş hədislərin hamısı “sunən”, “muacəm” və “məsanid” kimi məşhur hədis kitablarının əksəriyyətində qeyd edilmişdir. O cümlədən, Sünəni Əbu Davud, Sünəni Tirmizi, İbn Macə, İbn Ömər Əl-Dani, Musnədi Əhməd, İbn Yəli, Bəzzaz, Səhihi Hakim, Muacəmi Təbərani, Əbu Nəimin Əxbarul-Mehdi və.s. İslam alimlərindən bəziləri bu barədə kitab da yazmışlar. Onlardan bir neçəsi ilə sizi tanış edirik: Əbu Nəim, “Əxbarul-Mehdi” əsərini, İbn Həcər Hisəmi “Əl-qoulul-muxtəsər fi əlamatil-Məhdiyil-Muntəzər” əsərini, Şukani “Ət-tovzih fi təvatur ma caə fil-muntəzər və əd-Dəccal vəl-Məsih” əsərini, İdris İraqi Məğribi “Əl-Məhdi” əsərini, Əbu-Abbas bin Abdul-mumin əl-Məğribi “Əl-vəhmil-məknun fir-rəddi əla İbn Xəldun” əsərini yazmışlar. Bu barədə son geniş açıqlama ilə çıxış edən isə Mədinə İslam Universitetinin rektoru olmuşdur. Onun çıxışları universitet jurnalının bir neçə sayında silsilə məqalələr şəklində çap edilmişdir. İslamın böyük alimlərindən bəziləri – istər qədim, istər müasir olsun – öz yazılarında Mehdi ilə bağlı hədislərin təvatür həddinə çatdığını təsdiq etmişlər. Onlardan bir neçəsinin adını çəkirik: Əs-Səxavi “Fəthil-Məğis” kitabında, Məhəmməd bin Əhməd əs-Səfavini “Şərhil-Əqidə” kitabında, Əbul-Həsən əl-Əbri “Mənaqibiş-Şafei” kitabında, İbn Teymiyyə “Fətva” kitabında, Siyuti “əl-Havi” kitabında və s. Təkcə İbn Xəldun İmam Mehdi (ə) ilə bağlı hədislərə şübhə ilə yanaşmışdır. O, bu barədə “Mehdi həmin İsadır” deməklə məsələyə öz iradını bildirmişdir. Amma İslamın böyükləri və alimləri onun fikirlərini rədd etmişlər. Xüsusilə də, İbn Əbdul-momin və İbn Xəldununun sözlərinə etiraz olaraq xüsusi kitab yazmışdır. Böyük hədis alimlərinin hamısı Mehdi ilə bağlı hədisləri “səhih” və “həsən” hədislər bilmiş, hədislərin məcmusunun mütavatir olduğunu qeyd etmişdirlər. Buna əsasən də Mehdinin zühuruna etiqad vacibdir və əhli sünnə vəl-cəmaətin əqidəsinin tərkib hissəsindən sayılır. Nadan, xəbərsiz və ya bidətçilərdən başqa heç kim bu etiqadı inkar etmir”. Yuxarıdakı cavabın məzmunu və dəlilləri o qədər aydındır ki, əlavə izahata ehtiyac qalmır. Görəsən, “Mehdi” əqidəsinin xaricdən idxal olunduğunu deyənlər nəyə əsaslanırlar? Onlar bu hədisləri görüblərmi? Məhdəviyyət etiqadına etiraz edənlərin bir iradı da zühura olan inamın insanı xülyalara daldırması, mövcud vəziyyətə biganə olub hər şəraitə təslim etdirilməsindən ibarətdir. /deyerler/


Hazırladı: Füzuli Şəfiyev, ilahiyyatçı



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor