RSS
 

Login:
Şifrə:
» » Qurani Kerimde Imamet Meqami

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qurani Kerimde Imamet Meqami

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-01-2013, 20:47 | Şərh sayı: (0) | Baxılıb: 8823

Qurani Kerimde Imamet Meqami


Qurani Kerimde Imamet Meqami


Əslində imamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur!
Qur’ani-kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş və imamət insanın təkamül seyrinin son mərhələsi sayılmışdır. Yalnız “ulul-əzm” peyğəmbərlər ona çatmışlar. Belə ki, “Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam tə’yin etdim!” İbrahim “nəslimdən necə” (onları da imam qərar verəcəksənmi) – soruşduqda Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və bu məqama yalnız sənin pak və mə’sum övladların layiqdir!)”
Ayənin əvvəlində həzrət İbrahimin bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikir ayrılığı vardır. “Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir.
(“Ruhul-məani”, 1-ci cild, səh. 336)
Nəzərə daha düzgün gələn baxış budur ki, “kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
Bə’zi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qur’ani-kərimin üç yerində – “Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), “Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: “Mən səni insanlara imam tə’yin etdim!”
Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan “imam” sözü haqda çox söz demişlər və bə’ziləri bu sözün məna incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi “kəlmələr”in Allah tərəfindən aldığı bir sıra tə’limlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kə’bə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bə’ziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində “Mən səni insanalara imam tə’yin etdim” cümləsi aydın şərh olunmur.
Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mə’nasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
Bə’ziləri də başqa bir təfsirlə demişlər: “İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mə’nasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mə’nada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.
İzah: Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:
1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.
2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:
a) “Təşrii hidayət”; yə’ni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva, şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.
b) “Təkvini hidayət”; yə’ni mə’nəvi tə’sirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mə’nəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqram icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.
Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mə’nəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata bilməzdi!
Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam peyğəmbərini (s) misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. “Rəsul” və “nəbi”dən fərqli, vəhy almayan mə’sum imamları misal çəkmək olar.
Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan “Mən səni insanlara imam təyin etdim” cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düşünüb deyir: “İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yəni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!
Şübhəsiz, burada “zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mə’nada ədalətin əksi (antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniş mə’nada hər şeyin yerini düzgün tə’yin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qur’ani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:
يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
“Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!”
(“Loğman” surəsi, ayə: 13)
Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın mə’sum və günahsız olmasına bir sübutdur.
Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?
Bə’ziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: “Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır. Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.
Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam peyğəmbərinə (s) istinadən “imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məs’ud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-taala İbrahimə (ə) buyurdu:
لا اُعْطِيكَ عَهْداً لِلظّالِمِ مِنْ ذُرِّيَّتِكَ
“Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”
قالَ يا رَبِّ وَمَن الظّالِمُ مِنْ وُلْدی الَّذِی لا يَنالُ عَهْدِكَ؟
İbrahim (ə) dedi: “İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”
قالَ مَنْ سَجَدَ لِصَنَمٍ مِنْ دوُنِی لا اَجْعَلُهُ اِماماً اَبَداً وَلا يَصْلَحُ اَنْ يَكوُنَ اِماماً
Allah buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm. O, imamlığa layiq deyil!” (Əmali”, Şeyx Müfid, “Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13)
Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili “Mənaqib” kitabında azacıq fərqlə İbn Məs’uddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) bu ayənin təfsirində buyurdu: “Allah-taala İbrahimə (ə) buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: “Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!”( “Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində)
Mö’təbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlar üçün olmuşdur. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!
Böyük təfsir alimi Əllamə Təbatəbai “Əl-mizan” təfsirində yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!
(“Əl-mizan”, 1-ci cild, səh. 274)
Fəxri-Razi “Kəbir” təfsirində etiraf edir ki, bu ayə peyğəmbərlərin mə’sum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin mə’sum olması onun imamət məqamı ilə sübuta yetir, yə’ni hər bir peyğəmbər imamdır.”
Bütün bu qeydlərdən sonra Qurani-kərim baxımından imamət məqamının əzəmət və böyüklüyü məlum olur. Məqsədimiz məhz bu nöqtəni aydınlaşdırmaq idi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor