Dövlətin bayram hədiyyəsinin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 05:41 | Şərh sayı: (0) | Baxılıb: 382
Dövlətin bayram hədiyyəsinin xümsü
Sual 35: Dövlətin işçilərə nağd pul və qızıl sikkə şəklində verdiyi bayram hədiyyələrinə xüms düşürmü?
İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.
Safi, Sistani, Təbrizi, Məkarim və Vəhid: Xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Behcət və Fazil: Xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.
Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.
Qeyd: Mərcələrdən bə`zisi dövlətin mükafat və bayram hədiyyələrini gəlir, bə`ziləri isə hədiyyə hesab edir.
İşçilərə verilən qiymətli kağızın xümsü
Sual 36: Dövlətin işçilərə verdiyi qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Hədiyyə şəklində olarsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xüms düşür.
Vəhid və Təbrizi: Hədiyyə şəklində, böyük və nəzərə çarpacaq dəyəri olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür. Digər hallarda xüms düşmür.
Qeyd 2: İşçilərə verilən qiymətli kağızın hədiyyə və ya maaş şəklində olması mə`lum olmadığı üçün cavab şərtlərlə deyilmişdir.
Tələbələrə verilən qiymətli kağızın xümsü
Sual 37: Tələbələrə verilən qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyir, xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən xüms düşür.
Vəhid və Təbrizi: Böyük və diqqətə çarpan dəyəri olarsa və xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Qeyd: Tələbələrə verilən qiymətli kağız hədiyyə hesab olunur.
Təqaüdçülərə verilən hədiyyənin xümsü
Sual 38: İşçilərə təqaüdə çıxdıqdan sonra verilən mükafatlara xüms düşürmü?
İmam (r) və Nuri: Hədiyyə şəklində olarsa xüms düşmür.
Xamenei: Mükafata xüms düşmür. (Xameneinin katibliyi)
Təbrizi, Vəhid, Safi, Fazil, Behcət və Məkarim: Xüms ilindən artıq qaldıqda, ona xüms düşür.
Sistani: Hədiyyə şəklində olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Təhsil xərcinin xümsü
Sual 39: Valideynin övlada verdiyi təhsil xərcinə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği bağışlasalar xüms düşmür.
Təbrizi və Vəhid: Əgər həmin məbləği bağışlasalar, mal çox olarsa və ildən artıq qalarsa xüms düşür.
Sistani və Safi: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.
Fazil, Məkarim və Behcət: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.
Qeyd: Valideynin övlada verdiyi pul bir növ hədiyyədir. Beləliklə, hədiyyə hökmündədir. Əgər bu məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın xümsünü valideyin verməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər