Həcc və ziyarət xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 20:50 | Şərh sayı: (0) | Baxılıb: 357
Həcc və ziyarət xümsü
Vacib həcc qeydiyyatına düşmək üçün (həmən ilin gəlirindən) hesaba köçürülən və bir ili ötmüş pula xüms düşürmü?
İmam (r) və Fazil: Həcc vacib olduqda qeydiyyata düşüb, pul köçürməkdən başqa yolla getmək mümkün olmazsa, xüms düşmür. Digər hallarda xüms verilməlidir.
Xamenei: Əgər köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış müqavilədəki qiymət ünvanında olarsa xümsü yoxdur.
Behcət, Məkarim və Safi: Xümsü yoxdur.
Sistani: Əgər başqa yolla (zəhmət çəkmədən) həccə getmək mümkün deyilsə, xüms düşmür. (Sistaninin katibliyi)
Təbrizi və Vəhid: Xümsü verilməlidir.
Nuri: Həccin vacib olduğu ilin gəlirindən köçürülmüş pulun xümsü yoxdur.
Ümrə həccinin qəbzinin xümsü
Sual 49: Tibb universiteti tələbəsiyəm. İyun ayından mart ayınadək olan maaşımı bir dəfəyə alıb ümrə həccinə getmək üçün qeydiyyata durdum. Bu pula xüms düşürmü?
İmam (r), Sistani, Təbrizi, Fazil və Vəhid: Bəli, xüms ilinin sonunadək ümrə səfərinə getməsə, pulun xümsünü verməlidir.
Safi, Məkarim və Nuri: Xeyr, xümsü yoxdur.
Behcət: Əgər pul köçürtmədən başqa yolla getmək mümkün deyilsə, hesaba köçürülmüş pula xüms düşmür.
Xamenei: Köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış qərar əsasında ümrə həcci səfərinin qiyməti ünvanında olarsa xümsü yoxdur.
Ziyarət üçün toplanan ehtiyat pulun xümsü
Sual 50: Ümrə və müstəhəb ziyarətlər üçün toplanan pula xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, bir il ötdükdən sonra xümsü verilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər