Sərmayənin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-09-2015, 22:46 | Şərh sayı: (0) | Baxılıb: 374
Sərmayənin xümsü
Sual 26: Çətinliklə sərmayə toplamış şəxs xüms ödədikdə yerdə qalmış miqdarla dolanışıq məqsədi olan işə başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi?
(Vəhid və Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışıq əldə edə bilməzsə, xüms düşmür.
Safi və Vəhid: Xüms düşür. Lakin şər`i hakimə ödəyib sonradan borc götürə bilər. (Safi və Vəhidin katibliyi)
Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın tə`mini üçün zəruri olan hissəsinə xüms düşmür. Artıq qalan hissəyə isə xüms düşür.
Qalxmış qiymətin xümsü
Sual 27: Sərmayənin (torpaq, dükan, maşın və s.) xümsünü vermişəm. Lakin bir neçə il sonra onun qiyməti artıb. Artmış qiymətə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms düşür.
Qeyd: Qeyd olmuş cavab onun satılmasının və pulunun alınması mümkün olan hallara aiddir.
Mobil telefonun xümsü
Sual 28: Mobil telefona xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Şəxsin şə`ninə uyğun və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc əldə etmək üçün sərmayə olarsa xüms düşür.
Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan olunmuş qayda ona da tətbiq olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər