Ehtiyat pulun xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 30-09-2015, 17:33 | Şərh sayı: (0) | Baxılıb: 471
Ehtiyat pulun xümsü
Püşk məqsədi ilə bankda toplanmış pulun xümsü varmı?
Bütün müctəhidlərin rə`yi: İş qazancı ilə hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.
Qeyd: Hədiyyəyə xüms düşməsi e`tiqadında olan şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da ilin sonunda ehtiyat pulun xümsü verilməlidir.
Sual 45: Zəruri yaşayış vasitələrinin alınması üçün saxlanılmış pula xüms düşürmü?
İmam (r), Təbrizi, Sistani, Məkarim və Vəhid: Bir il ötdükdən sonra xüms düşür.
Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu hazırlamaq bir neçə il ehtiyat pulu yığmadan mümkün deyilsə, xüms düşmür.
Xamenei: Əgər ehtiyaclı olduğu vasitələri yaxın gələcəkdə (məsələn, xüms ilindən "3” ay sonraya qədər) hazırlamaq üçün ehtiyat pul yığıbsa və xüms vermək bu işin qarşısını alırsa, xüms düşmür.
Nuri: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyacı olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.
Fazil və Behcət: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn "3” ilə qədər) yığılan ehtiyat pula xüms düşmür.
Qeyd: Əgər ehtiyat pulu gələcəkdə ehtiyaclı olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir.
Sual 26: Əgər qənaət edib (gəlirimizin bir hissəsini) ehtiyat pul yığsaq, onun xümsünü verməliyikmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, əgər bir il keçərsə xüms verilməlidir.
Ev almaq üçün yığılmış pulum xümsü
Sual 47: Ev almaq üçün banka qoyulmuş və bir neçə il bankda qalmış pula xüms düşürmü?
İmam (r), Xamenei, Sistani, Təbrizi, Məkarim və Vəhid: Bəli, xüms düşür.
Fazil, Behcət və Nuri: Əgər ehtiyaclı olduğu evi almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yığılmış pula xüms düşmür.
Safi: Hal-hazırda evə ehtiyacı olsa, ev onun şə`ninə uyğun olarsa və başqa heç bir yolu olmazsa yığılan pula xüms düşmür.
Qeyd: Qeyd olunmuş pula xüms düşmədiyinə e`tiqadı olan mərcələr buyururlar: Gələcəkdə ev alınmasına sərf olmazsa bu pulun xümsü verilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər