Yaşayış vasitələrinin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 21:52 | Şərh sayı: (0) | Baxılıb: 362
Yaşayış vasitələrinin xümsü
Sual 58: Ehtiyaclı olduğu şeyi gəlirindən alan insan bir müddət sonra bu şeyə ehtiyac hiss etməsə onun xümsünü verməlidirmi?
İmam (r): Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa, onun xümsünü verməlidir.
Məkarim, Təbrizi, Xamenei və Vəhid: Bütün hallarda xümsü yoxdur.
Fazil, Safi və Nuri: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa xümsü verilməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa, xümsü yoxdur.
Sistani: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü ödənməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa xümsü yoxdur.
Behcət: Əgər xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.
Sual 59: Ehtiyacım olan vasitələr almışam; lakin aldığım vaxtdan bir il keçməsinə baxmayaraq onlardan heç istifadə etməmişəm. Bu vasitələrə xüms düşürmü?
(Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilibsə, xümsü yoxdur.
Sistani: Onun xümsünü verməlidir. Evdə olması zərurət doğuran, adətən əvvəlcədən hazırlanan və ehtiyac zamanı dərhal hazırlanması mümkün olmayan əşya olarsa, xümsü yoxdur. (Sistaninin katibliyi)
Vəhid: Xüms düşür.
Qeyd: Mərcələrin risalələrində "kitab” ifadəsinin işlənməsinə baxmayaraq bu hökm təkcə kitaba yox, insanın ehtiyacı olduğu bütün vasitələrə şamil olur.
Sual 60: İş qazancından (soyuducu, kompüter, kitab kimi) ehtiyac olan vasitələr alındıqdan bir müddət sonra satılır. Satılmış əşyaların puluna xüms düşürmü?
İmam (r): Əgər həmin il satılsa, xüms ilindən qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satılsa xüms ilinin tamamlanmasını gözləmədən dərhal bu pulun xümsü verilməlidir. Əgər bu vasitələri başqa vasitələrlə əvəz edərsə xümsü yoxdur.
Fazil: Əgər həmin il (alış ili) satılarsa xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satarsa (alış və satış qiymətində olan fərqin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.
Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pula xüms düşür. Əgər alış ilindən sonra satılarsa bu pulun xümsü yoxdur.
Təbrizi: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Xamenei və Məkarim: Ehtiyacı olan vasitələri satdıqda bu pula heç bir halda xüms düşmür.
Behcət: Xüms ilindən artıq qalarsa ona xüms düşür.
Safi və Sistani: Əgər həmin il (alış ili) satılarsa vacib ehtiyata əsasən onun xüms ilindən artıq qalan puluna xüms düşür. Əgər alış ilindən sonra satarsa, yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Vəhid: Yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olur və xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən ona xüms düşür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər