İcarənin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 15:37 | Şərh sayı: (0) | Baxılıb: 293
İcarənin xümsü
(Məskunlaşmadan öncə) evin icarəyə verilmiş yuxarı mərtəbəsinə xüms düşürmü?
İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayə hökmündədir və xümsü ödənməlidir; əgər xümsü ödədikdə dolanışıq xərclərini ödəyə bilməzsə, xümsü yoxdur.
Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın idarəsi üçün zəruri olan hissəsinə (evin digər təbəqəsi) xüms düşmür. Lakin qalan hissələrə xüms düşür.
Safi: Sərmayə hökmündədir və xümsü ödənməlidir. Əgər xüms verdikdə dolana bilməzsə, şər`i hakimə ödəyib sonra ondan borc götürə bilər.
Sual 56: İki mərtəbəli ev tikmişik və bir ildən artıq hər iki mərtəbədə yaşamışıq (hər iki mərtəbəyə ehtiyac var). Dolanışığın tə`mini üçün onun bir mərtəbəsini müvəqqəti olaraq icarəyə verməyi qərara almışıq. Bu mərtəbəyə ilin sonunda xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Evin mərtəbəsinin özünə xüms düşmür. Lakin icarə puluna (əgər xüms ilindən artıq qalarsa) xüms düşür.
Qeyd: Qeyd olunmuş sualda evin mərtəbəsi müvəqqəti olaraq istifadə etməməyinizə baxmayaraq "məunə” xərclərindən xaric deyil. Buna görə də ona xüms düşmür.
"Rəhn" xümsü
Sual 57: İş qazancından əldə edilmiş və rəhn kimi ev sahibinə ödənən pula xüms düşürmü? (Rəhn ev sahibinə ev müqabilində müvəqqəti olaraq verilən puldur.)
İmam (r) və Sistani: Xüms düşür. Əldə edilən kimi və ya əldə edilməsi mümkün olan zaman dərhal xümsü ödənməlidir.
Məkarim və Safi: "Rəhn” pulu "məunə” xərclərindəndir və xümsü yoxdur. Lakin onu sonradan geri alsa və pula ehtiyacı olmasa ehtiyata əsasən xümsü ödənməlidir.
Behcət, Təbrizi, Fazil və Vəhid: Əgər rəhn pulu olmadan ev ehtiyacını tə`min edə bilmirsə, xüms düşmür. Həmin pul geri alınan zaman ona ehtiyac olmazsa və ilin sonunda artıq qalarsa xümsü var.
Nuri: Əgər başqa yolla icarəyə ev götürə bilmirsə xatırlanmış məbləğə xüms düşmür.
Xamenei: Uyğun məqsədə çatmaq üçün bu pula ehtiyacı olan zaman onun xümsünü vermək vacib deyil. Lakin onu geri alan zaman (başqa bir yeri icarəyə götürməyə ehtiyacı olmazsa) xümsünü verməlidir.
Qeyd: Məsələnin fərzi o hala aiddir ki, evin rəhni şər`i müamilə şəklində həyata keçmiş olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər