Sərmayə və iş alətlərinin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-09-2015, 15:00 | Şərh sayı: (0) | Baxılıb: 440
Sərmayə və iş alətlərinin xümsü
Sual 23: Tibb məntəqəsinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: İş qazancından hazırlandıqda xüms düşür.
Qeyd 1: Tibb məntəqəsi, mağaza və sair iş yerləri sərmayə hesab olunur.
Qeyd 2:Məsələnin fərzi o hala aiddir ki, xüms ödədikdən sonra dolanışıq xərci əldə etmək mümkün olsun. Dolanışıq tə`min olunmadıqda uyğun sərmayə "ehtiyac duyulan sərmayə” hökmündədir.
İş alətlərinin xümsü
Sual 24: Diş həkiminin iş alətlərinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: İş qazancından hazırlandıqda bu alətlərə xüms düşür.
Qeyd 1: İş alətləri sərmayə hesab olunur.
Qeyd 2: Məsələnin fərzi o hala aiddir ki, iş alətlərinin xümsünü ödəməklə maaş əldə edə bilər. Digər hallarla bağlı hökm qarşıda qeyd olunacaq.
Banka qoyulmuş pulun xümsü
Sual 25: Banka köçürülmüş və gəlirindən istifadə olunan pula xüms düşürmü?
İmam (r), Xamenei, Fazil, Sistani və Məkarim: Banka köçürülmüş pul iş qazancından olarsa xüms düşür. Lakin xümsü ödəmək (hətta hissə-hissə) yaşayışını idarə edə bilməməsinə səbəb olarsa, xüms düşmür.
Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms düşmür. Lakin ehtiyacdan artıq qalan miqdarın xümsü verilməlidir.
Safi və Vəhid: Banka köçürülmüş pul iş qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışıq xərcini ödəyə bilməzsə şər`i hakimə ödəyib sonradan borc götürə bilər.
Qeyd 1: Banka köçürülmüş puldan əldə edilən qazanca xüms düşür.
Qeyd 2: Banka köçürülmüş pul bir növ sərmayədarlıq hesab olunur.
Qeyd 3:Banka köçürülmüş pul hədiyyə və bu kimi yollarla əldə olunduqda əsas hökmü daşıyır. (Hədiyyə bölməsinə müraciət edin)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər