Mehriyyə və irsin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-09-2015, 23:16 | Şərh sayı: (0) | Baxılıb: 385
Mehriyyə və irsin xümsü
Qadının mehriyyəsinə xüms düşürmü?
(Behcətdən başqa) bütün müctəhidlərin rə`yi: Xeyir.
Behcət: İlin xərcindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü verilməlidir.
İrsin xümsü
Sual 41: Yaxın qohumlardan (ata, ana və həyat yoldaşı) çatan irsə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xeyr.
Sual 42: İrs qalmış əmlakın bugünkü qiyməti qalxdıqda, onu satarkən artmış miqdarın xümsü verilməlidirmi?
İmam (r), Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət və Vəhid: Xüms düşmür
Məkarim və Safi: Artmış miqdar satılan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü verilməlidir.
Fazil: Artmış miqdar ilin gəliri hesab olunur. Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.
Sual 43: İrsi dəyərinin artması məqsədi ilə saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış hissəsinin xümsü verilməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər