Torpaq və məskən xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 15:40 | Şərh sayı: (0) | Baxılıb: 336
Torpaq və məskən xümsü
Gəlirimdən iki il sonra ev düzəldib yaşamaq üçün torpaq almışam. İl tamam olduqda onun xümsünü verməliyəmmi?
(Təbrizi, Sistani, Məkarim və Vəhiddən başqa) bütün müctəhidlərin rə`yi: Əgər yaşayış üçün evin hazırlanması yalnız bu yolla mümkündürsə alınmış torpağın xümsü yoxdur.
Məkarim: Xümsü yoxdur
Təbrizi və Vəhid: Torpağın xümsünü hazırkı qiyməti əsasında verilməlidir.
Sistani: Birbaşa ev almağa imkanı çatmırsa və onun kimi şəxslər tədricən ev hazırlayırsa (bu işin tərki ailə qarşısında səhlənkarlıq hesab olunur) alınmış torpağa xüms düşmür.
Sual 52: İş qazancından torpaq almışam və il tamamlandıqda xümsünü ödəmişəm. Bu torpağı qiymətinin qalxmasına görə saxlamışam. Bir neçə ildən sonra qiymətin qalxmış hissəsinin xümsün verməliyəmmi?
Bütün müctəhidlərin rə`yi: Torpağın dəyərinin artmış miqdarına xüms düşür.
Qeyd: Qeyd olunmuş cavab o hala aiddir ki, torpağı satmaq və pulunu əldə etmək mümkün olsun.
Tikilinin xümsü
Sual 53: Gəlirimdən ehtiyaclı olduğum torpağı alıb, tədricən iki il ərzində ev tikməyə başlamışam. Evə tam tikilmədiyi ildə xüms düşürmü?
(Behcət, Təbrizi, Sitani və Vəhiddən başqa) bütün müctəhidlərin rə`yi: Xeyr, ev tikmək üçün hazırlanmış materiallara xüms düşmür.
Behcət: Əgər evi bir başa hazırlaya bilmirsə aldığı tikinti materiallarına xüms düşmür.
Təbrizi və Vəhid: Məskunlaşma ilindən öncə tikilidə işlənmiş və ya artıq qalmış materialların xümsü hazırkı qiymətlə ödənir.
Sistani: Əgər birdəfəyə ev almağa imkanı çatmırsa və adətən onun kimi şəxslər tədricən ev hazırlayırsa (Bunun tərki ailə qarşısında səhlənkarlıq sayılır.) bu halda yarıtikili evə xüms düşmür.
Satılmış evin xümsü
Sual 54: Bir şəxs iş qazancından ev alır və bir müddət yaşadıqdan sonra başqa bir ev tikmək üçün həmin evi satır. Xüms ili tamamlandıqdan sonra satılmış evin puluna xüms düşürmü?
İmam (r): Satılmış evin puluna dərhal xüms düşür; evi başqa bir evlə əvəz etdikdə xümsü yoxdur.
Sistani, Təbrizi, Safi və Fazil: Satışdan olan qazanca (alış qiyməti və satış qiymətinin fərqi) xüms düşür.
Xamenei və Məkarim: Xümsü yoxdur.
Behcət və Nuri: Əgər satılmış evin pulu olmadan başqa bir ev hazırlaya bilmirsə, bu halda xüms ilinədək qalan pulun xümsü yoxdur.
Vəhid: Vacib ehtiyata əsasən satışda olan qazanca (alış və satış qiymətinin fərqinə) xüms düşür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər