Xümsün çıxılması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 08:47 | Şərh sayı: (0) | Baxılıb: 431
Xümsün çıxılması
Sual 114: Sabit maaş alan (məsələn, işçi və fəhlə) və xümsü verilmiş pul ilə dolanışıq xərclərini tə`min edən şəxslər dolanışığa xərclədikləri məbləği sonrakı ayların maaşından çıxıb, ilin sonunda artıq qalan miqdarın xümsünü verə bilərlərmi?
Misal üçün 100 000 manat xümsü verilmiş pul dolanışığa xərclənir. Eyni zamanda 120 000 manat yeni maaş alınır. Xüms ili tamamlandıqda yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilirmi?
İmam (r), Məkarim, Safi və Xamenei: Xeyr. Xərclənən məbləği sonrakı maaşlardan çıxmaq olmaz. Qeyd olunmuş halda 120 000 manatın xümsü verilməlidir.
Sistani, Behcət, Fazil və Nuri: Bəli. Xərclənən məbləği sonrakı ayların maaşından çıxmaq olar. Qeyd olunmuş halda, yalnız 20 000 manatın xümsünü ödəməyə icazə verilir.
Vəhid və Təbrizi: Xümsü verilmiş pulu xərclənməmişdən öncə maaşını alarsa və sonra xümsü verilmiş pulu xərcləyərsə xərclədiyi məbləği aldığı maaşdan çıxa bilər. Lakin xümsü verilmiş pulu dolanışığına xərclədikdən sonra maaşını alarsa bu xərcləri aldığı maaşdan çıxa bilməz.
Sual 115: Xüms ilinin sonunda bir miqdar ərzaq (məsələn 20 kq dügü 3 paket yağ və bir qutu çay) artıq qalır və xümsü verilir. Sonra bu şeylər il ərzində sərf olunur və yenidən bir miqdar ərzaq (məsələn, 50 kq dügü, beş qutu yağ və üç qutu çay) alınır. Bu ərzaqın az bir hissəsi istifadə olunur. Əgər xüms ilinin sonunda 30 kq dügü, 4 qutu yağ və iki qutu çay qalarsa, nə qədər xüms verilməlidir? Artıq qalmış bütün ərzaqa xüms düşürmü? Yoxsa keçən ildən qalmış ərzaq (xümsü verilmiş ərzaq) bu ərzaqlardan çıxılmalı və yalnız 10 kq düyü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir?
İmam (r), Məkarim, Təbrizi, Safi və Xamenei: Keçən ildən artıq qalmış bütün ərzaqın xümsü verilməlidir. Xümsü verilmiş ərzaqı bu ilki artıq qalan ərzaqdan çıxmaq olmaz. Beləliklə, qeyd olunmuş halda 30 kq dügü, 4 qutu yağ və 2 qutu çayın xümsü verilməlidir.
Sistani, Behcət, Fazil və Nuri: Xümsü verilmiş ərzaqı bu il artıq qalmış ərzaqdan çıxa bilər. Qeyd olunmuş halda yalnız 10 kq dügü, bir qutu yağ və bir qutu çayın xümsü verilməlidir.
Əmlakın xümsü
Sual 116: Xüms ilinin sonunda bir qədər ərzaq artıq qalmışdır. Bu ərzağın xümsü hazırkı qiymətlə hesab olunmalıdır, yoxsa alış qiyməti ilə hesab etmək kifayət edər?
Bütün müctəhidlərin rə`yi: Hazırkı qiymətlə hesab olunmalıdır.
Sual 117: Bir şəxsin iki növ bir-birindən fərqli malı var. (Birinin xümsü verilib o birisinin verilməyib). Bu şəxs öz illik xərcini yalnız xümsü verilməmiş pul ilə tə`min edib, xümsü verilmiş pulu ehtiyata saxlaya bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli. Bu işə icazə verilir.
Borcun xümsü
Sual 118: Bir şəxs dolanışıq ehtiyacları üçün bir miqdar borc götürüb istifadə edir. Bu şəxs ilin sonunda borclu olduğu məbləği gəlirindən çıxa bilərmi?
İmam (r), Məkarim, Nuri və Sistani: Əgər sonrakı ilin ehtiyacları üçün borc götürübsə, bu məbləği ilin gəlirindən çıxa bilər. Lakin onun götürdüyü borc əvvəlki illərin ehtiyacı üçün olubsa, bu məbləği ilin gəlirindən çıxmaq olmaz. Lakin öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.
Təbrizi və Vəhid: Əgər öz borcunu ilin sonunadək ödəməzsə, bu məbləği ilin gəlirindən çıxa bilməz. Əgər qazanc əldə ediləndən sonra borc götürülərsə, bu işə icazə verilir.
Fazil, Behcət, Xamenei və Safi: Bəli. Xüms düşür. Və öz borcunu ilin gəlirindən çıxa bilməz. Öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.
Qeyd: Mərcelərin risalələrindəki tərkiblərdə "kəsr” sözü ilə "əda” sözü arasında fərq var və bu sözləri bir-birləri ilə qatışdırmaq olmaz.
Hissə-hissə ödənən borcun xümsü
Sual 119: Bir şəxs dolanışıq xərclərini uzun müddət ərzində (məsələn, 3 il) hissə-hissə ödənən borc ilə tə`min edir. Bu şəxs xüms ilinin sonunda bütün borcunu ilin gəlirindən çıxa bilərmi?
İmam (r), Məkarim, Nuri və Sistani: Xeyr. Yalnız borcun bu il ödənməli olan hissəsi ilin xərcindən hesab olunur.
Fazil, Xamenei, Safi, Behcət və Təbrizi: Xeyr. Yalnız həmin il ödənən hissələr (borc şəklində ödənən) ilin xərclərindən hesab olunur və illik gəlirdən çıxılır.
Ölmüş şəxsin əmlakının xümsü
Sual 120: İş qazancı olan bir şəxs ilin ortasında dünyadan gedir. Onun əmlakının xümsünü necə hesab etməlidirlər?
Bütün müctəhidlərin rə`yi: Əgər üzərində xüms gələn əmlakı olarsa ölən kimi ilin sonunu gözləmədən bu əmlakın xümsü verilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər