Kitab və kompüterin xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-10-2015, 22:47 | Şərh sayı: (0) | Baxılıb: 604
Kitab və kompüterin xümsü
Kitabın xümsü
Sual 84: Kitaba xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər kitaba ehtiyacı olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.
Sual 85: Sonrakı kurslar üçün aldığım kitablara xüms düşürmü?
İmam (r) və Xamenei: Əgər bu kitabları almağa ehtiyacı olarsa və şə`ninə uyğun olarsa, xümsü yoxdur.
Fazil, Behcət, Sistani və Nuri: Xüms düşür. Əgər bu kitabları sonrakı illərdə ala bilmirsinizsə, bu halda xümsü yoxdur.
Təbrizi, Məkarim, Safi və Vəhid: Bəli, xüms düşür.
Sual 86 : Ehtiyacım olan kitabdan bir il istifadə etməsəm, ona xüms düşürmü?
(Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmur.
Sistani və Vəhid: Xümsü verilməlidir.
Təhsil vəsaitlərinin xümsü
Sual 87: Təhsil vasitələrinə (məsələn, dəftər və qələm) xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər qələm və dəftər istifadə olunmadan xüms ilindən artıq qalarsa ona xüms düşür.
Kompüterin xümsü
Sual 88: Kompüter və ona aid avadanlığa xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər kompüter və ona aid avadanlığa ehtiyac duyularsa və eyni zamanda şəxsin şə`ninə uyğun olarsa xümsü yoxdur.
Qeyd: Risalələrdə kompüter barəsində söhbət olunmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.
Sual 89: Ehtiyacım olduğu üçün kompüter almışam. Lakin təsadüf nəticəsində bir il ondan istifadə etməmişəm. Ona xüms düşürmü?
(Vəhid və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmayıb.
Vəhid və Sistani: Xümsü verilməlidir.
Qeyd: Mərcelərin risalə və istiftaatlarında qeyd olunmuş cavab kitab barəsindədir. Lakin bu cəhətdən kompüterlə kitab arasında heç bir fərq yoxdur.
Kaset və CD-nin xümsü
Sual 90: CD və kasetə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər CD və kasetə ehtiyac duyularsa, xümsü yoxdur.
Qeyd 1:Əgər CD və kaset xüms ilinin sonunadək istifadə olunmazsa, ona xüms düşür.
Qeyd 2:Əxlaqsız və qadağa qoyulmuş CD və kasetlər haramdır. Bu növ CD və kasetlərə xüms düşür.
Qeyd 3: Risalələrdə CD və kaset barəsində danışılmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər