Borc götürülmüş pulun xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-10-2015, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 354
Borc götürülmüş pulun xümsü
Bankdan borc götürülmüş pulun xümsü
Sual 71: Bankda borc kimi xeyriyyə məqsədi ilə verilən sərmayəyə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Borcun xüms ilinin sonunadək (iş qazancından) ödənən hissəsinə xüms düşür.
Qeyd 1: Götürülmüş borcdan əldə olunmuş qazanca (xüms ilindən artıq qaldıqda) xüms düşür.
Qeyd 2: Əgər qeyd olunmuş sərmayəyə ehtiyac olarsa, bu (vaxtında bu barədə danışılmış) ehtiyac duyulan sərmayənin hökmünü daşıyır.
Tələbələrə verilən borcun xümsü
Sual 72: Tələbələrə verilən borca xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.
Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanan məbləğə xüms düşür.
Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qaldıqda) xüms düşür.
İzdivac üçün verilən borcun xümsü
Sual 73: İzdivac üçün verilən borca xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.
Qeyd 1: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanmış məbləğə xüms düşür.
Qeyd 2: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.
Sərmayə üçün götürülən borcun xümsü
Sual 74: Sərmayəsini artırmaq üçün borc pul götürən şəxs öz borcunu ilin gəlirindən ödəyə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, öz borcunu iş qazancından ödəyə bilməz, onun xümsünü verməlidir.
Xeyriyyə məqsədi ilə verilən (Qərzul-Həsnə) borcun xümsü
Sual 75: İş qazancından əldə etdiyim və xeyriyyə məqsədi ilə başqasına borc verdiyim pulun xümsü varmı?
Bütün müctəhidlərin rə`yi: Əgər xüms ilinin sonunda onu (əziyyətsiz) almaq mümkün olarsa, xümsü verilməlidir. Digər hallarda isə hər vaxt alarsa, dərhal xümsünü verməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər