Sikkə və qızılın xümsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-10-2015, 16:40 | Şərh sayı: (0) | Baxılıb: 525
Sikkə və qızılın xümsü
Sual 76: "Bəhari-azadi” sikkələrinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından əldə olunarsa və ilin xərclərindən artıq qalarsa xüms düşür.
Qeyd 1: "Bəhari-azadi” sikkəsi məunə xərclərindən (yaşayış xərclərindən) sayılmır. Ona görə də il tamamlandıqda ona xüms düşür.
Qeyd 2: Hədiyyəyə xüms düşdüyünü hesab edən müctəhidlərin rə`yinə əsasən, əgər "Bəhare-azadi” sikkəsi bağışlanmış olsa və ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Qızılın xümsü
Sual 77: Ehtiyat saxlanmış qızıla xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından alınıbsa və ondan heç cürə istifadə olunmursa xüms ili tamamlandıqda, xümsü verilməlidir.
Qeyd: Əgər qızıl ona bəxşiş olunarsa və ya onu bağışlanmış pulla alarsa, hədiyyə hökmündədir. (Müraciət edin: Hədiyyənin xümsü hökmlərinə)
Sual 78: Kişi üçün olan qızıl üzüyə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, haram yolunda istifadə olunan pul məunə xərclərindən deyil və onun xümsü verilməlidir.
Qeyd: Ağ qızıl (əsil platin) kişi üçün haram deyil və xümsü yoxdur.
Zinət əşyalarının xümsü
Sual 79: Ərin öz həyat yoldaşı üçün iş qazancından aldığı qadın zinət əşyaları və qızıla xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə və onun şə`ninə uyğun olarsa, xümsü yoxdur.
Sual 80: Bir xanım öz maaşından həmişə istifadə etdiyi zinət əşyaları və qızıl alır. Onun ərinin bu sahədə sərf etməyə pulu yoxdur. Qadın bu növ əşyaların xümsünü verməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə şə`ninə uyğun olarsa, xümsü yoxdur.
Sual 81: Bir qədər qızıl hədiyyə alan və hal-hazırda ondan istifadə edən qadın, bu əşyaların xümsünü verməlidirmi?
İmam (r), Xamenei və Nuri: Xeyr, hədiyyəyə xüms düşmür.
Fazil, Təbrizi, Sistani, Behcət, Safi, Məkarim və Vəhid: Əgər qeyd olunmuş zinət alətləri ehtiyacına və şə`ninə uyğun olarsa, xümsü yoxdur.
Qızıl satışının xümsü
Sual 82: Yoldaşım qızıl və zinət əşyaları alıb, mənə bağışlayır. Lakin bir neçə il istifadə etdikdən sonra onları satıram. Satılmış əşyaların puluna xüms düşürmü?
İmam (r), Xamenei, Məkarim, Fazil, Təbrizi, Sistani və Vəhid: Satılmış əşyanın puluna heç bir halda xüms düşmür.
Sistani, Safi və Nuri: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, ona xüms düşür.
Behcət: Əgər satılmış əşyanın pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.
Sual 83: Qadının öz gəlirindən alıb bəzəndiyi zinət əşyalarına və qızıla satıldıqdan sonra xüms düşürmü?
İmam (r): Əgər həmin ildə (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satarsa dərhal onun xümsünü verməlidir.
Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa, onun puluna xüms düşmür.
Fazil: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.
Sistani və Safi: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun vacib ehtiyata əsasən xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.
Xamenei və Məkarim: Onun satış puluna heç bir halda xüms düşmür.
Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.
Təbrizi: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, onun xümsü verilməlidir.
Vəhid: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər