RSS
 

Login:
Şifrə:
» » İmam Mehdi (ə.f) və Azərbaycan

Xəbər lenti

"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İmam Mehdi (ə.f) və Azərbaycan

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-09-2015, 00:19 | Şərh sayı: (0) | Baxılıb: 1079

İmam Mehdi (ə.f) və Azərbaycan


İmam Mehdi (ə.f) və Azərbaycan


Bildiyimiz kimi, 12-ci imamımız Mehdi Sahibzaman (ə.f) Allahın izni ilə qeybə çəkilmişdir. Həzrətin (ə.f) qeybə çəkildiyi müddət təqribən 1166 ildir. Onun 69-70 ili qeybəti-süğra (yəni kiçik qeyb dövrü) və qalan hissəsi isə qeybəti-kübra (yəni böyük qeyb dövrü) adlanır. Kiçik qeyb dövründə İmam Mehdi (ə.f) və şiələr arasında naiblər vasitəsi ilə əlaqə yaradılırdı. Şiələr sual və çətinliklərini məktubda yazaraq bu səfirlər vasitəsi ilə İmama (ə.f) çatdırırdılar. Bununla yanaşı Həzrətin (ə.f) Bəsrə, Kufə, Yəmən, Mədain, Qum, Nişabur, Rey, Həmədan və eləcə də vətənimiz Azərbaycan kimi bir çox bəzi şiə şəhərlərində də vəkil və nümayəndələri vardı.Vəkil və nümayəndələrin bu şəhərlərdə vəzifəsi şiələrin dini suallarına cavab vermək, şəxsi çətinliklərini həll etmək, vəqf olunan torpaqlara nəzarət edib onun gəlirlərini Həzrətə (ə.f) çatdırmaq və nəticədə həmin vəsaiti İmamın (ə.f) əmri ilə yoxsul və kimsəsizlərə paylamaqdan və ən əsası isə Əhli-beyt(ə) məktəbinin təbliğ olunmasına sərf etməkdən ibarət idi. Bu səlahiyyətli nümayəndələrdən biri də Azərbaycanın Bərdə şəhərində (O dövrün tarixçi və coğrafiyaşünasları Bərdə şəhərini Aran vilayətinin mərkəzi kimi qeyd etmişlər) yaşayan Qasim ibn Əla idi. O, Həzrət Mehdinin (ə.f) məktubunu ikinci naib Məhəmməd ibn Osman Əmri və üçüncü naib Hüseyn ibn Ruh Növbəxtinin vasitəsilə əldə edirdi. Eyni zamanda camaatın şəri suallarını məktub vasitəsi ilə Həzrət Mehdiyə (ə.f) çatdırır, vəqf olunan əkin sahələrinə nəzarət edir və toplanmış vəsaiti Həzrətə (ə.f) göndərirdi. Şeyx Səduq "Kəmaluddin" əsərində onun Azərbaycan əhlindən olduğunu, başqa mənbələr isə onun Həmdan qəbiləsindən olduğunu yazaraq Aran və Azərbaycanda yaşadığını qeyd etmişlər. Qasim ibn Əla İmam Rzanın (ə) səhabələrindən idi. O, eləcə də İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) ilə görüşmüş, İmam Həsən Əskəri (ə) tərəfindən 12-ci İmamın (ə.f) üçüncü səfiri olan Hüseyn ibn Ruh Növbəxtinin dövrünədək yuxarıda qeyd olunan vəzifədə fəaliyyət göstərmişdir. İmam Mehdinin (ə.f) bu sevimli vəkili o Həzrətlə (ə.f) görüşüb onun möcüzəsi ilə şəfa tapmışdır.Şeyx Tusi "Əl-ğeybə" adlı əsərində Qasim haqqında yazır: “Səfvani belə deyir: Mən Azərbaycan nahiyəsində olan Ərran şəhərində (Aran) Qasim ibn Əlanın yanında oldum. Qasimin 80 yaşı var idi. Gözləri tutulmuş, dünya işığından məhrum olmuşdu. O, İmam Hadi (ə) və İmam Həsən Əskəri ilə (ə) görüşmüşdür. Qasim Həzrət Mehdinin (ə.f) məktubunu ikinci səfir Məhəmməd ibn Osman Əmri və üçüncü səfir Hüseyn ibn Ruh Növbəxtinin vasitəsi ilə əldə edirdi. Bir dəfə iki ay məktub gəlmədi. Qasim buna görə çox narahat oldu. Bunun üstündən bir müddət keçdi. Bir gün biz Qasimlə birgə yemək yeyirdik. İraqdan bir nəfər gələrək Həzrət Mehdinin (ə.f) məktubunu Qasimə çatdırdı. Bu məktubda onun qırx gündən sonra ömrünün başa çatması yazılmışdı. Bu məktubdan sonra Qasim xəstələnib yatağa düşdü. Ölümündən yeddi gün əvvəl ayağa qalxdı. İmamların (ə) adını bir-bir çəkib onları özünə şəfaətçi qərar verdi. Elə bu vaxt onun gözləri açıldı. Qasim oğlu Həsən, dostu Əbu Əli və Əbu Hamidi öz yanına çağırdı. Biz onun artıq şəfa tapdığını anladıq. Bağdadın qazisi Əbu Saib Qasimin yanına gəldi. Onun görüb-görmədiyini yoxlamaq üçün üzüyünü ona tərəf uzadaraq qaşın üzərində nə yazıldığını soruşdu. Qasim üzüyə baxıb onun üzərində üç sətir yazı yazıldığını bildirdi. Amma Əbu Saib özü bu xətti heç oxuya bilmirdi. Bu işdən hamı xəbər tutmuşdu. Camaat dəstə-dəstə Qasimə baş çəkməyə gəlirdilər. Qasim ömrünün son anlarında üzünü oğlu Həsənə tutub dedi:"Ey Həsən, Allah səni uca məqamlara çatdıracaq. Ona həmişə şükür et! Bir şərtlə ki, şərab içməkdən imtina edəsən!" Həsən atasının sözünü qəbul edib tövbə etdi və bu an Qasim əllərini Allah dərgahına tutub bu duanı etdi:”İlahi! Həsənə öz itaətini ilham edib onu günahlardan qoru!” Qasim bundan sonra vəsiyyətini yazıb oğluna belə dedi: "Oğlum, Həsən! Əgər sən burada Mehdi (ə.f) tərəfindən bu işə layiq görülsən, vəqf olunan əkin-sahə və tarlamdan gəlirin yarısı sənə və yarısı isə ağam Həzrət Mehdiyə (ə.f) çatacaq. Yox, əgər buna layiq görülməsən, öz xeyrini Allah razı olan işdən tələb et." Nəhayət, qırxıncı gün gəlib çatdı və Qasim dünyasını dəyişdi. Dostları Əbu Əli və Əbu Hamid ona qüsul verib İmam Rzanın (ə) hədiyyə etdiyi köynəklə və İraqdan göndərilən yeddi hissə parça ilə onu kəfənlədilər. Bir müddətdən sonra Həzrət Mehdinin (ə.f) məktubu Həsənə çatdı. Həzrət bu məktubda ona başsağlığı verib belə yazmışdı: “Allah sənə öz itaətini ilham edib səni günahlardan qorusun. Həqiqətən biz, atanı sənin üçün yol göstərən, rəhbər və onun əməllərini sənə örnək qərar verdik”. Bu sözlərdən nəticə almaq olar ki, o, Həzrət Mehdinin (ə.f) sadiq şiələrindən biri olub. İraqdan ona göndərilən kəfən və onun şəfa tapması da buna bir dəlildir. Həm də bu nəticəyə gəlmək olar ki, Qasimdən sonra vəkalət məqamı Həsənə həvalə olunmuşdur. Belə ki, atası Qasim də onun məqama nail olmasını günahdan çəkinməsi şərtilə bildirmişdi. Bütün bunlardan aydın görünür ki, Azərbaycanda şiəlik daha qədim tarixə malikdir. Çünki İmam (ə.f) tərəfindən təyin olunan nümayəndələr həmişə şiə mərkəzlərinə göndərilirdi. Vəkilin də vəzifəsi bu halda gerçəkləşə bilərdi ki, olduğu yer şiə cəmiyyətindən ibarət olsun. Eyni zamanda da şiə olmayan məntəqədə şəri suallar və Həzrət Mehdiyə (ə.f) vəqf olunmuş əkin sahələri meydana gələ bilməzdi.
Elşən İsmayılzadə
“İslam Məktəbi”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor