İmamın (ə.f) xüsusi naibləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-11-2015, 19:14 | Şərh sayı: (0) | Baxılıb: 440
İmamın (ə.f) xüsusi naibləri
İmam əvvəlki İmamların etimadlı səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü İmam Mehdinin (ə.f) qısamüddətli qeyb dövründə onun xüsusi nümayəndəsi və naibi olmuşdur:
Əbu Əmr Osman ibn Səid Əmri;
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri;
Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;
Əbülhəsən Əli ibn Məhəmməd Səməri.
Hz. Mehdi (ə.f) müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Nişabur və s. yerlərdə də başqa vəkilləri olmuşdur. Lakin onlar bu dörd xüsusi naib vasitəsilə camaatın (şiələrin) məsələlərini İmama çatdırır [1] və eləcə də, onların həllinə dair İmamdan məktublar alırdılar. [2] Bəzi tədqiqatçıların verdiyi ehtimala görə isə dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər. [3] Belə nümayəndələrdən aşağıdakıları misal göstərmək olar:
Məhəmməd ibn Cəfər Əsədi;
Əhməd ibn İshaq Əşəri Qummi;
İbrahim ibn Məhəmməd Həmədani;
Əhməd ibn Həmzə ibn əl-Yəsə; [4]
Məhəmməd ibn İbrahim ibn Məhziyar; [5]
Haciz ibn Yezid Məhəmməd ibn Saleh; [6]
Əbu Haşim Davud ibn Qasim Cəfəri;
Məhəmməd ibn Əli ibn Bilal;
Ömər Əhvazi;
Əbu Məhəmməd və Cinai; [7]
İmamzaman.az
[1] Əl-Ğeybə, səh/225.
[2] Əl-Məhdi, səh/189.
[3] Əyanüş-şiə, c/2, səh/48.
[4] Əl-Ğeybə, səh/257-258.
[5] Üsuli-kafi, c/1, səh/518.
[6] Üsuli-kafi, c/1, səh/521.
[7] Əlamul-vəra, səh/444.
- See more at: http://imamzaman.az/index.php?do=meqale&id=122#sthash.vK5taRS9.dpuf
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər