RSS
 

Login:
Şifrə:
» » Mövludun Mübarək Ya Məhdi (ə.f)

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mövludun Mübarək Ya Məhdi (ə.f)

 
Müəllif: hizbuallah | Bölmə: Islam tarixi, Məqalələr | Vaxt: 25-06-2013, 02:21 | Şərh sayı: (4) | Baxılıb: 3624

Mövludun Mübarək Ya Məhdi (ə.f)



Onikinci İmam Məhdi (ə.f) Mövludu.
Fürsəddən istifadə edərək bayramınızı təbrik edirik.


Mövludun Mübarək Ya Məhdi (ə.f)



Bismil-lahir-rəhmanir rəhim

Salam əziz və mehriban bacı-qardaşlarımız. Bugün elə bir şəxsiyyətin mövlududur ki, Allahn Rəsulu (s) O həzrəti nur adlandirmışdır. Allahın Peyğəmbəri (s):«Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur.»
Bu mövzunu açmaq və bu məqaləni dərc etmək bizə həm şərəf həmidə məsuliyyətdir. Şərəfdirki Bəqiyyətullah barədə haqqıdeyirik. Məsuliyyətdir ki, hərbir yazılan kəliməni gərəkdir dəlil vəsubutla sənədiylə yazasan. Ocur ki, hemi ehli-sunnə, həmidə şiə mənbəyi ilə. Odur ki, qısada olsa O həzrətdən bəhs etmək isdərdik. İnşəAllah.

Əvvəlcə Qaim (ə.f) barəsində movcud hədisləri nəzərinizə catdiraq. Baxmayaraq ki, bu yaxnlarda bu sayta təcavüz edərək videoçarx yerləşdirmişdilər və həmin videoda deyirdi ki, imam yoxdur hələ və dogulacaq. Gorünür bunlarin öz kitablarından və alimlərindən xəbərləri yoxdur. Elə isə biz xatrlada bilərik.

Sunnəni - Tirmizidən gələn hədislər:

1. Cabir b. Səmurədən rəvayətə görə, Rəsulullah (s) buyurdu: “Məndən sonra oniki canişin gələcək.” Cabir diyir ki; sonra bir sözdə dedi, mən anlamadm və yanımda əyləşən birisindən soruşdum. Dedi ki: “Hamsı Qureyşdəndir” (Ebû Dâvûd, Mehdî: 2)

- Tirmizi özünün Sunnəni – Tirmizi kitabında buhədisi həsən səhih buyurmuşdur.

2. Abdullah b. Mes’uddan rəvayətə görə, Rəsulullah (s) buyurdu: “Əhli-Beytimdən adı adımaolan birisi Ərəblərin Rəhbəri olub idarəçiliyi əlinə almayanaqədər dünyanın sonu gəlməyəcəkdir.” (Ebû Dâvûd, Mehdî, 7)

- Tirmizi özünün Sunnəni – Tirmizi kitabında buhədisi həsən səhih buyurmuşdur.

3. [6: 279, Hadîs No: 9245]
Huzeyfedən gələn rəvayətə əsasən: Peygamber (s) buyurdu: Mehdi (ə.f) Mənim nəslimdənr. Üzü parlaq ulduz kimidir. (Ebû Dâvûd, Mehdî: 1)

4. [6: 277, Hadîs No: 9241]
Ümm-ü Sələmə (r.a.) Peygamber (s) buyurdu: Mehdi mənim nəslimdəndir. Fatimənin balası. (Ebû Dâvûd, Mehdî)

Şiə mənbəyi

Allahın Peyğəmbəri (s):«Müjdə olsun sənə ey Fatimə ki, Mehdi səndəndir.»
Allahın Peyğəmbəri (s):«Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur.»
Allahın Peyğəmbəri (s):«Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq.»




Mövludu

Məşhur hədislərə əsasən, İmam Zaman ağa (ə.f.) 255 Hicri ilinin Şəban ayının 15-də cümə gecəsi anadan olmuşdur. Şeyx Mufidin dediyinə görə, atası İmam Həsən Əsgərinin (ə) ondan başqa övladı olmamışdır. Həzrətin anasının adı Nərcis (s.ə.) idi və o, çox iffətli və layiqli bir xanım idi. Onu Süsən, Siqəl, Siqil, Məleykə də adlandırırdılar. O, Roma imperatorunun oğlu Yuşanın qızı idi, Həzrət İsanın (ə) tərəfdaşlarından olan Şəmunun nəvəsi idi və İlahi bir möcüzə nəticəsində on birinci İmamın (ə) həyat yoldaşı olur.
O zaman ki, Nərcis xanım (s.ə.) Romada idi, qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri (s) ilə Həzrət İsanı (ə) görür ki, onun nikahını İmam Həsən Əsgəriyə (ə) bağlayırlar. O, yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatimeyi-Zəhraınn (s.ə.) dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakılardan gizlədir. O zaman ki, müsəlmanlar ilə romalılar arasında müharibə başlayır, Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma (s.ə.) yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O, bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar. Bu hadisə onuncu İmamın (ə) İmamət dövrünün sonlarında baş vermişdir. İmamın roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma (s.ə.) verirlər. Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin (ə) yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin (s.ə.) yadına salır və ona müjdə verir ki, o, on birinci İmamın (ə) həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi (ə) Nərcis xanımı (s.ə.) bacısı Həkiməyə (s.ə.) tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım (s.ə.) İmam Həsən Əsgəri ilə (ə) ailə qurur.

Təvəllüdün necəliyi

Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən (s) onlara çatan hədislərə əsasən bilirdilər ki, gec-tez İmamın (ə) nəslindən elə bir oğlan dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq və ədaləti bərqərar edəcəkdir. Ona görə də onlar gözləyirdilər ki, bu körpə dünyaya gələn kimi onu məhv etsinlər. İmam Həsən Müctəbanın (ə) zamanından başlayaraq, Peyğəmbər (s) nəslinə edilən təzyiqlərin sayı artır. İmam Həsən Əsgərinin (ə) zamanında ən son həddinə çatır. O Həzrətin (ə) bütün həyatı xəlifələrin nəzarəti altında idi. O, evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə İmamın (ə) dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Ona görə də onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta İmamın (ə) ən yaxın adamları belə körpənin dünyaya gəlməsindən xəbərsiz idilər. İmam Həsən Əsgərinin (ə) bibisi Həkimənin dediyinə görə: “Həsən ibni Əli (ə) mənim dalımca gəlmişdi və buyurur ki, iftarı onlarla bir yerdə edim. Çünki bu gecə Şəban ayının on beşidir. Allah bu gecə yer üzərində olan hüccətini aşkar edəcəkdir. Soruşdum: “Anası kimdir?”. Buyurdu: “Nərcis”. Ərz etdim: “Allah məni sizə fəda etsin, ancaq onda hamiləliyin heç bir əlaməti yoxdur”. Buyurdu: “Mövzu, necə demişəmsə, elədir”. Həkimə xanım nəql edir ki, mən İmam Həsənin (ə) evinə getdim və salam verəndən sonra oturdum. Nərcis xanım (s.ə.) mənim yanıma gəldi və ayaqlarımdakı ayaqqabını çıxararaq dedi: “Ey mənim banum! Gecəni necə keçirtmisən?”. Dedim: “Sən mənim və mənim nəslimin xanımısan”. Sözümü inkar etdi və dedi: “Bibi nə olub ki?”. Ona dedim: “Qızım! Allah Təala bu gecə sənə bir oğlan əta edəcəkdir ki, dünya və axirətin səadəti olacaqdır”. Nərcis həya edib, yerində oturdu. İşa namazını qıldım və iftar etdim. Yatağa gedib yatdım, gecənin yarısı namaza qalxdım və namazımı tamamladım. Halbuki, Nərcis yatmışdı və doğumdan heç bir xəbər yox idi. Namazımı qurtarıb, yatdım, ancaq bir az keçməmiş heyrətlənmiş halda yerimdən qalxdım. Bu zaman Nərcis də durub, namaz qılırdı. Həmin vaxt şəkk sorağıma gəlməyə başladı. Ancaq bu zaman Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) oturduğu yerdən dilləndi: “Ey bibi! Tələsmə ki, həmin an yaxınlaşır””.
Həkimə davam edir: “Səcdə” və “Yasin” surələrini oxuyurdum ki, Nərcis ağrıyaraq, yuxudan ayılır. Mən tələsik onun yanına getdim və dedim: “Allahın adına and içirəm, nə isə hiss etdin?”. Dedi: “Bəli, bibican”. Dedim: “Özünə hakim ol və sakitliyini qoru ki, bu mənim sənə dediyim şeydir”. Az bir müddət ərzində yuxuladım, elə bu zaman doğum baş verdi və mən körpənin hərəkəti ilə yuxudan ayıldım. Gördüm ki, o, səcdə əzalarını yerə qoyub, səcdə edir. Onu qucağıma götürdüm və gördüm ki, o, tamamilə pak və təmizdir. Bu zaman Əbu Muhəməd (ə) dedi: “Ey bibi! Övladımı yanıma gətir”. Körpənin onun yanına apardım. İmam (ə) əllərini onun belinin altına qoyur və ayaqlarını sinəsinə dirəyir. Dilini körpənin ağzına salır və əllərini onun gözlərinə və qulaqlarına çəkir. Sonra deyir: “Oğlum! Danış”. Körpə dil açır və deyir: “Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın göndərdiyi Rəsuldur”. Sonra Əmirəl-mömininə (ə) və qalan İmamlara salam göndərib, atasına çatır”.
Həzrət Məhdinin (ə) dünyaya gəlişini çox az adam bilirdi. Onunla görüşə də çox az insan nail olmuşdur.

Adı, kunyəsi və ləqəbi

Həzrətin (ə.f.) adı və kunyəsi - Peyğəmbərin (s) adı və kunyəsidir. Bəzi hədislərdə deyilir: “O zamana qədər ki, Allah yer üzərində zühuruna və dövlətinin möhkəmlənməsinə zinət bağışlamamışdır, heç kimə rəva deyildir ki, onun adı və kunyəsini dilinə gətirsin”. Buna görə də bəzi fəqihlər onun adını çəkməyi məkruh bilmiş, bəziləri isə bu qadağanın kiçik qeyb dövrünə aid olduğunu söyləmişdilər. Çünki o zaman həyati təhlükə var idi. Ona görə də fəqihlər onu müxtəlif ləqəblərlə çağırmağa başlamışdılar: Hüccət, Qaim, Məhdi, Xələfəl-Salih, Sahibi Zaman, Sahibi-Dar kimi. Kiçik qeyb zamanı Həzrətin tərəfdaşları onu “Nahiyi-Müqəddəsi” çağırırdılar.

Kiçik (suğra) qeyb

260-cı Hicri ilində Rəbiül-əvvəl ayının 8-də, yəni o zaman ki, İmam Zaman ağnın (ə.f.) beş yaşı var idi, Abbasi Xəlifəsi Mötəmid İmam Həsən Əsgərini (ə) zəhərləyib, şəhid edir. İmam Əsr (ə.f.) atasının (ə) qəbri üzərində namaz qılır. İmam Həsən Əsgərinin (ə) şəhadəti ilə İmam Zaman ağanın (ə.f.) İmamət zamanı başlayır. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni 260-ci Hicri ilində başlayır, 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər.


Böyük (kubra) qeyb

329-cu Hicri ilində İmamın (ə) həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar İmamın (ə.f.) köməkçiləri vasitəsilə onunla əlaqə saxlayır və suallarına cavab tapırdılar. Ancaq böyük qeyb dövründə sualı olan müsəlmanlar fəqihlərə müraciət edirlər.



İmam Əsrin (ə.f.) xüsusi köməkçiləri

İmamın (ə.f) kiçik qeyb dövründə 4 xas naibi olmuşdur ki, bəzən həmin naiblər vasitəsiylə
digər tərəfdarları ilə də Həzrət (ə.f) əlaqə saxlayır, ünsiyyət qururdu. Həmin 4 xas naib bunlardır;

1. Osman ibn Səid. Hicrətin 260-267-ci illərində Həzrətin (ə.f) naibi olmuşdur.

2. Muhəmməd ibn Osman. Birinci naibin oğludur və hicri 267-305-ci illərdə Həzrətə (ə.f) naiblik etmişdir.

3. Huseyn ibn Ruh. Hicri 305-326-cı illərdə İmamın (ə.f) naibi vəzifəsində çalışmışdır.

4. Əli ibn Muhəmməd. 326-329-cu illərdə İmamın (ə.f) naibi olmuşdur.
Bu şəxslər- yüksək məqam sahibi, fəzilətli, adil, təqvalı, alim və etibarlı insanlar idi.
Əbəs deyil ki, Həzrət (ə.f), onları özünün xas naibləri təyin etmişdir.



Şərhlər

 
 
| | |

EBU_ISAK

25 iyun 2013 18:39 Offline
elleriniz var olsun ALLAH razi olsun
 
| | |

gozyashlari

26 iyun 2013 23:11 Offline
Allah razi olsun. Insan gerek hergun yeni birshey oyrensin. mende bugun yeni birshey oyrendim
 
| | |

Gunahkar_Bende

4 iyul 2013 14:54 Offline
Allah razi olsun .
 
| | |

zehra2

21 yanvar 2014 17:40 Offline
ALLAH razi olsun elerinize sagliq cox gozel meqaledir
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor