"Fərəc" duasının faydaları |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 1-10-2015, 19:32 | Şərh sayı: (0) | Baxılıb: 4334
"Fərəc" duasının faydaları
Məsumlardan İmam Mehdinin (ə.f) zühurunun tezləşməsi üçün edilən duanının, yəni fərəc duasının faydaları, xüsusiyyətləri və təsirləri haqda bir çox hədislər nəql olunub. Fərəc duası, adətən, namazlardan sonra, yaxud iki namaz arasında oxunur. Hədislərdə qeyd olunan bu faydalardan bir neçəsinə işarə edək: 1. Zühur üçün dua etmək İmam Mehdinin (ə.f) əmridir 2. Bu dua nemətlərin çoxalmasına səbəb olar 3. Bu duanı oxumaq qəlbdə olan məhəbbəti izhar etməkdir 4. Bu dua İmamın (ə.f) intizarını çəkənlərin nişanəsidir 5. Bu dua şeytanın narahat olmasına səbəb olar 6. Bu dua insanı axırzamanın fitnələrindən qoruyar 7. Bu duanı oxumaq O Həzrətin (ə.f) haqlarından bəzisini ödəməkdir 8. Bu dua Allaha təzim, dininə tabeçilikdir 9. İmam Mehdi (ə.f) bu duanı oxuyan insana dua edər 10. İmam Mehdi (ə.f) Qiyamət günü bu duanı oxuyan şəxsə şəfaət edər 11. Bu duanı oxumaq digər duaların qəbul olmasına səbəb olar 12. Bu dua Peyğəmbərin (s) qarşısında borcu ödəməkdir 13. Bu duanı oxumaq insandan bəlanı uzaqlaşdırar 14. Bu duanı oxumaq Ruzinin artmasına səbəb olar 15. Bu duanı oxumaq Günahların bağışlanmasına səbəb olar 16. Bu duanı oxumaq İmamla (ə.f) görüşməyə səbəb ola bilər 17. Bu duanı oxumaq İmamın (ə.f) rəcəti (qayıdışı) zamanı dünyaya qayıdışa səbəb olar 18. Bu duanı oxumaq İmamın (ə.f) zühurunu tezləşdirər 19. Bu dunaı oxumaq Allahla bağlanmış əhdə vəfanın nişanəsidir 20. Bu dua ömrün uzanmasına səbəb olar 21. Bu duanı oxuyan şəxsın savabı elm öyrənən şəxin savabı qədərdir 22. Axirət bəlalarından amanda qalar 23. Ölüm zamanı bu duanı oxuyan şəxsə müjdə verilər və onunla mülayim rəftar olunar 24. Bu duanı oxuyan şəxs Peyğəmbərin (s) dəvətini qəbul etmiş olar 25. Peyğəmbər (s) bu duanı oxuyan şəxsə dua edər 26. Bu duanı oxuyan şəxsin savabı məzluma kömək edən şəxsin savabı qədərdir 27. Bu duanı oxumağın savabı böyüklərə edilən ehtiram və təvazökarlığın savabı qədərdir 28. Bu duanı oxuyan şəxsin savabı İmam Hüseynin (ə) intiqamını almaq istəyənlərin savabı qədərdir 29. Bu duanı oxuyan şəxsə Qiyamət günü Həzrət Əlinin (ə) duası şamil olar 30. Qiyamət gününün susuzluğundan amanda qalar 31. Bu duanı oxumağın savabı möminə nəsihət etməyin savabını qədərdir 32. Bu dua oxunan məclisdə mələklər iştirak edər 33. Mələklər bu duanı oxuyan şəxsin bağışlanması üçün dua edər 34. Bu dua əmr sahiblərinə (imamlara) itaət etmək deməkdir 35. Peyğəmbərin (s) sevinməsinə səbəb olar 36. Qiyamət günü sorğu-sualı asanlaşdırar 37. Qəm-Qüssəni uzaqlaşdırar 38. Bu dua İmamın (ə.f) qeyb dövründə oxunduğu üçün daha artıq savaba səbəb olar 39. Bu dua Allah ipindən yapışmaqdır 40. Bu duanı oxumaq ımanın kamilləşməsinə səbəb olar 41. Bu duanı oxumaq Allahın şüarlarına tabe olmaqdır 42. Bu duanı oxuyan şəxs Peyğəmbər (s) yanında şəhid olmuş şəxsin savabını qazanar 43. İmam Mehdinin (ə) bayrağı altında şəhid olan insanın savabınıı qazanar 44. Bu duanı oxumağın savabı İmam Mehdiyə (ə) xidmət etməyin savabı qədərdir 45. Bu duanı oxumağın savabı alimə ehtiram etməyin savabı qədərdir 46. Bu duanı oxuyan şəxs Həzrət Fatimənin (ə) şəfaəti nəticəsində nicat tapar 47. Bu duanı oxuyan şəxsin Cənnətdə məqamı böyük olar 48. Bu dua Allah yanında ən sevimli əməllərdəndir 49. Bu duanı oxuyan şəxs İmamlardan (ə) sonra insanların ən xeyirlisi hesab olunar 50. Bu duanı oxuyan şəxs Allah yanında ən sevimli insanlardan hesab olunar.
Tərcümə etdi: Kamran Məmmədov
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər