Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 9-01-2015, 00:42 | Şərh sayı: (0) | Baxılıb: 1244
Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq
İmam Zaman ağa (ə.f) zühur edən zaman 313 nəfərlə zühur edəcəkdir. Hədislərdə bu insanların xüsusiyyətləri və sifətləri zikr edilmişdir ki, onlardan bəzisinə işarə edək. (Tebyan) İmam Baqir (ə) buyurur: "Bədr əhli qədər insan Qaimlə (ə.f) beyət edər. Onların içərisində Misir əhlindən olan nəciblər, Şam əhlindən olan xeyirxahlar, İraq əhlindən olan nəciblər vardır ki, dini Allah istədiyi qədər bərpa edəcəklər”.İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının xüsusiyyətləri haqqında buyurur: "Məhdinin (ə.f) dostları cavandırlar. Onların arasında qoca yoxdur”.İmam Sadiq (ə) buyurur: "Qaim İmamın (ə.f) səhabələri anidən gecə yataqlarından qeyb olar və səhəri Məkkədə olarlar. Onların bəzisi küləklərin arasında hərəkət edər. Adları, atalarının adı, sima və qiyafələri tanınmış olar”. İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki,313 nəfər onun yanına gələr ki, onun 50-si qadındır”. İmam Sadiq (ə) buyurur: "Bu kişilərin qəlbi dəmir parçası kimidir. Heç bir şey onların qəlbini Allahın zatına görə şəkkə sala bilməz. Daşdan da möhkəmdirlər. Əgər dağa hücum etsələr, onu dağıdarlar. İmamın atının yüyəninə əl çəkərlər və bu işdən bərəkət istəyərlər. İmamlarının ətrafında dövrə vurmuş, döyüşlərdə canlarını ona qalxan edərlər. Hər nə istəsə, onun üçün edərlər. Bu insanlar
gecələri yatmırlar və namazlarındakı səsləri bal arısının səsi kimidir. Gecələri öz ayaqları üstə dayanar, gündüzləri isə ata minərlər. Gecə dindarları və gündüz şirləridir. İmama itaətləri kənizin ağasına itaətindən daha çoxdur. Çıraq kimidirlər. Allah qorxusundan qorxar və şəhadət istəyərlər. İstəkləri Allah yolunda şəhid olmaqdır. Şüarları budur: "Ey insanlar! Hüseynin (ə) qanını almaq üçün ayağa qalxın”. O zaman ki, hərəkət edərlər, onlar dəstə-dəstə mövlalarına tərəf gedərlər. Allah onların vasitəsilə həqiqi İmamına yardım edər”.Bir çox hədislərdən belə nəticə çıxartmaq olar:
1. Onlar dünyanın müxtəlif yerlərindən qeyri-adi bir şəkildə toplaşacaqlar.
2. Onlar Həzrət Məhdi (ə.f) ilə ilk beyət edən olacaqlar.
3. Onlar Həzrət Hüccətin (ə.f) xüsusi müdafiəçiləridir.
4. Onlar yer üzündə Həzrət Hüccətin (ə.f) bayraqdarlarıdırlar.
5. Onlar zalımlar üçün İlahi əzabın misalıdırlar.
6. Onlar İlahi inayət sayəsində meydanda həmişə qələbə çalacaqlar.
7. Onların qəlbində Allaha qarşı heç bir zaman şəkk və şübhə yaranmaz.
8. Onlar düşmənlərlə mübarizədə İmamın (ə.f) yer üzündəki xidməçiləridir.
9. Bu səhabələrin əksəriyyəti cavandır və yaşlı insanlar çox azdır.
10. Bu səhabələrin içərisində qadınlar da olacaqlar.ALLAH Bizleri Imam Zaman(e.f)in esgerlerinden qerar versin ILAHI AMIN
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər