Quran oxumaq haqqinda 6 hədis |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 21-09-2016, 15:32 | Şərh sayı: (0) | Baxılıb: 997
İslam Peyğəmbəri (s.a.v.v): İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun.Çünki şəfaəti qəbul olunan bir şəfaətci, şikayəti qəbul edilən bir şikayətçidir. Kim Qurana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.
(Nəvadir ər-Ravəndi, səh.21-22)
-
Allahın Peyğəmbəri (s.a.v.v) (Allah tərəfindən) Ona «Tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq» deyilərkən «ondan xilas yolu nədir?» deyə soruşanlara): «Allahın əziz kitabı!. Batilin nə öndən, nə də arxadan ona yol tapa bilmədiyi, öyülən Alim tərəfindən nazil edilmiş bir Kitab. Elmi Qurandan qeyri yerdə axtaran hər kimsəni Allah azdırar.
(Təfsir əl-Əyyaşi, cild 1, səh. 6)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Quranın digər sözlərdən üstünlüyü, Allahın öz yaratdıqlarından üstünlüyü qədərdir. (Biharul-Ənvar, cild 92, səh. 19, hədis 18)
-
İmam Əli (ə.s): Pak olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir. (Nəhcül-Bəlağə, xütbə 147)
-
İmam Əli (ə.s): Allah-taalanın kitabını öyrənin. Çünki o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Quranı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o ən yaxşı əhvalatdır. (Tuhəful-uqul, səh. 150)
-
İmam Səccad (ə.s): Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm. (əl-Kafi, cild 2, səh. 602)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər