Ədalətli olmağın əhəmiyyəti hədislər güzügsündə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 30-08-2016, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 774
İmam Əli (ə): Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir. (Mətalibul-Suul, səh.61)
•
İmam Əli (ə): Pak olan Allah, ədaləti camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir. (Ğurərul-Hikəm, hədis 4789)
•
İmam Əli (ə): Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir. (Ğurərul-Hikəm, hədis1954)
•
İmam Əli (ə) (Ədalət üstündür, yoxsa səxavət?» sualına cavabından): Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür. (Nəhcül Bəlağə,hikmət 437)
•
Xanım Fatimeyi Zəhra (s.ə): Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur. (İləlül Şəraye, səh.248, hədis 2)
•
İmam Sadiq (ə): Ədalət susuz insanın çatdığı sudan daha şirindir. (əl-Kafi, c.2, səh.146, hədis11)
•
İmam Sadiq (ə): Ədalət baldan şirin, kərədən yumşaq və müşkdən ətirlidir. (əl-Kafi, c.2, səh.147, hədis15)
•
Allahın Peyğəmbəri (s.a.v.v): Kim camaata qarşı rəftarında onlara zülm etməsə, onlarla söhbət edəndə yalan danışmasa, vəd verdikdə vədinə xilaf çıxmasa insanlığı kamil, ədaləti aşkar, dostluğu vacib və qeybəti haramdır. (əl-Xisal, səh.207, hədis 28)
•
Allahın Peyğəmbəri (s.a.v.v): Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin. (Kənzul-Fəvaid, c.2, səh.162)
•
İmam Əli (ə)(əziz övladı Həsənə (ə)tövsiyyəsindən): Sənə varlı və ya yoxsul olanda Allahın qarşısında təqvalı olmağı və dosta-düşmənə qarşı ədaləti gözləməyi tövsiyyə edirəm. (Tuhəful-Uqul, səh.88)
•
İmam Əli (ə): İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləyəndir. (Ğurərul-Hikəm, hədis 3242)
•
İmam Əli (ə): Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir. (Ğurərul-Hikəm, hədis 3014)
•
İmam Əli (ə): Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir. (Ğurərul-Hikəm, hədis 6368)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər