Səbr haqqında 9 gözəl hədis |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 3-09-2016, 23:56 | Şərh sayı: (0) | Baxılıb: 1234
İmam Əli (ə.s) (təqvalıların vəsfində): Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.
(Nəhcül-Bəlağə, xütbə 193)
-
İmam Sadiq (ə.s): Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.
(ət-Təmhis,səh. 59, hədis 5)
-
İmam Sadiq (ə.s): Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah ona min şəhidin mükafatını yazar.
(Tibbul-Əimmə,səh. 17)
-
İmam Əli (ə.s): Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır. (Ğurərul-Hikəm,hədis1874)
-
İmam Əli (ə.s): Səbr iki növdür: Sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən). (Nəhcül-Bəlağə, hikmət 55)
-
İmam Əli (ə.s): Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.
(Nəhcül-Bəlağənin şərhi, cild 1,səh. 319)
-
İmam Baqir (ə.s)(gözəl səbr barədə suala cavabında): O, insanlara giley və şikayət olunmayan bir səbrdir.
(əl-Kafi, cild 2,səh. 93, hədis 23)
-
İmam Sadiq (ə.s) (öz səhabələrindən birinə xitabən): Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər. Ərz etdim: Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur? Buyurdu: Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.
(əl-Kafi, cild 2,səh. 93, hədis 25)
-
İmam Əli (ə.s): Əgər səbrli olsan, İlahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan. Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.
(Camiul-Əxbar,səh. 316, hədis 882)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər